Reklam verin!
İyul 3, 2008 13:04 tarixində, sabirsarvan tərəfindən, SİZİN ARANIZDA bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:2
Yuvasından dərbədər
Gəzən şəhərbəşəhər
Sənin oğlundur, ana.

Tüstüsü başdan çıxan,
Başı min işdən çıxan,
İşləri daşdan çıxan
Sənin oğlundur, ana.

Bəxtini selə verən,
Dərdini yola verən,
Bir ömrü yelə verən,
Sənin oğlundur, ana.

Kölgəsi var, özü yox,
Baş qoymağa dizi yox.
Bu dünyaya sözü yox,
Sənin oğlundur, ana.

İyul 3, 2008 13:04 tarixində, sabirsarvan tərəfindən, SİZİN ARANIZDA bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:2
Gör məni nə yerdə saxlayıb dünya,
Neyləyim, yolumu bağlayıb dünya,
Dərdi güc gələndə ağlayıb dünya,
Acı göz yaşını silər mənimlə.

Saçımda illərin tozu görünər,
Qor olmuş arzumun közü görünər
Düşmən xiffətimi görüb sevinər,
Dostlar sevincini bölər mənimlə.

Ümidlə yaşadım bir ömrü mən ki,
Başımın üstünü alıbdır çən ki.
Yıxılıb ölərəm, əgər bilsəm ki,
Hamının kədəri ölər mənimlə.
İyul 3, 2008 13:03 tarixində, sabirsarvan tərəfindən, SİZİN ARANIZDA bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:2
Əyilib göylərdən,
         bəxtin öpməsə alnından,
Dərdlər açsa üzünə qapısını
Ağrımağa dəyməz
Qəmli nəğmələr yerinə
Oxu sevənlərin duasını.

Qar altından çıxası,
        açılası gülün var.
Uzandıqca
        uzanası yolun var.
Bir küçədə, bir tində
Səni ağ geyindirəcək
        ölüm var,
Amma, amma
             ölümə inanma.
Qurtar!
Qəbir daşında yazıya baxan kimi
                      baxma dünyaya,
                                   qurtar!
Dan yerinə bax,
         dan yerinin sənə sözü var!


  Yazılar cəmi: 58    Sonrakı səhifə »