Reklam verin!

Sözlərin sirrini açaq

Blog Haqqında

nergiz
Rəbiqənin şeirləri artıq burada...

Axtarış

Bölmələr

Arxivlər

Keçidlər

Açar sözlər

Sayqaç

  • İndi blogda: 1
  • Keçən ayın hiti: 684
  • Dünənki hit: 71
  • Bugünki hit: 1
  • Ümumi hit: 1269

Müxtəlif

* * *

nergiz
İyul 3, 2008 22:30

nə vaxtsa hamımızın ürəyi belə döyünüb 

hamımız da unutmuşuq həmin vaxtı 

amma dünən Allah üzümə baxdı 

ürəyimin divarları yumulub açılınca

saydım – kirpiklərini

Şərhlər(2)
23 oxunma
Şeirlər

***

nergiz
İyul 3, 2008 22:29

 Sənin kimi olmaq,

sənin kimi düşünmək,

sən olmaq  –

arzulanmaq,

xoşa gəlmək istəyirəm.

Amma qolumdan tutub silkələsən,

'elə belə də yaxşısan' desən – yalan-doğru,

mən heç nə istəməyəcəm


Şərhlər(0)
2 oxunma
Şeirlər

* * *

nergiz
İyul 3, 2008 21:41

Külək hamıyla əylənir....

Agacda yarpaqlar yellənir...

Donumun ətəyi qalxır

və mən yenə saxlaya bilmirəm

onun əllərini...


Şərhlər(0)
3 oxunma
Bölməsiz

* * *

nergiz
İyul 3, 2008 21:35

Bir dəfə gözünü ekrandan ayırıb

 körpə qızının gözlərinə bax.

Nəsə deyir sənə o uşaq.

Bilirəm, gözlərdən oxumaq çətindi

amma elə indi  

o gözlərə baxsan,

sənə xeyri olacaq -

bir də mənə dəli ismarışlar yazmayacaqsan...

Şərhlər(0)
1 oxunma
Bölməsiz

* * *

nergiz
İyul 3, 2008 21:31

Şübhələr boğursa yaxanı,

yaxını düşün.

Günah işlə, ağrı qazan.

Bir az ağla.

Sonra peşmanla və

Bağlan ən böyük inamla...

Özünü qınama,

onsuz da günahlardan keçib təmizlənir adamlar.

Şərhlər(0)
0 oxunma
Bölməsiz

Vasil Stus - ömrü represiyalarda keçən şair

nergiz
İyul 3, 2008 12:18

Bu həftə Bakıda Ukrayna mədəniyyəti günləri keçirildi, məşhür şair Taras Şevçenkonun heykəlinin açılışı oldu, dost ölkənin incəsənət xadimləri konsertlər verdilər. Düşündüm ki, Ukrayna mədəniyyəti günlərində tanınmış şair Vasil Stus barədə yazını azərbaycanlı oxuculara təqdim etmək yerinə düşər.


GUAM yazarlarının Bakı görüşləri olmasaydı və bu görüşlərdə məşhur Ukrayna şairi Vasil Stusun oğlu, "Kiyevskaya Rus" jurnalının baş redaktoru Dimitro Stusla görüşməsəydim, bu yazı da alınmayacaqdı. Mirzə Fətəli Axundov adına kitabxanada keçirilən poeziya gecəsində oğul Stus atasının şerini oxudu. Bələd olmadığım ukrayna dilindəki kəlmələri dilimizə tərcümənin köməyinə ehtiyac duymadan misraların musiqisindən anlamağa çalışdım. Alındı da...

Əlbəttə, görüşdən öncə də ata Stus barədə məlumatım vardı, Səlim Babullaoğlunun və Siyavuş Məmmədzadənin tərcüməsində onun şeirlərini də oxumuşdum, amma orijinal mətn və səs, diksiya effekti ayrı şeydi. Nə gizlədim, başqa bir həssas məqam da var - şeir daha çox ovqat məsələsidir və onu oxuyub anlamaq üçün vaxt, münasib əhval-ruhiyyə tələb olunur.

Oğul Stusla tanışlıqdan sonra "GUAM ölkələri ədəbiyyatından seçmələr" antologiyasına növbəti dəfə nəzər saldım, Vasil Stusun şeirləriylə yaxından tanışlığım belə yarandı. Sonra təbii ki, internetdən ata Stusun mətnlərini axtardım, bu dəfə də onun misralarıyla rus dilinin vasitəsilə tanış oldum...

Davamı...

Şərhlər(0)
11 oxunma
Yazılar

Sabahkı qrafik

nergiz
İyul 1, 2008 17:05

Saat 12.00.

Qayığa minib gedəcəm.

Özümlə şərab götürəcəm,

bir qutu siqaret,

bir də ən yaxın dostunu…

Davamı...

Şərhlər(2)
20 oxunma
Şeirlər

Köçürmə (təcrübi məşğələ)

nergiz
İyul 1, 2008 17:02

Səni düşünmək şeir yazmaqdi –

ritmi gözləyək…


Mahnı dinləməkdi səsini eşitmək –

tonu qaldırma…


Görüşlərimiz tamaşadı –

nə faciədi, nə məzhəkə -

bizimki dram…


Xırda-para çəkişmələrimiz şou kimi –

Davamı...

Şərhlər(0)
5 oxunma
Şeirlər

Məktub (1)

nergiz
İyun 28, 2008 22:41

Salam, ... ....

Dunen gece ozumu ele aldim ve bashladim oxumaga... "---- "chox xoshuma geldi. Tercume mukemmeldi...movzuya ve onun icrasina ise, soz ola bilmez... Birnefese oxudum... Sonra "----" oxunmadi... daha dorgusu, yene yarimchiq saxladim... nese dunen eserdeki sentimentalliq vurdu meni...

Davamı...

Şərhlər(0)
26 oxunma
Gündəlik

Ədəbiyyata üçüncülər gəlir

nergiz
İyun 27, 2008 15:21

Jalə İsmayılın nümunəsində

(bax - http://jale.azeriblog.com/2008/06/14/elish-kishinin-yad-edilmesi)

Bu gün Azərbaycan ədəbi prosesi artıq yeni istiqamət almağa başlayır, bu tamam yeni çığırdı – o mənada ki bu gün 60-70-cıları inkar edən 90-cıların özünə yeni baxış formalaşır. Özü də bu baxışda qərəz-filan yoxdu, çünki özlərini postmodenist və ya andeqraundçu adlandıran nəslin bu imzalara müsbət münasibəti ortadadır - «Alatoran»ın qapısı üzlərinə açıqdı, hətta AYO rəhbərliyi

Davamı...

Şərhlər(12)
90 oxunma
Bölməsiz


  Yazılar cəmi: 17    Sonrakı səhifə »


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com