Gənc prokuror öz sələfinin, qoca prokurorun dəfnində mərhumun yaxın dostu sayılan hakimlə tanış oldu. Mərasim zamanı hakim dedi ki, hər ay rəhmətliklə şahmat oynayırmış. Gənc prokuror cavab verdi ki, (bu zaman onlar artıq krematoriyə çatmışdılar) o da şahmat həvəskarıdır. Matəm mitinqi başa çatdıqdan sonra təzə tanışlar daha tabutun arxasınca qəbrə qədər getmədilər. Əvəzində qoca hakim gənc prokurora bir partiya şahmat oynamağı təklif etdi. Prokuror təklifi qəbul elədi və onlar gələn şənbə gününə vədələşdilər. Prokurorun gənc xanımı da görüşə dəvət olundu. Hakimin evində isə ailə işlərini qızı idarə edirdi, çünki hakim dul idi.
Qəribədir, biz dünyanın məşhur şərqşünaslarını lap yaxşı tanıyırıq. Söz düşən kimi, onların axtarışlarından, tədqiqatlarından, tərcümələrindən həvəslə danışırıq, amma növbə özümüzə çatanda duruxuruq. Görən, biz niyə şərqşünasları həmişə kənarda, uzaqda axtarırıq? Doğrudanmı, Şərqdə oturub dünyaya gündoğandan danışmaq olmur? Yox, əgər belələri varsa, niyə onların səsi çox uzağa gedib çıxmır? Bəlkə də bu sualları bizim çağdaş alimlər bir-birinə vermirlər, amma oxucular məhz belə soruşurlar… Cavab tələb edən oxuculara kimdən deyək – filologiya elmləri namizədi Məsiağa Məhəmmədidən. O, bu dəfə son illərdə yazdığı elmi məqalələrini və tərcümələrini işıq üzünə çıxarıb. Kitabda müəllif Şərq və Azərbaycan ədəbiyyatının az öyrənilmiş sahələrinə nəzər salıb. O, tarixin qaranlıq, tozlu səhifələrinin arasından tapdığı bir sıra dəyərli faktları, yeni materialları geniş auditoriyaya anlaşıqlı dildə təqdim edir.
Ey gözəllər gövhəri, ey könlümün cananəsi, Ey mənim gülzari-hüsnün bülbüli-məstanəsi, Ey mənim canım sənin şəmi-rüxün pərvanəsi, Dilbərimsən, mən yüzün dildadeyi-divanəsi!
Bu misralar 1860-cı ildə Parisdə çapdan çıxmış kiçik bir şeir kitabından götürülmüşdür. Kitab iki hissədən ibarətdir: birinci hissəsi türk, ikinci hissəsi fars dilindədir. 15 səhifəni tutan türkcə şeirlər müxtəlif janrlarda (qəsidə, qəzəl, mürəbbə, şərqi, təxmis) yazılmışdır. Farsca şeirlər də müxtəlif bədii formaları əhatə edir. Şeirlərin müəllifi Şarl Verne (Charles Verney) adlı gənc bir fransızdır ki, kitab çapdan çıxdığı zaman 17 yaşı varmış. Əlbəttə, deyilə bilər ki, onun şeirləri zəifdir. Lakin məsələ bunda deyil. Mühüm olan budur ki, 1860-cı ildə (yəni 148 il bundan öncə) gənc bir fransızın türkcə və farsca şeirləri nəşr olunmuşdur.
Sözün meydanı çox dardır, Mənanın meydanı geniş! Sözdən qabağa get ki, Genişlik görəsən, Meydan görəsən!
* * * Mənə yüz min dirhəm Xərcləsən də, Sözümə qiymət qoymağının yerini verməz! * * * Sən Sözü öz biliklərin, öz idrakın və fəlsəfənlə yozursan… * * * Elə bilirsən ləzzət alanın həsrəti azalar?! And olsun Allaha ki, onun həsrəti daha da artar! Çünki bu dünyaya daha çox öyrəşər. * * * Azadlıq – arzusuzluqdur!
Hə, dostum, bir az da Dankodan danışaq... Dankonu xatırlayırsanmı? O, Maksim Qorkinin "İzergil qarının nağılları"ndakı qəhrəmanlardan biridir. Müsibətə düçar olmuş bir dəstə insanı zülmətdən çıxarmaq üçün öz ürəyini məşəl edərək onlara yol açan, onları işıqlı məkana çıxaran Danko... Zülmətdə olarkən yalvarıb da ardıyca getdikləri Dankonu işıqlı məkana çıxan kimi unudan kütlə o qədər sevincək olur ki, hətta onun ürəyini də tapdalayıb söndürdüyünün fərqinə varmır...