Friedrix Nitşse
Yalnız
Hayqıran qarğalar
Darmadağın uçuşurlar şəhərə doğru:
nədənsə yağacaq qar
Yeri yurdu olanlara nə mutlu!
Donub bir yerdə qaldın,
çoxdandır gözlərin arxada!
Boşuna qaçırşan, ey çılğın,
qışdan uzaqlara!
Davamı...
Friedrix Nitşse
Yalnız
Hayqıran qarğalar
Darmadağın uçuşurlar şəhərə doğru:
nədənsə yağacaq qar
Yeri yurdu olanlara nə mutlu!
Donub bir yerdə qaldın,
çoxdandır gözlərin arxada!
Boşuna qaçırşan, ey çılğın,
qışdan uzaqlara!
Davamı...
Kiyan Xiyav
Əllərimiz
hankı dağlarda,
neçə bayrağa yönəldi sənsiz?
- heç
hədə biçdiyimiz
hankı meşələrin
harasını qorxuya saldı sənsiz?
-heç heç
nə qədər ağardı
qaranlıqdan qaranlığa uçan ulduzlarımız sənsiz?
- heç heç heç
eey, Allahdan yazıq yerdə
qılıncsız qınlarımızı
Davamı...Ersan erel
Asıldım dilinə
Düşüncələrim ərəb saçı
Duyğularım anamın cəhrisinin mili kimi
Əyirdiklərim sağlı sollu bayraqlara
Bəzək olmur nə edim!
Dar boğazlı bilik ilməklərində
Geçmişimin ana damarı boğulu.
Yazlarda çiçəklərin gülüşünə boğulacaq doğada
Hıçqırığımı bir çoban belə oxumur.
Mən daşda
Mən qayada
Davamı...
həsən hüseyin qorxmazgil
Acılara Tutunmaq
acı çəkmək özgürlüksə
Özgürdük ikimiz də
O yuvasız torağayı
mənsə qəfəsdəsarı bülbül
O dolaşmış daldan dala
Savurmuş ürəyini
mən bölmüşəm ürəyimi
Başqaldıran dizələrə
əlləri çığlık çığlık
Yanyana iki dünya
Davamı...
Hadi Qaraçay
Ök
sən
hansı uçmağın yeyilməz almasısan
hansı xərmənin daraqlanmış buğdası
adın
bütün girilməz qapıların başında durar
və gözlərin
məni unutmağa götürən yolları bağlar...
oooy aşıq atan uşaqlar
bir söyləyən ola
niyə aşiqlərin aşıqları ovçu durmaz?
ölüm bir qarğadır
seyid heydər bayat
Səs meşədənidi, hooooy! ağa miri oğlu! səni öldürəcəyik!
ulağ qulaqlarını şaxlayıb, addimlarını yeyinlədib,
güvənsizcəsinə yeriyirdi. çayın səsinə qarışan qurbağaların
qurultusu meşədən gələn səslə üst üstə düşüb qorxünc bir
səmfuni yaratmişdi.
Davamı...Azərbaycanın modern şeiri
Hümmət şahbazı
İlk baxışda modern şeir deyiləndə, onun forma gözəllikləri və bədiliyi gözümüzün önündə canlanır. Bu baxımdan klasik şeirə və onun bütün adət və ənənələrinə qarşı duran şeirə “modern şeir” deyirik.Məzmun baxımından isə, modern şeir ictimayi duruma uyğun olaraq, düşüncə baxımından ədəbiyatımızda böyük dəyişikliklər olur. Bu dövrüdə ədəbiyatımız məzmun baxımından ümumiyətlə inkişaf edir ( Sabir və C. Məmmədquluzadə və ...) amma forma sarıdan o qədər dəyişiklikləri olmadan klasik formaları daşıyır.
Davamı...Bənövşə
Niyə bükülmüsən ay gözəl çiçək?
Söylə ki, dərdini biz də, dinləyək
Eşqdə, məhəbbətdə yoxsa mənim tək,
Səndəmi olmusan naşı, bənövşə?
Çətindir sevdanın yöndəmi, çəmi,
Zilinə qalxmamış, qırılır bəmi.
Deyəsən tənhasan sən də, mən kimi,
Süzülür gözünün yaşı, bənövşə.
Davamı...
Arif kəskin
Bu duzlaq ...
Bu duzlaqdan altüklü bir dəvə keçir
Yalqız
Susuz
Baxışları qorxu dolu üfüqlərə düyünlənmiş
Ayaqları
Duzlaq qürbətində şırım şırırm
Və könlündə
Gediş hissi çırpınmada
Davamı...Camal Süreya
BU BIZIMKI
Yixici bir sevgidir bu,
Yixir millətin ortasina
ehtiras yükünü.
Böِlücü bir sevgi,
çörəyi suyu bِölür
Gündə üç övnə.
xain bir sevgidir bu,
Sizin evə oğru girər
Onunkına polis.
Yasadişi bir sevgi,
Evlənməyi
Heç mi heç düsünmür.
Soyquncu bir sevgidir bu,
ən adi nəğmələrdən
Sevinclər toplayir.
Köِkü dişarda bir sevgi,
Dante ilə Beatrice'inkinə
Fena yamsılayır.
işğalçi bir sevgidir bu,
Samanliq sevişənin deyir
Başqa şey demir.
Qaynaq : unutulmayan şiirler antolojisi, cansever eyüboğlu, s.190
Ersan erel
Hadi qaraçayın
özgürlük yontusunda qabar çalmış özləmləri
Bir gün
Danışacaqdınız siz ey sıldırım qayalar
Sümüklərinizdə
Qılınc yarasından bitmiş ardıclardan
....
Hadi qaraçayın “ sonsuzluq” dizgəsi (poeması) geçmişliyə açılan ağrı qapılarından belə boylanır. Qalın ünlü səsli olan “sıldırım”, “qayalar”, “qılınc”, “ardıclar” kimi dörd adın qısa başlanğıca yüklənməsi , ağlatının ( trajedinin) savacısı izlənimini yaradır. Kökəncil (mitolojik) coşquyla (lirizmlə) sözlərin səs damarlarına duyğu tellərini belə duyarlı bağlamaq, qoşuqçunun sözə olan sorumluluğudur. Türk dilinin doğasında olan bu özəlliyi qavrayıb, qoşquda yansıtmaq isə özü bir bacarıq, bir gözəllikdir. Oxucuya düşüncə ilətisi isə götürdüyü böyük daşları qoşuq qalasına yerində işlətməklə çatır. Başlanğıcı belə coşqulu başlayan bu dizgənin soluğançılığa varcağını düşünərkən, qaraçay bacarıqla əyləcə (tormuzu) basır:
davamını buradan oxuyun:
http://www.dusharge.blogfa.com/post-118.aspx
Davamı...
"Hadi qaraçay"ın kitablarını PDF lə oxuyun :
Beçələr banlayanda
Badamlıqlar
http://www.dusharge.blogfa.com/
kitablardan yalnız "düşərgə" veblogını qaynaq
göstərmək şərtilə yararlanmaq olar.
Norveç şeiri
çevirən : Hadi Qaraçay
Lindis laabak Rasmussen ![]()
05.05.1972.ci ildə Norvecin Ålesund şəhərində doğulub. Bildiyimcə heləlik şeir kitabı çıxmayıb.şeirlərini dikt.no sitəsindəndən götürmüşəm. ___________________________
Henning Howlid Wærp, “Norveç şeiri 2004.cü ildə” adlı yazısının başlanğıcında, Norvecin 70.ci illər ədəbiyatını ütopik, geniş dəyişimlər güdən və başqa bir toplum üzərinə bir düş, 80.cı illərin şeirini isə dil fəlsəfəsi, minimalism və duyğusallıq kimi dəyərləndirir. Beləliklə də 2004.cü ilin ədəbiyatını yekunlarına baxırkən bu ilin ən adlım şairinin yaradıcılığını 70.ci illərə dönüş kimi görür. 2004.cü ildə basılmış şeir kitablarının araşdırırkən sayca az və necəliklə (keyifiyətcə) gücsüz olduğuna ınanır. Gənəl olaraq şeirin, Norveçdəki durumunu başqa avropa ölkələriylə tutuşduranda, pis durumda olduğunu bildirir.
davamını buradan oxuyun: http://dusharge.blogfa.com/post-152.aspx
Davamı...
Hümmət şahbazi
MEDYA VƏ POSTMODERN TARİX
Zənnimcə tarixin işləyi (fonksiya) keçmişə görə, dəyişilməyibdir. Keçmişdə, -ümumiyətcə modern dunyadan öncəni nəzərə aliram– tarix: şahların, sarayların, şahzadələrin və ümumiyətcə iqtidarın acılı şirinli sərgüzəştləriydi. Daha doğrusu, tarixdə yalnız şahlıq və yüksək təbəqəlilik höküm sürürdü və aşağı təbəqələrdən söz edilmirdi. Bu anlayış, modernlik dövrundən buyana, "hegel" və "marks"ın, təbəqə dartışmalarından sonra mahiyətini dəyişdi. Belə ki bu anlayış, keçmişin tam əksinə olaraq bir sürə aşağı təbəqələrin sərgüzəştini aradı. Bu, modern çağın ilk başlanğıcında oldu. Çünki bu zamanda, ən önəmli təbəqə yəni ziyalı təbəqəsi yarandı. Ziyalı təbəqəsi, öz anlayışının əsasını daha doğrusu öz gücünü, iqtidarın əleyhinə çıxışıyla başladı. Bu zaman ziyalılığın təmsilçiləri hegel və marks kimi düşünürlər olur. Ölkəmizdə isə abasqulu bakıxanovdan başlayaraq məşrutə dövru tarixçilərini nəzərdə tutmaq olar. Bu anlayış "pişəvəri" (milli hökumət) dövrundə tam şahlar sarayından ayrılaraq kütlə və sıravi vətəndaş tarixini yazmağa başladı.
Davamı...
