Reklam verin!

yaprağ tökündüsü

Ay uşaxlar ələlə ələlə verin gedək arzı gilə

MƏHƏMMƏD BƏRƏYAdan neçə şer unvanı

araz1385     İyun 23, 2008 13:39
Bölməsiz     Şərhlər(0)     Baxış sayı: 7     İyun 23, 2008 13:39    

yağdı yağışlar kitabı

araz1385     May 31, 2008 19:25
uşaqlar     Şərhlər(0)     Baxış sayı: 18     May 31, 2008 19:25    

SABİRİN ŞERLƏRİ

araz1385     Aprel 1, 2008 22:49
MİRZƏƏLƏKBƏR SABİR     Şərhlər(2)     Baxış sayı: 72     Aprel 1, 2008 22:49     sabirin şerləri 

piruz dilənçi nin neçə gözəl şeeri

araz1385     Aprel 1, 2008 22:30
Bölməsiz     Şərhlər(0)     Baxış sayı: 38     Aprel 1, 2008 22:30    

şehryar

araz1385     Aprel 1, 2008 18:41
şəhryar     Şərhlər(4)     Baxış sayı: 89     Aprel 1, 2008 18:41    

böyuk bir diyaram böyük toprağam

araz1385     Mart 24, 2008 1:19
böyuk bir diyaram böyük toprağam
vahid bir millətəm vahid bayrağam  
özbəyəm kırqızam türkəm qazağam   
Qardaş vay soydaş vay obam elim vay
Vətəndən vətənə gedən yolum vay
Dərbəndəm təbrizəm ankarayam mən
Kaşğaram kərkükəm gör harayam mən
Ikiyə bölünmüş astarayam mən
Araz vay məftil vay sərhəd telim vay
Vətəndən vətənə gedən yolum vay
Hər yana uz dutsan mən o yandayam
Zəncanda muğanda naxcıvandayam
Türkəmənçaydayam  gülüstandayam
qələm vay imza vay saxta qolum vay
Vətəndən vətənə gedən yolum vay
Müşfiqəm cavidəm güllələnmişəm
Heykələ dönmuşəm daşa dönmüşəm
Uluyam nahaxdan belə sinmışam
Güllə vay eedam vay nahaqq ölum vay
Vətəndən vətənə gedən yolum vay
Bir yanda bayrağım yasağ olundu
Bir yanda kəküclə orağ olundu
Mən türkəm deyənlər dostağ olundu
Yasax vay qıfıl vay kəsik dilim vay
Vətəndən vətənə gedən yolum vay
Hər yerdə hər yanda bir bayrağım var
Döğudan batıya bax dayağım var
Sazlı borçalım var qara bağım var
Bağım vay baxcam vay solmuş gülüm vay
Vətəndən vətənə gedən yolum vay
Babəkəm nəbiyən lap çəngizəm mən
Dədəqorqudam mən sazam sözəm mən
Kül altıdakı yanar közəm mən
Alov vay aatəş vay sönmüş külüm vay
Vətəndən vətənə gedən yolum vay
Bir daha kimsəyə əyilməz elim
Nə rusa nə farsa əyilməz belim
Zəncirə çəkilməz bağlanmaz qolum
Qırılmış zəncir vay açıx qolum vay
Vətəndən vətənə gedən yolum vay
Vətəndən vətənə gedən yolum vay
Vətəndən vətənə gedən yolum vay
Vətəndən vətənə gedən yolum vay
Vay………
p.dilənçi
Bölməsiz     Şərhlər(2)     Baxış sayı: 69     Mart 24, 2008 1:19     böyuk bir diyaram 

xiyalım tərlanı

araz1385     Mart 23, 2008 16:57
xiyalım tərlanıyenə seyranə çıxıbdır xiyalım tərlanı keçmişlərdəgörürəm tozlu xıyal pərdədə ağbirçəy anam      şənli aydın gundə iki qardaşı oturdub dizinin üstündə bir dizində məni laylay diyərək yuxlatdı bir dizində səni eşqiylə maraxlandırdı  yurəyində kədərin qarə kökün yandırdı  dilmədim bir qara tufan qopdi  bilmədim ayrılığın tufanı hardan qopdi  bimədim birdən ofoqlar nəy üçün çan doğdi  nədən eşqin gunəşin göydə garanlığ boğdi  bo geniş dünya günəşsiz   Anaya zindan olub   guni aglar geşdi  aananın göz yaşı axdixca araz daşlandı    aaaah ayrılıx başlandı  uzun illər ötərək hər gunun ildən ağır oldi  arzılar gulləri soldi  payızın yelləri asdi pozulan birliyimizdə dirilikdə cana gəldik dağılan dirliyimizdə    bu il ay gardaşlar  yazın axır nəfəsi bağları gulləndirdi  sazımın tellləri sumbulləri telləndirdi     kədər uğrunda dadaşdır    nə vətən daşlıxdır sulayın yollarızı sən o taydan bu butaydan uzadın gollarızı uzadin köpu qurulsun arazın ustundən yapışin ələlə eşqin ocaöı odlansın ayrılıxlar yansın anamın nəğməsinin sehri ganad Verdi mənə mən o taydan uçdum mən o çaydan uçdum   biz bu eşqiylə sevinci qatarax göz yaşıninci ulduz səpirəm şövqilə  qardaş başəna
Bölməsiz     Şərhlər(0)     Baxış sayı: 53     Mart 23, 2008 16:57     xiyalım tərlanı 

Qoy ağlasın

araz1385     Mart 23, 2008 16:53

Cavan şaiir saz götürək

Aramızda söz oynasın

Hər sətrimiz hər noqtamız

Hədəfində düz oynasın

Haşım tərlan 

Cavab: Qoy ağlasın

Qoca şair qələm götür,
Kədərdən yaz, söz ağlasın.
Vüsal üçün nəğmələr qoş,
Qəriblikdə göz ağlasın.

Qara bəxtli Saramız var,
Sağalmayan yaramız var,
Görüşməyə haramız var?
Ayrılığa döz, ağlasın!

Sanma olub həvəsin az,
Qələmindir əlində saz,
Qızıl saçlı günəşdən yaz,
Alov yağdır, köz ağlasın!

Qoca şair durma bir an!
Saz al, söz qoş, ellərə yan!
Qışda göllər donan zaman,
İsti pay ver buz ağlasın.

Darıxanda eli səslə,
Həzin-həzin mahnı bəslə,
Həsrətdən de bizim nəslə-
Göz yaş töküb, üz ağlasın.

Alsa boz bulud başını,
Qəmli görsən qardaşını,
Gözdən axan qan yaşını-
Yanağlara düz, ağlasın!

Yad ellərdən köçüb gələn-
Həzin yeli görsə çəmən,
Solan gülə ağlama sən!
Matəmində yaz ağlasın.

Şair tökmə gözdən yaşın,
Altmışdan da ötüb yaşın.
Söylə nələr çəkib başın,
Qoy dərdlilər az ağlasın.

Şair görüm ildən-ilə,
Nəğmələrin düşsün dilə,
Gəzsin bütün eldən-elə,
Aşıq çalsın saz ağlasın.

Bölməsiz     Şərhlər(0)     Baxış sayı: 49     Mart 23, 2008 16:53     qoy ağlasın 

Qorxuram

araz1385     Mart 22, 2008 0:00

Qorxuram

Payi-piyadə düşürəm çöllərə, -
Xari-müğilan görürəm, qorxmuram.
Seyr edirəm bərru biyabanları, -
Quli-biyaban görürəm, qorxmuram.
Gah oluram bəhrdə zövrəqnişin, -
Dalğalı tufan görürəm, qorxmuram.
Gəh çıxıram sahilə, hər yanda min
Vəhşeyi-ğürran görürəm, qorxmuram.
Gah şəfəq tək düşürəm dağlara, -
Yanğılı vulkan görürəm, qorxmuram.
Gah enirəm sayə tək ormanlara, -
Yırtıcı heyvan görürəm, qorxmuram.
Üz qoyuram gah neyistanlara, -
Bir sürü aslan görürəm, qorxmuram.
Məqbərəlikdə edirəm gah məkan, -
Qəbrdə xortdan görürəm, qorxmuram.
Mənzil olur gah mənə viranələr, -
Cin görürəm, can görürəm, qorxmuram.
Bu kureyi-ərzdə mən, müxtəsər,
Müxtəlif əlvan görürəm, qorxmuram.
Xarici mülkündə də hətta gəzib
Çox tühaf insan görürəm, qorxmuram.
Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!..

Bisəbəb qorxmayıram, vəcgi var,
Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram
Qorxuram, qorxuram, qorxuram

MİRZƏƏLƏKBƏR SABİR     Şərhlər(0)     Baxış sayı: 58     Mart 22, 2008 0:00     qorxuram 

SƏHƏNDİN ŞERLƏRİ

araz1385     Mart 21, 2008 23:38
SƏHƏNDİN ŞERLƏRİ     Şərhlər(0)     Baxış sayı: 55     Mart 21, 2008 23:38     səhəndin şerləri 

Fəxriyyə

araz1385     Mart 21, 2008 23:30
Fəxriyyə
   
Hərçənd əsiran-i quyudat-i zamanız
 
Hərçənd duçaran-i bəliyyat-i cahanız
 
Zənn etmə ki bu əsrdə avare-yi nanız
 
Əvvəl nə idiksə yenə biz şimdi həmanız
 
Turanlılarız adi-yi şuğl-i sələfiz biz
 
Öz qovmumuzun başına əngəl kələfiz biz

Zülmət sevər insanlarız üç beş yaşımızdan
 
Fitnə göyərir torpağımızdan daşımızdan
Tarac edərək bac alırız qardaşımızdan
Çıxmaz çıxabilməz də bu adət başımızdan
Əslafımıza çünkü həqiqi xələfiz biz
Öz qovmumuzun başına əngəl kələfiz biz

  
Ol gün ki Məlik Şah-i Büzürg eylədi rihlət
  
Etdik iki namərd vəzirə təbəiyyət
 ....
Düşmən qatıb əl təxtimizi eylədi qarət
Öz haqqımızı gözləməyə bitərəfiz biz
 
Turanlılarıq adi-yi şuğl-i sələfiz biz

  
Bir vaxt olub ləşkər-i Çəngizə tərəfdar
  
Xarəzmləri məhv elədik qətlə yekbar
  
Xarəzmlərin Şahı fərar eylədi naçar
 ....
Məscidləri məktəbləri yıxdıq yerə təkrar
 !
Həqqa ki səzavar-i nişan-o şərəfiz biz
 !
Öz dinimizin başına əngəl kələfiz biz

 
Bİr vaxt da dava-yi Səlib oldu mühəyya
 
Davada firəngilərə qalib gəlib amma
 
Dincəlməyib etdik yeni bir faciə bərpa
 
Öz tiğimiz öz rişəmizi kəsdi sərapa
 
Guya ki biyabanda bitən bir ələfiz biz
 
Öz qovmumuzun başına əngəl kələfiz biz

 
Bir vaxt daxi Ağqoyun Qaraqoyun olduq
 
Azərbacana həm də Anatoluya dolduq
 
Ol qədr qırıb birbirimizdən ki yorulduq
 
Qırdıqca yorulduq və yorulduqca qırıldıq
 
Turanlılarız adi-yi şuğl-i sələfiz biz
  
Öz qovmumuzun başına əngəl kələfiz biz

 
Bir vaxt salıb tərəqə olduq iki qismət
 
Teymur Şahı bir paramız etdi himayət
 
Xan Ildırıma bir paramız qıldı itaət
 
Qanlar saçılıb Ankarada qopdu qiyamət
 
Əhsən bizə həm tirzəniz həm hədəfiz biz
 
Öz qovmumuzun başına əngəl kələfiz biz

  
Teymur Şəh-i Ləngə olub tabe-i fərman
 
Xan Toxtamışı eylədik al qanına qəltan
 
Ta oldu Qızıl Ordaların dövləti talan
 
Moskov Şahına fayidəbəxş oldu bu meydan
 
Əlyovm Uruslaşmışıq elə zişərəfiz biz
  
Öz dinimizin başına əngəl kələfiz biz

 
bir vaxt Şəh İsmaili ilə Sultan-i Səlimə
  
Məftun olaraq eylədik İslamı du nimə
 
Qoyduq yeni bir tazə adı din-i qədimə
 
Saldı bu Təşəyyu bu Təsənnün bizi bimə
 
Qaldıqca bu halətlə səza-yi əsəfiz biz
 
Öz dinimizin başına əngəl kələfiz biz

 
Nadir bu iki xəstəliyi tutdu nəzərdə
 
İstərdi əlac eyləyə bu qorxulu dərdə
 
Bu məqsədilə əzm edərək girdi nəbərdə
 
Məqtulən onun nəşini qoyduq quru yerdə
 
Bir şey-i əcibiz nə bilim bir tühəfiz biz
  
Öz dinimizin başına əngəl kələfiz biz

 
İndi yenə var tazə xəbər tazə tamaşa
 
İranlılıq Osmanlılıq ismi olub ehya
 
Bir qitə yer üstündə qopub bir yekə dava
 
Meydan ki qızışdı olarıq məhv sərapa
 
Onsuz da əgər çənd ki yeksər tələfiz biz
 
Öz qovmumuzun başına əngəl kələfiz biz
MİRZƏƏLƏKBƏR SABİR     Şərhlər(0)     Baxış sayı: 58     Mart 21, 2008 23:30     fəxriyyə 

Mən Arazın adıylan

araz1385     Mart 20, 2008 1:00
Mən Arazın adıylan
Çox zamandır tanışam.
Ən kiçik yaşlarımdan
Onu rəvanlamışam.
Qoca babam nə vaxt kən
Boğazım ağrıyardı
“Araz kéçmişəm” deyə
Boğazımı sıxardı.
Soruşardım ay baba
Araz nədir kéçmisən?
Nə kimi şéydir o ki,
Suyundan da içmisən?
Sualımdan babamın
Yaşarardı gözleri.
Üzünün çinlərində
Gizlənərdi kədəri.
Üzümə məyus-məyus
Baxıb déməzdi bir söz;
Görərdim ancaq olub
Onun tükləri biz biz.
Sonra da qardaşımın
Adın qoydular “Araz”
Lâkin onda da mənə
Aydınlaşmadı bu raz.
Ancaq “Araz” béşikdə
Yatıb yırğanan zaman,
Bu sözləri dinlərdim
anamın laylasından:
“Arazı ayırdılar!
Qum ilən doyurdular.
Mən səndən ayrılmazdım;
Zülmilən ayırdılar
Bulut qaraçorlusəhənd
Bölməsiz     Şərhlər(0)     Baxış sayı: 50     Mart 20, 2008 1:00    

Dişi aslan bizim ana

araz1385     Mart 20, 2008 0:43
Dişi aslan bizim ana
Emzik vermiş ner oğluna,
Xemir yaymış, çörek yapmış,
Qoyun sağmış, inek sağmış.

Arxalanmış öz erile,
O, yaradan ellerile
Toxumuşdur rengli gebe
Ehsen olsunbizim debe
Gözelleri ince-ince,
Göz inanmaz görmeyince.

Üreklere düğün salan,
Könül verib, könül alan,
Derin istek, dönmez ilqar
Onlardandır bir yadigar.

Güneşden tez yerden duran,
Dağlar üste çadır quran,
Su suvaran, toxum sepen,
Ekin eken, biçin biçen,
Av avlayan, quş quşlayan
Merd igidler hörmet ilen
Ömür sürmüş şöhret ilen.

Yad ellere bac vermemiş,
Zülqedere tac vermemiş.

Aşıqları her zamanla
Neğme qoşmuş, dastan açmış
Qaqqıldayıb  oxuyanda
Üreklerden keder qaçmış.

Min bir neğme, min bir dastan
Men söyleyim size hardan ...

Aşıq dayandırır sözü, sohbeti,
Elinde sedefli sazı danışır .
Kamala yetende insan seneti
Çöllerin  ördeyi, qazı danışır.

Bu dilin kelmesi, cümlesi yoxsa,
Vesfe sığınmayan fesaheti var.
Hamılar, hamılar aşnadır ona.
Bilmirem ne gücü, ne qüdreti var!

Orda ki, dil, ağız sözden usanar,
Soruşun metlebi, teller söylesin!
Dodaq danışarsa, od tutar yanar,
Gerekdir zexmler, eller söylesin!

Könül mehebbetden danışan anda
Ağıl qopuzunun simi şarışır;
Eşq eli tellere zexme vuranda
Kimisi qırılır, kimi qarışır.

İnsanlıq yükselen  en uca yerin
Bir adı sevgidir, biri mehebbet!
Her yanı axtardım  men derin-derin,
Araya bilmedim başqa heqiqet!

Aşıq, sen de bize istekden danış,
Qoy mehebbet, doğsun sohbetin, sözün!
Könülden, qelbden, ürekden danış,
Qoy sarsılan insan tanısın özün

Bele demiş Qorqud Dede,
O, ellerin işbileni,
Babaların başbileni:
- Quru bir çay üzerinde
Saldırılmış bir körpünun
Cevarında yurd eylemiş,
Köçün salmış  bir obadan
Ucalırdı şiven sesi

Köç etmişdi, anlaşılan,
Gene bir igid bu dünyadan.
Eri ölmüş yaslı gelin
Açıb atır al örpeyin
Cavan qızlar Ağlar, sızlar,
Başlarına qara salır,
Ses tutulur, göz qızarır.
Dırnaqlanır al yanaqlar.
Qana batır ağ duvaqlar.
Qan quruyur ağca üzde,
Yaş quruyur yorgun gözde.

Bir qancıq  dilden düşüb,
Işqıraraq  için çekir.
Qanlı yaşı parçalanmış
Yanağına bir-bir tökür.
Qara leçek bu ananın
Ürek yaxan naleleri
Ağladır Dağı-daşı.

- Niye şiven qoparıban
Ağlayırsan?
Ne xeberdir?
Ne olubdur?
-Deye gelir Deli Domru
Bölməsiz     Şərhlər(0)     Baxış sayı: 51     Mart 20, 2008 0:43    

ŞƏHRİYARA

araz1385     Mart 10, 2008 20:44

BULUT QARAÇORLU

Bir əlimdə qələm, bir əldə kağaz,
Xəyalım boylanır damdan, duvardan,
Başımda yar bağın gəzmək havası,
Qapılar bağlıdır, yol tapım hardan?

Hasarın dalında könül verdiyim
O yar bir bağ salıb, suyu bulurdan,
Hayvası kəhrüba, narı yaqutdan,
Tağı firuzədən, divanı güldən.

Mavi eyvanında saz çalır Zöhrə,
Bürcündə yay çəkib dayanıb Keyvan,
Layiqi var girəm qəsrinə mən də
Qıllı papağımlan, sınıq sazımlan?

O, bu ehtişamla, bu təmtəraqla
Qapısın üzümə açmasa nə var,
Şahla rəiyyətin söhbəti tutmaz,
Mən bir obalıyam, odur Şəhriyar.

Gərək rüsxət alam Heydər babadan,
"Yox" cavabı bəlkə mənə verməsin,
Bir də Şəhriyardan fərmanım vardır,
"Şair bir-birini olur görməsin?"

Yox, mən də Səhənd'əm, başım ucadır,
İçimdə sönməyən eşq atəşi var.
Məndə səfası var güllü baharın,
Başımı tutsa da qara buludlar.

Laləli, çiçəkli çəmənlərimdə
Gəlib yurd salsa da çoban-çoluqlar,
Yalvarram səfamdan üz döndərməsin,
Şəhriyara layiq Şahyurdum da var.

Könlüm havasıyla qol-qanad açır,
Qaf qalasın almaq – deyə ucalır,
Qalxdıqca boy atır daş-duvarlar da,
Alıcı tərlanım yorulur, qalır.

Duvarlar, duvarlar, polad olsaz da,
Almaz mişar ollam, kəsib biçərəm!
Külüngün borc allam Fərhad babanın,
Bisutun olsaz da, çapıb geçərəm!

Duvarlar, duvarlar, yol verin geçim,
Vulqanam, nəfəsim tufan qoparar.
Buludam, sallansa qaşım-qabağım,
Ağlaram, aləmi sellər aparar.

Bir əlimdə od var, bir əlimdə su,
Bir üzüm qara qış, biri bahardır,
Dosta, istəkliyə isti qoynum var,
Düşmana baxışım şaxtadır, qardır.

İçimdə boğulur dadım, harayım,
Nə duvar hayıma hay verir, nə yar,
Nə daşdan səs çıxır, nə də qardaşdan,
Sankı boşluqlarda itir dalqalar.

Bilmirəm, bəlkə də bu bir xəyaldır,
Ya da ki, sehrdir məni aldadan,
Deyirlər dilbərim bulur qəsrində
Dardadır, asılıb təpə saçından.

Səhənd'i qorxutmaz nə saray, nə sehir,
"Məhəbbət" deyilən bir əfsunu var,
Həm ism-i ə'zəmdir, həm ism-i şəbdir,
Bağlı qapıları üzünə açar.

Açılın, açılın, bağlı qapılar,
Məhəbbət namına, istək namına!
Əriyin, tökülün, dəmir qıfıllar,
Könül xatirinə, ürək namına!

Gəlir qulağıma iniltiləri,
"Burda bir şer darda qalıb, bağırır",
Doğrudan da mən bir "mürüvvətsizəm".
Qardaşım dardadır, məni çağırır.

Çəkilin, çəkilin, yol verin geçim,
Ürəyim alışıb, alov saçaram!
Şəhriyar boynuna zəncir vuralar
Çeynərəm, gəmirrəm, dartıb açaram!

İşləyir qoluma dəmir paxlalar,
Zəncir qıcıqdırır, sancır ətimi.
Can qardaş, hələlik bağışla məni,
Deyəsən unutdun əsarətimi.

Əziz Şəhriyar'ım, bağışla məni,
İncimə, darılma, fikrin hardadır?
Mürüvvətsiz deyil sənin qardaşın,
Ancaq sənin kimi o da dardadır.

Özün demədin ki, bizim ellərdə
"Vəkil müavəkkilin xərcini(1) çəkər?
"Ana - eşq ocağı sönməsin – deyə,
Ürəyin əridər, çırağa tökər.

Hər yanı bilmirəm, bizim diyarda
Heç də xəyal deyil dostluq, məhəbbət,
Ancaq ışıq saçan isti günəş də
Bə'zən bulud altda gizlənir, əlbət.

Nə bilim, bəlkə də, sultanım qardaş,
İşin eybi bizim özümüzdədir.
Həmin bu ilqarın düşkünüyük biz,
Günah yadda deyil, günah bizdədir.

Bir ovuc kələkbaz, qumarbaz ilən
Pakibaz olmuşuq, pak uduzmuşuq.
Mərd ikən namərdə rəhm eyləmişik,
İndi namərdlərə möhtac olmuşuq.

Dövlətliyə saxsı lazım olanda
Vurub sındırmışıq öz küzəmizi,
Çıxdığımız qını beyənməmişik,
Biz eli atmışıq, el atıb bizi.

Elimizə nə gün ağlamışıq biz?
Bağın şaxta vurub, bostanın yarıb
El bizə neyləsin, nə gün ağlasın?
Ağzı uçuqlayıb, dili bağlanıb.

İndi olan olub, geçdilər geçib,
Calanan su bir də küzəyə dolmaz!
Daldan atılan daş topuğa dəyər,
Göz yaşı tökməklən yara sağalmaz!

Bu gün mən Səhənd'əm, sən Şəhriyar'san,
Gəl başın ucaldaq qoca Təbriz'in,
Bir kərə yadların daşını ataq,
Çəkək qayğısını öz elimizin.

Vəfasız güllərin üstündən uçaq,
Qonaq sədaqətli el qucağına,
Sönməz eşqimizdən bir peyvənd salaq
Elin şaxta vurmuş gül-budağına.

Şairim, dünyanı necə görürsən,
Duz yeyib, duz qabın sındıranlar var.
Qədir bilən yara can qurban eylə,
Qədir bilməyənə heyifdir ilqar.

Özgə çırağına yağ olmaq bəsdir,
Doğma ellərimiz qaranlıqdadır.
Yanıb, yandırmayaq yadın ocağın,
Evimiz soyuqdur, qışdır, şaxtadır.

Demirəm yanmayaq, alovlanmayaq,
Yanmasın, neyləsin yazıq pərvanə?!
Yanmayaq vəfasız yarın oduna,
Yanaq elimizə, yanaq vətənə!

Bir yerdə qalmaqdan darıldıq, öldük,
Doğma yurdumuzu dolanaq, gəzək,
El ilən ağlayaq, el ilən gülək,
İncimizi vətən sapına düzək!

O əziz diyarda, doğma şəhərdə
Şairi coşduran səhnələr çox var.
Nisgilləri çoxdur dərdli Təbriz'in,
Biri sən özünsən, əziz Şəhriyar!

Borc altında yaşamaq yamandır, qardaş,
Borcluyuq, borcluyuq həm mən, həm də sən
Gör nə ruzigarda, gör nə gündədir
Şəhriyar bəsləyən bu el, bu vətən!..

Çəkək şe'r topun, haydı, qardaşım,
Sən Heydər baba'ya, mən də Səhənd'ə,
Şairin silahı nəğmədir, sözdür,
Nəğməmiz yayılsın şəhərə, kəndə.

Yazaq, hər misramız bir bayraq olsun,
Həqiqət bayrağı, zəfər bayrağı!
Parlasm mayaq tək, yansın çıraq tək(25)
Gələcək mayaqı, ümid çırağı!

İndilik zəyif bir damla olsaq da,
Süzülək, yığılaq, göl olaq, axaq
Qarışaq çaylara, daşqın sulara,
Dərələrdən geçək, dənizə çataq(26).

Şıltaq ləpələrə qoşulaq, coşaq,
Süzək dalqalarda sonalar kimi,
Gün vursun, yağışlı buluda dönək,
Uçaq, havalanaq durnalar kimi!

Əssin üstümüzə soyuq küləklər,
Bozaraq, tutulaq, qaralaq, yağaq!
Sel olaq, ağnayaq uca dağlardan,
Yerli qayaları dibindən qazaq!

Dağları qoparaq, dərələr dolsun,
Köpüklü suları calayaq düzə,
Yaşarsın qurumuş kollarm kökü,
Baharı qaytaraq vətənimizğ!

Çaylara səd vuraq, zülmə həd vuraq,
Haqlara tapşıraq haqqı hər yerdə!
Qısır qumsallara cummasın sular,
Zəmilər göz göyə dikməsin bir də!

Kəsək ədavətin, kinənin kökün,
"Eşqdən yeni bir quruluş quraq!"
Minək şahablara, ıldırımlara,
Gedək ulduzlara, günəşə qonaq!

Səhər bulağının arıdaq gözün,
Işıqlar qaynasın, xarraxar axsın!
Çızınsın yalıncıq, çılpaq meşələr,
Bu dağlar döşünə gül-çiçək taxsın!

Səhənd də gül açsın, Heydər baba da.
Üzərində çadır qursun Şəhriyar,
Baxaq çiçəklənən yurda, şe'r yazaq,
Şair də bəxtiyar, şe'r də bəxtiyar!

Şairim, yubanma, yoldadır karvan,
Qulaq as, dünyada gör bir nə səsdir,
Bağrını sıxmasın atılan toplar,
Qırılan zəncirdir, sınan qəfəsdir.
  ərəb əlifbasında devamını klik etعرب الیفباسیندا دوامنی کلیک ائت Davamı...
Bölməsiz     Şərhlər(0)     Baxış sayı: 44     Mart 10, 2008 20:44    

Ikinci ərmağan

araz1385     Mart 8, 2008 19:37
bulut

Ikinci ərmağan

Təəssübsüz millət gərək xar olsun
Qаrğış zəmаnənin qаnunlаrınа
Qаrğış ürəkləri аyırаnlаrа
Qаrğış insаnlаrı qəfəsə sаlıb
Bəşər huququndаn dəm vurаnlаrа.
Kimə deməliyik dərdimizi biz
Dət bilən kimdir söz anlayan kimdir.
əsir bir millətə məhkum bir elə
qayğı cəkən kimdir ağlayan kimdir
kora gecə gündüz yəqin ki birdir
nədən qorxuram , qoy deyim sözümü
mən ki baxar koram ,qoyun dostaxban
heç əsirgəməsin oysun gözumi
dilimi dalımdan çıxatsalarda
qoy gardaş dərdimi deyim barı bil
güneydən quzeyə , şərqidən qərbə
hansı xalqı gördün bizim tək zəlil
milli azadlıxlar əsri olsada
hər yerdə hər yanda adı bu əsrin
nə etmək dünyanı buğda tutsada
kəhliyin ruzusu çınqıldır həmin
bu şərəf , bu şövkət, bu şöhrət , bu şan