Rəbiqənin şeirləri
****
nə vaxtsa hamımızın ürəyi belə döyünüb
hamımız da unutmuşuq həmin vaxtı
amma dünən Allah üzümə baxdı
ürəyimin divarları yumulub açılınca
saydım – kirpiklərini ...

Davamı...
****
nə vaxtsa hamımızın ürəyi belə döyünüb
hamımız da unutmuşuq həmin vaxtı
amma dünən Allah üzümə baxdı
ürəyimin divarları yumulub açılınca
saydım – kirpiklərini ...

Davamı...
Avtobusda gedəndə gördüm səni
Yol keçirdin kimsə yoxdu eynində
Bir kəpənək, bəlkə mələk-kim bilir
Qonmağa yer axtarırdı çiynində.
Yazıçı Azər Abdullanın hekayə və povestlərini həmişə maraqla izləyirəm. Hər dəfə bu və ya digər nəsr əsəri çap ediləndə diqqətlə oxuyur, bu yazıçının mənə bəlli olan manerasında hər hansı dəyişikliyin olub-olmadığını öyrənmək istəyirəm. Azər bəyin hadisələri çözmək, təsvir etmək, müxtəlif süjet dolanbaclarından keçirmək stixiyası mənə maraqlı gəlir. Azər Abdulla janrın sərhədləri içində hansı hadisənin necə baş verməsi, inkişaf etməsi və başa çatma məntiqini məkan amili ilə sıx surətdə bağlaya bilir – yəni, onun cızdığı “janr dairəsində”, konturları apaydın olan bu məkanın içində hər bir əşyanın yeri, harada, hansı nöqtədə olması, hansı surətlə yerindən tərpənməsi ölçü-biçi daxilindədir.
Davamı...Mən bu suala cavab vermədən yazını diqqətinizə çatdırmaq istərdim:
Davamı...Balzak «Sarrazin» novellasında qadın paltarı geyinmiş xədim kişi haqqında danışarkən belə bir cümlə işlədir: «O elə əsl qadın idi, qəfildən baş qaldıran qorxu hissi, anlaşılmaz şıltaqlıqları, instinktiv həyəcanları, səbəbsiz qabalığı, hərisliyi və bir də füsunkar, incə hissləri ilə birgə…» Bu sözləri deyən kimdi belə? Bəlkə qadın libası altında xədimi sezməməyə çalışan novella qəhrəmanı? Ya bəlkə öz şəxsi təcrübəsindən qadın haqqında fikir yürüdən Balzak – fərd? Yaxud qadın naturası barədə hökm sürən ədəbi təsəvvürləri izləyən yazıçı Balzak? Bəlkə ümumbəşəri hikmətdi bu? Kim bilir?! Romantik psixoloji ovqatın təzahürüdürmü bu? Nədirsə, biz onu heç vədə bilə bilməyəcəyik, belə bir səbəbdən ki, məhz adına yazı dediyimizdə səs, mənbə, məxəz barədə hər cür anlayış, sadəcə gömülür! Yazı – qeyri-müəyyənliyin, qeyri-yekcinsliyin, ikimənalılığın elə bir məkanıdır ki, burada bizim subyektivliyimizin izləri yox olur. Bu, elə bir ağ-qara labirintidir ki, hər cür özünəbənzərlik və ilk növbədə yazan adamın cismani nişanəsi itib gedir.

Davamı...
Üslub peşə kimi
Valeridən Kollej dö Fransda oxuduğu mühazirələri nəyə görə çap etdirməməsini soruşanda cavab vermişdi ki, «formanın dəyəri çox böyükdür». Bununla bərabər, burjua ədəbiyyatının bütün təntənəsi dövründə formanın dəyəri demək olar ki, orada əksinə tapan məna ilə bərabərləşmişdi; görünür, elə o dövrlərdə də forma kompozisiyası, onun səslənməsinin qayğısına qalırdılar və bundan ğaşqa forma çox da dəyərli və ya önəmli sayılmırdı, çünki yazıçı ondan mexanizmlərinin yenilənmə sınağına məruz qalmadan demək olar ki, bakirə formada nəsildən nəsilə ötürüldüyü hazır bir alət kimi istifadə edirdi; formanın sahibi yox idi; klassik dilin universallığı məhz dilin hamı üçün ümumi səciyyə daşımasından irəli gəlirdi; fərqlənən isə yalnız yazıçıların təfəkkürü idi. Demək olar ki, bütün bu dövr ərzində formanın yalnız istehlak dəyəri var idi. Bununla belə, bildiyimiz kimi, təqribən 1850-ci ildə Ədəbiyyat özünün varlığını bir növ sübut etmək imtahanı qarşısında qalmalı oldu: ədəbiyyat özü üçün müxtəlif alibilər axtarmaq yoluna qoşdu; və məhz yazının şübhə kölgəsinə toxunmasına görə bir sıra yazıçılar peyda oldu ki, yazının istehlak dəyərinin yerinə onun dünyaya gəlməsi üçün sərf edilən əməyin dəyərini qoymaqla ədəbi ənənənin davam etdirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürməyə başladılar. Onlar yazını onun missiyasına görə deyil, ona dəyər verən əməyə görə xilsa etmək qərarına gəldilər. Nə zamansa özünün əfsanəvi qəsrinə sığınan, peşəkar kimi emalatxanasında səhərdən axşama kimi tərt töküb işləyən, zərgərin ona verilən məmulatı sənət əsərinə çevirdiyi kimi forma üzərində çalışan yazıçı obrazı yarandı. O, günlər keçdikcə tək-tənha özünü bu işə sərf edir, saatlarla əlini işdən ayırmır: Qotye və Jid kimi belə yazıçılar Fransız Ədəbiyyatında məxsusi peşəkar sex yaratdılar, burada forma üzərində işin özüelə korporasiyaya məxsus olmağın bir aləmətidir. Əsərə çəkilən zəhmətin dəyəri qismən onun bətnində ifadə olunan dühanın dəyərini əvəz edir; forma üzərində ağır əməklərini dilə gətirib lovğalanan yazıçıların sözlərində bir az naz-qəmzə də vardır; bəzən üslubun özünün lakonikliyi, hər halda mahiyyətcə Barokko dövrünün incəlik və həssaslığından mahiyyətcə fərqlənən məxsusi hissi kəskinliyin əlaməti kimi anlaşılırdı. Barokko həssaslığı Təbiəti dərk etmək lüzumundan yaranmışdı, bu isə öz növbəsində dilin bütün resurslarından bəhrələnməyi tələb edirdi; yeni yazıçıların axtarışları isə aristokratik ədəbi üslubun işlənməsinə yönəlmişdi və köhnəlmiş ədəbi dilin təkcə estetik dəlillər üçün kifayət etmədiyi şərtiliyinə bəraət qazandırıldığı dövrdədə yaranmış tarixə böhrana şəhadət verirdi başqa sözlərlə desək, bu zaman yazıçının sosial missiyası ilə ona Ənənəndən miras qalanalət arasında münaqişə yaranmışdı.

Davamı...
Məlumdur ki, dil eyni bir epoxanın yazıçıları üçün ümumi olan pinsip və vərdişlərin məcmusunu əks etdirir. Bu o deməkdir ki, dil öz təbiətinə uyğun olaraq, yazıçının sözünə daxildən sirayət edir və bu zaman ona heç bir forma vermir və hətta onu qidalandırmır da: bu, məlum həqiqətlərin abstrakt dairəsinə bənzəyir; yalnız bu dairədən kənarda eyni yazıçı sözünün özünəməxsusluğunun haləsi yaranmağa başlayır. Dil yerlə göyün birləşdiyi düz xətt kimi bütün ədəbiyyat sferasını əhatələyir, insanın adət etdiyi, gözünün öyrəşdiyi hədləri təsvir edir, göstərir. Dil material ehtiyatından çox, bir üfüqdür, yəni eyni zamanda həm ərazi, həm də onun sərhəddləridir, bir sözlə, özünü inamlı, doğma hesab etdiyin dil məkanının torpaqlarıdır. Yazıçı sözün birbaşa mənasında dildən heç nə götürmür; ancaq dil onun üçün elə bir maneədir ki, bunu dəf etdikdə sözün təbiətüstü keyfiyəti açılır; dil hərəkət etmək üçün əvvəlcədən hazırlanmış bir meydandır, mövcud imkanların eyni zamanda həm məhdudiyyəti, həm də geniş diapazonudur. Dil insanın üzərinə ictimai öhdəlik götürdüyü bir sferadır, bu, seçim imkanı qoymayan bir refleksdir, təkcə yazıçının yox, bütün insanların bölünməyən mülküdür; o, insanın seçiminə görə yox, öz təbiətinə görə ictimai predmetdir. Heç bir yazıçıya öz azadlığını maneəsiz olaraq dilə təlqin etmək imkanı verilməyib, çünki dilin çiyinlərində bütün TARİX yükü daşınır – fasiləsiz olaraq.

Davamı...
Vaxtilə V.Korotiç Taras Şevçenkonun ölümünə həsr etdiyi şeirində yazırdı:
O, uzun bir ömür yaşadı, Qırx yeddisində öldü.Portuqal şairi Fernando Pessoa da həyatla bu yaşda vidalaşmışdı, hardasa yazılmışdı ki, şair üçün, xüsusən də Avropa şairi üçün bu, böyük bir yaş həddidir. Əgər onun Həyatını günlərin, ayların, illərin konkret miqdarı ilə yox, onun son nəticəsinin – dünyada mövcudluğunun demək olar yarım əsrlik bir dövründə edə bildikləriylə təsəvvürə gətirsək, cəsarətlə demək olar ki, Pessoa çox uzun bir ömür yaşadı. Pessoa yaradıcılığının ən müxtəlif təmayüllü, ən müxtəlif səviyyəli araşdırıcıları indiyə qədər də onun yaradıcılıq dühasının əsas xassəsini açıb ifadə etməkdə çətinlik çəkirlər. Çünki sözün açığı, haqqında danışacağımız Fernando Pessoa bir bütöv şair olsa da, bir bütöv şəxsiyyət deyildir – haçalanan, atom kimi bölünüb çoxalan bir təbiət hadisəsidir ki, bitmək, tükənmək bilmir, üzü sonsuza doğru davam edir.

Davamı...
İnsan, varlıq və dünyanın gerçək mahiyyəti haqqında həqiqət məlumdur ki, müxtəlif ədəbi janrlar vasitəsilə ifadə edilir. Hər janrın özünəməxsus yaddaşı, spesifikası, məxsusi dünyası vardır. Hər bir janr ayrılıqda götürüldükdə İnsan və dünyanın mahiyyətinin dərkində bir pillə, bir vasitədir. Bu mənada müxtəlif ədəbi növ və janrlar arasında da Çin səddi çəkmək; «spesifik» anlayışı altında olanları bir-birlərinə yadlaşdırmaq lazım deyildir. Belə bir tezisi əsas götürüb, məsələn, M.F.Axundovun «Hacı Qara» komediyasını bir-bir roman kimi də oxumaq olar. Yaxud Mirzə Cəlilin «Dəli yığıncağı»nı poema kimi «oxumaq» da müşkül məsələ deyildir. Əvvəla, bu iki söz – drama və poema etimoloji cəhətdən «etmək» felinin mənasına uyğun gəlir.
Davamı...