simaOktyabr 1, 2008 16:02
Gərək
Qaranquşların uçduğu göylərə qalxaq,
Asimanın ortasında parlayan
Yaz buludlarına baxaq,
Gecələr
Zülmətin darçın ətrindən məst olaraq
Axan bir ulduz tapıb
Ürəyimizdə arzu tutaq.
Gərək sevincdən
Göy qurşağı kimi rənglənək,
Baş vuraq sarıya, yaşıla, narınca,
Günəşin bir zərrəsi olaq,
Rədd edək acı kədəri.
Gərək incik dostun səsini eşidək,
Hissləri təmizləyək şübhələr qatından,
Nuru kənarda axtarmayaq,
O nur bizim içimizdə.
Gərək ürəyimizdə gizlənən sevgini
Dilimizə gətirək,
Deyək,
Doğma gözlərə baxaraq:
-Sənsiz yaşaya bilməm...

simaSentyabr 26, 2008 16:04
simaSentyabr 19, 2008 19:35
Gəl, bu gün,
Məhz bu gün
Gündəlik qəzetləri cırıb ataq,
Səhifələrdən axan xəbər bombalarıyla
Maraqlanmayaq,
Çıxmayaq
Cəhənnəm kimi uğuldayan
Izdiham arasına,
Baxmayaq
Səs-küy içində boğulan insanlara,
Söndürək
Ölümləri evlərə dolduran TV-ləri,
Elektron sevgilimizə çevrilmiş
kompüterləri...
Bir müddət susaq.
Qalaq göz-gözə.
Baxaq cizgilərini unutduğumuz
Doğma üzlərə.
Soraq bir-birimizdən –
Hanı sənin təbəssümün,
Hanı sevgin, duyğuların,
Divanə ürəyin hanı?..

simaSentyabr 11, 2008 21:30
* Rusiya yazarları Prezidentə məktub yazaraq kitabxana işinə aid Qanunda dəyişilik etməyi xahiş edirlər. Qanuna əsasən, 2 il ərzində bütün kitabxanalar elektronlaşmalı və bütün kitablar (əsərlər) İnternet məkanına daxil olmalıdır. Yazarların fikrincə, bu onların müəllif hüququnun pozulması deməkdir, çünki elektron kitablar olan yerdə, təkrar nəşrlərə ehtiyac qalmır, bununla da yazarlar çörək ağaclarından məhrum olurlar. Yazıçılıq gəlir gətirməyən sahəyə çevrilir; yaxud pul qazanmaq istəyən yazarlar daha sürətli işləməli, hər ay yeni elektron kitablar yazmalıdırlar ki, acından ölməsinlər. Bu isə mətnin keyfiyyətini hökmən aşağı salacaq.
P.S. Biz də isə, elekronlaşdın, ya yox, fərqi yoxdur, yaradıcılıq hələ də qazanc gətirmir, detektiv və sevgi romanları yazmağa isə həvəs olmur
* Britaniyada ən gülməli kitab adı seçilib. “Yunanıstan kəndlərinin poçtalyonları və onların marka möhürlərinin nömrələri” broşürası tam qalibiyyət əldə edib. Belə müsabiqələr 1978-ci ildən etibarən hər il keçirilir. Bookseller kitabsatışı jurnalının saytını ziyarət etmiş oxucular 30 ən məzəli kitab adını seçiblər. Onların arasındakı “dahi” adlar:
· Lüt siçanlar üzrə İkinci beynəlxalq konfransın materialları
· Münasibətlərin yaxşılaşmasını istəyirsinizsə, öz ayaqlarınızdan başlayın
· Öldüklərini bilməyən insanlar: onlar heç nədən şübhələnməyən adamlara necə yapışır və bununla nə etməli
P.S. Yəqin, bizdə nəşr edilən kitablarda da maraqlı və “düşündürücü” adlar olmamış deyil...
simaSentyabr 10, 2008 22:18
Tərcümə işini çox sevirəm. Şair Zahir Əzəmətin nə vaxtsa mənə bağışladığı "Divar yazıları" kitabından ürəyimi tutmuş bir neçə şeiri tərcümə etmişdim, indi onları bloguma qoyuram (müəllifin icazəsiylə). Zahirin şeirləri çoxdur, amma bəzilərinin aurasını rusca ifadə edə bilmədiyimə görə onların tərcüməsini sonralara saxlamışam.
Beləliklə...

Davamı...
simaSentyabr 8, 2008 21:06
“Oyuncaqların üsyanı” adlı ilk şeir kitabım
“Qanun” nəşriyyatında çapdan çıxıb.
Maraqlananlar kitabı “Qanun” nəşriyyatının
kitabxana bölməsindən
(“Azərbaycan” kinoteatrının yanı, City Centre, II
mərtəbə)
və “Akademiya” Kitab Mərkəzindən
(“Azərbaycan” kinoteatrının yaxınlığında),
eləcə də "Alma" qəzetinin redaksiyasından
əldə edə bilərlər.
Oxuyun və fikrinizi bildirin!
simaSentyabr 7, 2008 17:23
MƏNİM
"OYUNCAQLARIN ÜSYANI"
İLK KİTABIM
TEZLİKLƏ SATIŞDA!
simaAvqust 30, 2008 18:58
***
Dənizlərdən, ənginlikdən, uçuşdan
məni məhrum etdiniz,
ayaqlarımı zorən siz yerə dirədiniz,
bununla axı nəyi sizlər əldə etdiniz?
Tərpənən dodaqları susdura bilmədiniz... (1935)

Davamı...
simaAvqust 29, 2008 21:25
Qıfıl ürək
Ürəyin bir qıfıldır,
Hisslərimsə açarlar,
Açıram ürəyinin qatlarını,
Axtarıram dərində gizlətdiyin
Duyğularını.

Sevgi oyunların qurtarmır,
Ürəyin hisslərimlə
Qaçdı-tutdu oynayır...
Davamı...
simaAvqust 29, 2008 21:03
Есть женщины, сырой земле родные.
И каждый шаг их - гулкое рыданье,
Сопровождать воскресших и впервые
приветствовать умерших - их призванье.
И ласки требовать у них преступно,
И расставаться с ними непосильно.
Сегодня - ангел, завтра - червь могильный,
А послезавтра - только очертанье...
Что было поступь - станет недоступно...
Цветы бессмертны, небо целокупно,
И все, что будет, - только обещанье.
(4 мая 1937 г.)

Davamı...