Reklam verin!

Kinojurnalistin blogu

Hüseynov Əlisəftər Mürsəl oğlu. 1959-cu ildə Göycayda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Həsən Məmmədov"(1990), "Döyüş havası"(1996), "Kino: yuxudan reallığa"(1998), "Kino və poeziya"(2000) kitablarının müəllifidir. Sənətşünaslıq namizədidir.

Jurnalistin kinomatoqrafiza ilə əlaqəli maraqli məqalələri, publisistik yazıları, tərcümələri ilə tanış olmaq üçün blogunu ziyarət etməyiniz məsləhətdir! 

Yazının açar sözləri: kino jurnalist huseynov-əlisəftər sefter 

AzeriBlogun Uğurlu blogu

Uğurlu Fəxri (Əliyev Fəxri Ağa oğlu) Bakıda doğulub. 1986-cı ildən mətbuatda bədii yazılarla çıxış edir. Hələ tələbə ikən üç kitabı – “Tək ağac”(1992), “Diləklərin azması”(1993), “Oğuznamələr”(prof. Kamil Vəliyevlə birlikdə - 1993) işıq üzü görüb. Sonralar daha üç kitabı – “Üç kəndin bir dərdi”(şəhidlər haqqında – 1995), “Uşaqların mahnısı”(1999), bir də “Mövlana Cəlaləddin Rumi və onun “Məsnəvi”si”(2007) çap olunub. 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1992-ci ildən müxtəlif mətbu orqanlarda, o cümlədən “Yol”, “525-ci qəzet”, “Müxalifət” qəzetlərində çalışıb, “Rezonans”, “İntibah” qəzetlərinin baş redaktoru olub. 2000-ci ildən isə təsisçisi olduğu “Avropa” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

Blogunda öz məqalələrini, əsərlərini, tərcümələrini dərc edən yazarı AzeriBlog ailəsində görməkdən məmnunluq duyuruq! 

Yazının açar sözləri: uğurlu fəxri-əliyev fəxri-yazıçı-yazar 

Kəmalə Nəsrin AzəriBlog ailəsinə qoşuldu

Kəmalə NəsrinKəmalə Nəsrin Naxcıvanda anadan olub. Azərbaycan Dövlət İncəsənət  Unversiitetini bitirib. Mətbuat sahəsində calışir. Üc seir kitabı cap olunub. Kəmalə xanım Turan Cavid Qadın Mərkəzi İçtimai  Birliyinin təsisçisidir.Blogın adından elə gəlir ki şairə xanım öz blogında şəxsi şeirlərin dərc edəcək.Kəmalə xanıma bütün sahələrdə uğurlar

Yazının açar sözləri: kəmalə-nəsrin şair şeirlər 

AzəriBlog sisteminin bloq uğuru!

Rusiyanın üç il əvvəl yaradılmış Cybernetic Analytic System saytı ‎‎ əsasən MDB məkanındakı istifadəçılərə məxsus veb-‎səhifələrin (bloqların) reytinqini müəyyənləşdirir. Bu iş dörd kateqoriya əsasında ‎xüsusi robotlar tərəfindən həyata keçirilir və saytın keyfiyyəti barədə ümumi bal ‎müəyyənləşdirilir. Bütövlükdə sözügedən sistemdə indiyədək 344.316 sayt təhlilə ‎cəlb edilmişdir. Verilmiş bala görə, vebloqlar Qızıl, Gümüş və Bürünc ‎kateqoriyalara bölünür.

Sevindirici haldır ki, Azeriblog sistemindən də Məsiağa ‎Məhəmmədinin "Cahan" adlı bloqu təsadüfi seçim ‎əsasında təhlilə cəlb olunmuş və 1496 balla Qızıl kateqoriyaya daxil edilmişdir. ‎

Məsiağa müəllimin bloqu bu kateqoriyadan olan 27.186 bloq içərisində 1020-ci ‎yeri tutur. Həmin kateqoriyada ən yüksək bal 1702-dir. Saytların keyfiyyətinin ‎qiymətləndirilməsi vaxtaşırı təkrarlandığından, ümid etmək olar ki, Azeriblog ‎istifadəçisinin bloqu gələcəkdə daha yüksək reytinq yeri qazana bilər. ‎

Yazının açar sözləri: cybernetic-analytic-system məsiağa-‎məhəmmədi irfan blog uğur 

Azər Qaraçənli AzəriBlog sisteminə qoşuldu

Azər Qaraçənli«Mediaforum.az» saytının baş redaktoru Azər Qaraçənli, AzəriBlog sistemində bir blog açaraq AzəriBlog ailəsinə qoşuldu. Azər müəllim 1992-1993-cü illərdə rus dilindən etdiyi tərcümələrlə mətbuatda çıxış edib. 1993-cü ilin sonlarından jurnalistika sahəsində çalışır. «Azadlıq» (1993-1995, 1998), «Yeni Müsavat» (1998-2000), «Avropa» (2000-2003) qəzetlərində işləyib və 2004-cü ildən «Mediaforum.az» saytının baş redaktorudur. Azər müəllimə bütün sahələrdə uğurlar arzulayırıq.

Yazının açar sözləri: azər-qaraçənli azər qaraçənli mediaforum jurnalist 

Məsiağa müəllimin blogu internet mediasında

Artıq AzəriBlog bir neçə dəyərli istifadəçiləri sayəsində internet mediasında əsas mənbəyə çevrilmək üzrədir. Artıq müəyyən ciddi xəbərlərdə və materiallarda azəriBloga istinadlar olunur, bir çox ehtiyacı olan həmvətənlərimizim əziz istifadəçilərimizin dəyərli yazılarından faydalanmaqdadırlar. Bu faydalanmanın ilkin addımlarından sezdiyimizi sizinlə bölüşmək istədik.

Azərbaycan internet məkanında ana dilimizdə olan ən məşhur informasiya saytlarından Mediaforum.az saytı bu yaxında bir məqalə dərc etmişdir. Məqalənin nə ilə əlaqəli olduğu söhbətin mövzusu deyil. Əsas məsələ həmin məqalədə dəyərli istifadəçimiz Məsiağa Məhəmmədinin şəxsi blogundan istifadə olunmsıdır. Məsiağa bəyin blogu AzəriBlogda yerləşdiyinə görə və Məsiağa müəllimin blogunda dəyərli yazılar istifadə etdiyinə görə MediaForum saytı onun blogundakı materiallara istinad edərək faydalanmışdır. (Əfsuslar olsun ki, Mediaforum saytı Məsiağa bəyin blogunu link olaraq göstərməyibdir) Bu da həm Məsiağa müəllimin özünün, həm blogunun, həmçinin də blogumuzun imicinə müsbət təsir bağışlayaraq reklam olunmasına yol açmışdır. Həmçinin bir blogun ciddi proseslərdə nə qədər aktivlik nümayiş etdirməsinin bariz nümunəsi olduğunu sübuta yetirmişdir. Bütün istifadəçilərimizi bu cür maraqlı, cəlbedici, fayda alınası, oxunaqlı yazılar yazmağa dəvət edir və uğurlar diləyirik!

Yazının açar sözləri: mesiağa mehemmedi-mediaforum-meqale-blogun faydasi-məsiağa məhəmmədi-mesiaga 

hər şey haqqında

Hər şey haqqında"Azəri Blog" sistemində neçə vaxtdır ki, maraqlı bir blog fəaliyyət göstərir. Burada hər şey haqqında dəyərli məlumat tapamaq olar. Ramin Həsənəlizadə buna görə də blogına belə ad verib: "Hər şey haqqında". Blogda müasir texnologiyalar və Azərbaycanın populyar saytları haqqındada faydalı yazılar tapa bilərsiz.

Yazının açar sözləri: hər şey haqqında ramin həsənəlizadə 

İT barəsində hər şey!

WarezAzəriBlog sistemində neçə gündür ki, İT sahəsində yeni bir blog fəaliyyət göstərir. Bu neçə günlik fəaliyyətində İT barədə çoxlu yazılar blogda dərc olub. Blogun yazıları bütün internet və İT sevərlər üçün maraqlı ola bilər. Blogçu bildirib ki, blogda informasiya texnologiyaları haqqında bilmədiklərinizi öyrədəcək, və həmçinin blogda internet istifadəçiləri onları narahat edən bütün suallara cavab tapacaqlar. O cümlədən ən yeni softlar full paket olmaqla sizlərin ixtiyarınızda olacaq. Blogçu sonunda bu şüarı yazib: “Beləliklə, Azərbaycana yenilik gəlir!”  Biz də blogçumıza uğurlar arzulayırıq. 

Yazının açar sözləri: it warez texnologiya internet proqramlar 

Açılmamış qanadın böyüklüyü bilinməz!

Mənsur PİRİYEVBakı Dövlət Universitetinin Tarix fakultəsini və Sosial elimlər və psixologiya fakutəsini bitirrib və eyni zamanda Bakı Dövlət Universitetində sosial fəlsəfə üzrə magistraturanı bitirən Mənsur Piriyev neçə gündü ki Azəri Blog ailəsinə qoşulub və bir gözəl blog yaradıb. Mənsur bəy Xarici Dillər Universitetində müəllim və İctimai Televiziya və Radio ayımları Şirkətinin Elm və təhsil verilişləri departamentində redaktor vəzifəsində çaışır. Mansura uğurlar

Yazının açar sözləri: mənsur piriyev 

Səs, Məsiağa Məhəmmədinin blogu

Məsiağa Məhəmmədi Məsiağa Məhəmmədi  Şair, Tərcüməçi, «Bakı-Təbriz» jurnalının baş redaktoru və AzəriBlog sisteminin ən aktiv istifadəçilərinon biri, öz yeni "SƏS" adli blogun yaratdı. Üstad yeni blogında daha çox elmi-mədəni informasiya vermək, cari hadisələr barədə düşüncələrin yazmaq isteyi. Əminəm ki Məsiağa müəllimin yeni bloguda digər bloglari kimi çoxlu ədəbiyyat və mədəniyyt sevər istifadəçilər və ziyaratçıların diqqətin cəlb edəcək.

Yazının açar sözləri: məsiağa məhəmmədi səs bakı-təbriz 


  Yazılar cəmi: 12    Sonrakı səhifə »