Reklam verin!
     
 

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

V.Hösle. MARTİN HAYDEGGERİN TEXNİKA FƏLSƏFƏSİ

XX əsr fəlsəfəsində və çox güman ki, bütövlükdə fəlsəfə tarixində Martin Haydeggerin son dövr yaradıcılığı qədər əks mövqelər doğuran bir yaradıcılığa rast gəlmək çətindir. Bəziləri burada Qərbi Avropa fəlsəfəsinin bütün əvvəlki ənənəsini aradan qaldıran yeni təfəkkür mərhələsinin başlanğıcını gördükləri halda, başqaları belə hesab edirlər ki, Haydeggerin son dövr yaradıcılığı mənasız ibarələrdən, hətta açıq-aşkar şarlatanlıqdan ibarətdir. Mövqelərin bu cür qütbləşməsinin müxtəlif səbəbləri vardır. Birincisi, şübhəsiz, Haydeggerin müasir fəlsəfəyə, xüsusən Almaniyada fəlsəfi fikrə göstərdiyi güclü təsiri qeyd etmək lazımdır: bu təsir göstərilən hər iki mənada obyektiv mühakiməni çox asanlıqla üstələyir. İkincisi, Haydeggerin əsərlərinin qərəzsiz təhlili onun nasional-sosializmə ziddiyyətli münasibəti nəticəsində çətinləşmişdir. Buraya onu da əlavə edək ki, bir tərəfdən, mənəvi sahədə görkəmli nailiyyətlər qazanmaq üçün – çox təəssüf! – hökmən yüksək əxlaqlı və ya heç olmasa kifayət dərəcədə siyasi həssaslığa malik insan olmaq vacib deyil, digər tərəfdən isə, həmin faktın vurğulanması hələ fəlsəfi baxımdan çox maraqlı bir suala cavab vermir: Haydeggerin fəlsəfəsi ilə onun müvəqqəti olaraq nasional-sosializmi seçməsi arasında obyektiv əlaqə yoxdur ki?!  

martin_haydegger

Davamı...
Mesiha     İyul 3, 2008 4:13
Şərhlər(0)    12 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (3)

İkinci hissə
ŞAHANƏ HƏYAT


Məhəmmədrzanın bütün kişilər kimi məxsusi həyatı da var idi və biz bunu bilirdik. Onun şəxsi dostları içərisində əsas yerləri Əsədullah Ələm, Ernest Peron və Huşəng xan Dəvəli tuturdular. Bu dostların sayı tez-tez dəyişirdi. Bəzən doktor Hacibi kimi şəxslər bir neçə aylığa və ya illiyə bu dostlar sırasına əlavə olunur, bəzən də kimlərsə bu siyahıdan ixtisara düşürdü.
Dediyim kimi, Fərəhin Məhəmmədrzaya ərə getməsindən və Sədabad sarayına köçməsindən bir neçə ay keçməmişdi ki, doktor Cahanşah Saleh qızımın hamilə olduğunu xəbər verdi. Sədabad saray kompleksi mərhum Rza şahın dövründə tikilmişdi və onun Yaşıl saray kimi bəzi imarətləri əsl sənət nümunəsi sayılsa da, müasir texniki nailiyyətlər, o cümlədən, ventilyasiya sistemi baxımından bir sıra çatışmazlıqları da vardı. Ən başlıcası, bu kompleks təhlükəsi daim Tehranda mövcud olan zəlzələyə qarşı davamlı sayılmırdı. Buna görə də Məhəmmədrza qərara aldı ki, özü və ailəsi üçün yeni bir iqamətgah tikdirsin və övladı daha yaxşı şəraitdə yaşasın.

sadabad_sarayi 

Davamı...
Mesiha     İyun 24, 2008 12:15
Şərhlər(1)    25 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Fridrix Dürrenmatt. ŞAHMAT OYUNU

(hekayə)

Gənc prokuror öz sələfinin, qoca prokurorun dəfnində mərhumun yaxın dostu sayılan hakimlə tanış oldu. Mərasim zamanı hakim dedi ki, hər ay rəhmətliklə şahmat oynayırmış. Gənc prokuror cavab verdi ki, (bu zaman onlar artıq krematoriyə çatmışdılar) o da şahmat həvəskarıdır. Matəm mitinqi başa çatdıqdan sonra təzə tanışlar daha tabutun arxasınca qəbrə qədər getmədilər. Əvəzində qoca hakim gənc prokurora bir partiya şahmat oynamağı təklif etdi. Prokuror təklifi qəbul elədi və onlar gələn şənbə gününə vədələşdilər. Prokurorun gənc xanımı da görüşə dəvət olundu. Hakimin evində isə ailə işlərini qızı idarə edirdi, çünki hakim dul idi.

fridrix_durrenmatt

Davamı...
Mesiha     İyun 22, 2008 7:16
Şərhlər(3)    42 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Əkbər Azad. FRANSA ŞAİRİNİN… TÜRKCƏ ŞEİRLƏRİ

Ey gözəllər gövhəri, ey könlümün cananəsi,
Ey mənim gülzari-hüsnün bülbüli-məstanəsi,
Ey mənim canım sənin şəmi-rüxün pərvanəsi,
Dilbərimsən, mən yüzün dildadeyi-divanəsi!


Bu misralar 1860-cı ildə Parisdə çapdan çıxmış kiçik bir şeir kitabından götürülmüşdür. Kitab iki hissədən ibarətdir: birinci hissəsi türk, ikinci hissəsi fars dilindədir. 15 səhifəni tutan türkcə şeirlər müxtəlif janrlarda (qəsidə, qəzəl, mürəbbə, şərqi, təxmis) yazılmışdır. Farsca şeirlər də müxtəlif bədii formaları əhatə edir. Şeirlərin müəllifi Şarl Verne (Charles Verney) adlı gənc bir fransızdır ki, kitab çapdan çıxdığı zaman 17 yaşı varmış. Əlbəttə, deyilə bilər ki, onun şeirləri zəifdir. Lakin məsələ bunda deyil. Mühüm olan budur ki, 1860-cı ildə (yəni 148 il bundan öncə) gənc bir fransızın türkcə və farsca şeirləri nəşr olunmuşdur.

paris_yuxulari 

Davamı...
Mesiha     İyun 9, 2008 4:52
Şərhlər(0)    36 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Şəms Təbrizi. QISA KƏLAMLAR


                 Həmid Herisçi üçün

Sözün meydanı çox dardır,
Mənanın meydanı geniş!
Sözdən qabağa get ki,
Genişlik görəsən,
Meydan görəsən!


* * *
Mənə yüz min dirhəm
Xərcləsən də,
Sözümə qiymət qoymağının yerini verməz!
* * *
Sən Sözü
öz biliklərin,
öz idrakın
və fəlsəfənlə yozursan…
* * *
Elə bilirsən ləzzət alanın
həsrəti azalar?!
And olsun Allaha ki,
onun həsrəti daha da artar!
Çünki bu dünyaya
daha çox öyrəşər.
* * *
Azadlıq – arzusuzluqdur!

shams_tebrizi 

Davamı...
Mesiha     İyun 1, 2008 3:48
Şərhlər(1)    47 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

"MƏSNƏVİ"DƏN BİR HEKAYƏT


ƏZRAİLİN BİR KİŞİYƏ [QƏZƏBLƏ] BAXMASI
VƏ ONUN SÜLEYMANIN SARAYINA QAÇMASI


(filoloji tərcümə)

Günorta çağı təmiz qəlbli bir kişi
Qaçıb Süleymanın ədalətli sarayına gəldi.

Üzü qəmdən saralmış, dodaqları göyərmişdi.
Süleyman ona dedi: «Ay ağa, nə olub?»

[Kişi] söylədi: "Əzrail mənə
Elə qəzəb və kinlə baxdı ki!»

[Süleyman] dedi: «Yaxşı, indi nə istəyirsən? De!»
[Kişi] söylədi: «Ey canların pənahı,

Küləyə əmr et ki, məni buradan Hindistana aparsın,
Bəlkə orada bəndənizin canı xilas ola!».

mevlana4 

Davamı...
Mesiha     May 23, 2008 7:28
Şərhlər(2)    62 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Xosrov Naqid. YURGEN HABERMAS ZİYALILAR HAQQINDA

Haberması "Almaniyanın ən höcət ziyalısı" adlandırırlar, lakin onun diskussiya ehtirası əksər ziyalıların şəxsi ambisiyalar naminə apardığı mübahisələrin fövqündə durur.

1976-cı ildə Martin Haydegerin ölümü ilə o vaxta qədər adətən bir filosofun simasında təcəssümünü tapan fəlsəfi ənənə müasir Almaniyanın mənəvi həyatını tərk etdi. Haydegerdən əvvəl Karl Yaspers, Teodor Adorno, Maks Horkhaymer və Karl Lövit kimi mütəfəkkirlər fəlsəfi ideyalarla insan həyatının vəhdətinə çalışan ənənəni qoruyur və formalaşdırırdılar. Lakin onların həyatdan getməsi ilə bir şəxsin vücudunda cəmləşən fəlsəfi düşüncə ayrı-ayrı fərdlər arasında bölüşdürülməyə başladı. Universitetlər və araşdırma mərkəzləri fəlsəfi diskussiyalar və mübahisələr meydanına çevrildi. Belə təəssürat yaranırdı ki, fəlsəfə son nəticədə xəlvət bir guşəyə çəkilib və indi xiridarlarını yalnız işləri və araşdırmalarından özləri ləzzət alıb razı qalan, praktik və nəzəri mübadiləyə, ictimai rəyə istinada ehtiyac duymayan intellektuallar arasında tapır. Frankfurt məktəbinin sağ qalmış son nümayəndəsi, Adornonun ən istedadlı və yəqin ki, ən müstəqil şagirdi olan Yurgen Habermas 1969-cu ildə, Yaspers və Adornonun vəfatından az sonra bu problemi anlayıb mövcud şəraiti təhlil edərək, çıxış yolları axtarmağa başladı. Nəticədə o, aşkarlıq şəraitində ziyalıların və intellektualların rolunu müəyyənləşdirən bir nəzəriyyə irəli sürdü.  

habermas 

Davamı...
Mesiha     May 21, 2008 5:51
Şərhlər(0)    43 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Spujməy Zəryab. ADAMLAR VƏ EVLƏR

(hekayə)

O gün ürəyim dərdlə dolu idi. Mənə elə gəlirdi ki, bu dünyaya gəldiyim gündən dərd içimdə məskən salıb. Mənə elə gəlirdi ki, dərd ölçülərimi böyüdüb və məni nəhəng bir varlığa çevirib.
Sonra həmişə olduğu kimi, özümü küçədə gördüm. Evlərin qapıları bağlı idi. Qapıların üstündə böyük və kiçik hərflərlə cürbəcür adlar yazılmışdı. Addımlarımı yavaşıtdım. Birdən hiss etdim ki, hər bir qapının önündə ayaq saxlayıb üstünə yazılmış adı oxuyuram, sonra da onu dodaqaltı təkrarlayıram. Mənə elə gəldi ki, adlar beynimdə sıraya düzülüb. Mənə elə gəldi ki, beynimdə bu adlardan uzun bir siyahı düzəlib. Mənə elə gəldi ki, beynim özü bir siyahıya çevrilib – adlardan ibarət bir siyahıya…

gorush2  

Davamı...
Mesiha     May 10, 2008 3:28
Şərhlər(2)    60 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Robert B.Rey. POSTMODERNİZM NƏDİR?

"Modern" sözü özünün işlək və adi mənasında "müasir" anlamını verdiyi üçün "postmodernizm" istilahı lap əvvəldən elmi-fantastik hekayələrin kəlmələri kimi xəyali təsir bağışlayır. Necə demək olar ki, hal-hazırda və indi mövcud olan şey "indidən sonra"1 gələcəkdir? Postmodernizmdəki eksperimental ovqat və onun hər şeyin absurd inkarına meyllənməsi barədə təəssürat belə bir ziddiyyətli təsəvvür doğurur ki, guya postmodernizm mümkünsüz şeylərdən bəhs edir. Bir kəsin "Mən postmodernəm" deməsi eynən kiminsə "Mən yuxuyam" söyləməsinə bənzəyir. Ola bilər ki, belə bir şey baş versin, amma bunun mənası nədir? Şübhəsiz, "modernizm" sözünü "modern" kəlməsinin yerinə qoyub, izah etsək ki, "postmodernizm" dedikdə, biz daha çox incəsənət sahəsində mövcud olan xüsusi bir cərəyanı və tarixi bir prosesi nəzərdə tuturuq, onda bu anlaşılmazlıq aradan qalxar. Bununla belə, əgər məsələni bu cür aydınlaşdırmış olsaq da, yenə "postmodern" və "postmodernizm" sözləri qəribə səslənir. "Postmodernizm" sözünü nə qədər çox işlədiriksə, onun müəmmaları ilə bir o qədər çox qarşılaşırıq.

dushan1 

Davamı...
Mesiha     May 8, 2008 8:36
Şərhlər(0)    86 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Boris Qubman. TARİXƏ QARŞI QİYAM

FRANKFURT MƏKTƏBİNİN TARİX FƏLSƏFƏSİ

Müasir dünyanın, o cümlədən Qərb cəmiyyətinin inkişafındakı ziddiyyətli meyllər Frankfurt məktəbinin Teodor Adorno, Herbert Markuze, Maks Horkhaymer və s. kimi nümayəndələrinin tarixin mahiyyətinə dair baxışlarına ciddi təsir göstərmişdir. "Tarixə qarşı qiyam", insanın getdikcə daha çox əsarətə alınmasına aparan bir proses kimi tarixin inkarı onların əsərlərinin fərqləndirici cəhətini təşkil edir. Bu əsərlər 1960-cı illərdə "yeni solçular" adlanan gənclər hərəkatı nümayəndələrinin dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır, bu gün də Qərbdə yeni yaranan fəlsəfi təlimlərə və kütləvi şüura müəyyən təsir göstərməkdə davam edir. Həm kapitalizmi, həm də sosializmi qəbul etməyən Frankfurt məktəbi nümayəndələri tarixi son dərəcə pessimist, "tərəqqiyə zidd" bir şəkildə mənalandırır və tarixin "dəf olunması", insanın öz mövcudluğunun ilkin təbii əsaslarına qayıdışı ideyasını irəli sürürlər. Belə bir dəyərləndirmədə isə tarixin yeganə "dərsi" bəşəriyyətin ictimai inkişafının tam mənasızlığı olur.

adorno 

Davamı...
Mesiha     Aprel 15, 2008 10:35
Şərhlər(0)    84 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

  Yazılar cəmi: 44    Sonrakı səhifə »
Mesiha
Məsiağa Məhəmmədinin bloqu
Technorati Profile
Add to Technorati Favorites
Page copy protected against web site content infringement by Copyscape
  • İndi blogda: 17
  • Keçən ayın hiti: 8695
  • Dünənki hit: 569
  • Bugünki hit: 20
  • Ümumi hit: 36117
Check PageRank Poetry Art Blogs - Blog Catalog Blog Directory
My BlogCatalog BlogRank
View blog authority


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com