۞ C A H A N ۞
MƏNDƏ SIĞAR İKİ CAHAN...
-
baxış11
ABBASQULU AĞANIN “NƏSİHƏTLƏR”İ
Yazar: Mesiha Tarix: Oktyabr 1, 2008 8:13Böyük Azərbaycan şairi və mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun (1794-1846) çoxsaylı əsərlərindən biri də uşaqlara və yeniyetmələrə müraciətlə yazdığı “Nəsihətlər”idir. “Nəsihətnamə” və “Kitabi-nəsihət” adı ilə də tanınan bu kiçik həcmli əsər hicri 1252-ci (1836-cı) ildə müəllifin məşhur “Təhzibi-əxlaq” kitabının xülasəsi kimi qələmə alınmışdır. Əsərin eyni zamanda həm fars, həm də Azərbaycan dillərində yazıldığı bildirilsə də, farsca variant daha geniş yayılmış və sonradan müxtəlif şəxslər tərəfindən dilimizə çevrilmişdir. Məsələn, mərhum Məmmədağa Sultanovun yazdığına görə, “Nəsihətlər” “1907-ci ildə qubalı Məşədi Əbülqasim adlı bir şəxsin xahişilə həmyerlisi Seyid Rza Mir Hüseyn oğlu tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. F.Köçərli və başqa alimlərimiz tərəfindən “Nəsihətnamə” adı ilə çap edilən parçalar çox ehtimal bu tərcümədən alınmışdır” (A.Bakıxanov. Seçilmiş əsərləri. Bakı, 1984, səh.8). Lakin M.Sultanov bu tərcümənin “dilinin ağır və təhriflərlə dolu olduğunu” nəzərə alıb özü əsəri farscadan tərcümə etmiş və həmin tərcümə qeyd olunan “Seçilmiş əsərlər”də, eləcə də ayrıca kitabça şəklində (Bakı, 1982) nəşr olunmuşdur. Amma hər iki nəşrdə “Nəsihətlər”in beşdə biri – əsasən dini məzmunlu nəsihətlər – ixtisar olunmuş, beləliklə, 102 (yaxud 103) nəsihətdən 83-ü verilmişdir.
Şərhlər(0)
Tərcümələr
-
baxış25
Rza Bərahəni. ŞEİRLƏR
Yazar: Mesiha Tarix: Sentyabr 27, 2008 3:25AĞAC
Çevirəni: Behruz Sədiq
Ağaclar
uca
qurşunlu şəhərin bütün insanlarından uca
qurşunlu şəhərin butun divarlarından uca
ağaclar
uca.
Şərhlər(2)
Tərcümələr
-
baxış18
Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (5)
Yazar: Mesiha Tarix: Sentyabr 24, 2008 4:54Dördüncü hissə
İRANI TƏRK EDƏNDƏN SONRA
Bizim ata-baba yurdumuzu tərk etməyimizlə nəticələnən hadisələr 1978-ci ilin yanvar ayında başladı. Yanvarın 7-də «Ettelaat» qəzetində ayətullah Xomeynini tənqid və təhqir edən bir məqalə dərc olundu. Hamıya bəllidir ki, bu məqalə barıt anbarına düşmüş qığılcım rolunu oynadı və onun alovu bütün ölkəni bürüdü. Son dərəcə məlumatlı bir adam kimi həmin məqalə barədə əsl həqiqəti söyləyə bilərəm: bu biabırçı məqalə sabiq baş nazir Hüveyda və onun adamları tərəfindən hazırlanmışdı; həmin məqalənin Məhəmmədrzanın göstərişi ilə yazılması barədə indiyə qədər deyilənlər isə ağ yalandan başqa bir şey deyil.
Məhəmmədrza 1963-cü ildə bir dəfə ruhanilərlə üz-üzə gəlmişdi, ruhanilər də SAVAK-ın və şah qvardiyasının təzyiqlərindən xeyli zərər çəkmişdi, odur ki, hər ikisi bir-birinin «ərazisinə» girməməyə çalışırdı. Xomeyni Nəcəfdə öz dini işləri ilə məşğul idi və 1972-ci ildə Əlcəzairdə şahla Səddam arasında sülh müqaviləsi imzalanması nəticəsində İran-İraq münasibətləri yaxşılaşdıqdan sonra susmuşdu; daha doğrusu, İraq hökuməti onun siyasi fəaliyyətinə icazə vermirdi.
Şərhlər(0)
Tərcümələr
-
baxış52
İbrahim Savalan. RAMİZ RÖVŞƏNİN ÇAĞIRIŞI VƏ DÜNYAGÖRÜŞÜNÜN İZİLƏ
Yazar: Mesiha Tarix: Sentyabr 19, 2008 17:23“MƏN RAMİZİ SÖZÜN ƏSİL FƏLSƏFİ MƏNASINDA “QURTULUŞ ŞAİRİ” ADLANDIRIRAM...”
Güney Azərbaycanın tanınmış şair və jurnalisti, “Savalan” təxəllüslü İbrahim Rəşidi Urmiya
universiteti mexanika fakültəsinin məzunudur. Hələ tələbə ikən milli-mədəni hərəkatda fəal iştirak etmiş, universitetdəki “Şəhriyar ocağı”nın təsisçilərindən biri və icraçı katibi, “Ulduz” və “Bulud” tələbə dərgilərinin baş redaktoru, «Oyanış», «Baxış», “Ölkə”, “Ulus” adlı nəşrlərin redaksiya heyətinin üzvü olub. Daha sonra Urmiyada türk (Azərbaycan) dili və ədəbiyyatından dərs deməklə yanaşı, milli məzmunlu bir çox mədəni tədbirlər və konfransların təşkilində yaxından iştirak edib. Milli hərəkat fəalı kimi dəfələrlə İran rejimi tərəfindən həbs edilərək, Tehrandakı bədnam “Evin” zindanında, Təbriz, Urmiya, Əhər və Ərdəbildəki həbsxanalarda saxlanılıb. Sonuncu dəfə isə məhkəmənin hökmü ilə “quruluş əleyhinə təbliğat, pantürkizm və əhalini qeyri-qanuni aksiyalarda iştiraka təşviq etmək”də günahlandırılan İbrahim Rəşidiyə 5 ay həbs və 20 zərbə şallaq cəzası kəsilib. Qərbi Azərbaycan ostanı Apelyasiya məhkəməsi 5 ay həbs hökmünü qüvvədə saxlayaraq, 20 şallaq zərbəsini cərimə ilə əvəz edib. Təqribən bir ay əvvəl cəzasını çəkmək üçün Urmiya zindanına göndərilib.
Həbsindən öncə İbrahim bəy Ramiz Rövşənin Tehranda “Yaşmaq” dərgisinin (hazırda bu dərginin baş yazarı Səid Muğanlı da həbsdədir – M.M.) nəşrləri seriyasında çap olunmuş “Göy üzü daş saxlamaz” adlı kitabı haqqında bir məqalə yazıb. Həmin məqaləni cüzi redaktə və zəruri təshihlərlə sizlərə təqdim edirəm.Məsiağa Məhəmmədi
Ramiz Röşənin “Göy üzü daş saxlamaz” kitabı hörmətli Zəhra Qeytərani köçürməsilə Ərdəşir Rüstəminin tərhlərilə bəzənib “Yaşmaq” sıra kitablar vərində ədəbiyyatımıza sunulmuş. Ramiz bu kitabda göyə daş atan oğlana deyir: göy üzü daş saxlamaz və bu daş bir gün gəlib yerə düşər. Hər kimsəyə deməyə sözü var və bu səsi eşidənləri öz dünyasına çağırır. Ramizin çağırışı “gəlin açın yumruğumu” sözü ilə başlayır. Ramiz ürəyindəki sözü rahatlıqla demək istəmir, gərək gedib onun ovcunu açıb gizlətdiyini tapasan.
Uçdu mən görən qalalar,
Yaxşı ki var gül balalar.
Dedilər: ovcunda nə var?!
Gələk açaq yumruğunu?!
Indisə biz bu çağırışa qatılıb Ramizin açıq ovcunda gətirdiyi çiçəklərə qonaq olmuşuq.
Şərhlər(2)
Şəxsiyyətlər
-
baxış42
Robert Kandyus, Laria Fink. XX ƏSRİN ƏDƏBİ TƏNQİDİ
Yazar: Mesiha Tarix: Sentyabr 18, 2008 7:35MODERNİZM DÖVRÜ
XX yüzilliyin ədəbi tənqidini tarixi baxımdan modernizmin bir qolu və ya müəyyən mənada ona cavab kimi qiymətləndirmək olar. Bunu deməkdə məqsədimiz heç də o deyil ki, həmin ədəbi tənqid vahid bir hərəkatdır və ümumi proqrama malikdir; sözümüzün canı odur ki, modernizm ən müxtəlif meylləri ehtiva edə bilmək dərəcəsində geniş və tutumlu bir mədəni hadisədir.
Modernizm ədəbi hərəkatı XX əsrin əvvəllərində Bodler, Mallarme, Valeri və s. kimi fransız simvolistlərinin manifestlərinin təsiri altında formalaşmışdır. Bu hərəkat müəyyən bir ədəbiyyatın, tənqidin və estetik baxışların bünövrəsini qoymuş və həmin əsrin bir çox böyük yazıçı və tənqidçiləri onun numayəndəsi olmuşlar. Bəzən deyirlər ki, bu hərəkat əsrin əvvəllərində Konrad və Yits ilə başlamışdır. Lakin başqa bir qrup belə hesab edir ki, modernizm Birinci Dünya müharibəsindən sonra meydana çıxmış, Ceyms Coysun "Uliss"i və T.S.Eliotun 1922-ci ildə nəşr olunmuş "İtirilmiş torpaq” poeması ilə parlaq təzahürünü tapmışdır. Bir çoxları belə hesab edir ki, bu hərəkat 1930-cu illərin ortalarında başa çatmışdır, bəziləri isə hərəkatın sonu kimi İkinci Dünya müharibəsini göstərirlər. Bir sıra müəlliflərin (o cümlədən də bizim) fikrincə, müasir postmodernizm sadəcə olaraq, modernizmin özünəməxsus bir təzahürdür.
Şərhlər(0)
Tərcümələr
-
baxış77
Həmid Herisçi. ŞEİRLƏR
Yazar: Mesiha Tarix: Sentyabr 1, 2008 3:09KOR ƏRƏBİN SON NƏĞMƏSİ
Ciblərimiz pul üçün deyil,
əllərimiz üçündü...
Gör bir nəyi unutmuşuq...
Nişan üzüklərinin təkərləri üstə
insan sevgiləri hara gedir, hara?
Ümid qalıb Allaha,
“baş” adlandırdığımız
bədən çardağında
aləm bir-birinə dəyib...
Şərhlər(5)
Başqa müəlliflərdən
-
baxış84
Frans Poppenheym. TEXNİKA VƏ YADLAŞMA
Yazar: Mesiha Tarix: Avqust 1, 2008 2:11Romano Qvardini «Hakimiyyət» adlı kitabının əvvəlində yazır: «Yeni dövr öz başlıca və əsas cəhətləri baxımından çıxılmaz vəziyyətə düşmüşdür». Bu tezis qoyulan məsələyə diqqətin artdığını nişan verir və həmin fikir çoxsaylı müasir müəlliflər tərəfindən müxtəlif formalarda irəli sürülür. Əksər müəlliflər bizim texnikaya baxışımızdakı dəyişikliyə işarə edirlər. Onlar belə bir cəhəti vurğulayırlar ki, texnoloji inkişafın müasir dünyagörüşü məhdudlaşdırması texnika ilə irsan ruhu arasındakı mübarizəni və əksliyi getdikcə daha dərindən və daha aydın anlamağa imkan verir.
Doğrudan da, Avropa və Amerikada çoxları bu qənaətə gəlmişlər ki, texnika bəşəriyyətin ruhani və mənəvi dəyərlərini təhlükə altına alır. Onlar əvvəlki nəsillərin texnoloji inkişafa qəti inamdan necə ilhamlandıqlarını anlamaqda çətinlik çəkirlər. Texnikaya və onun imkanlarına hədsiz inam isə Orta əsrlər dünyasının süqutundan sonrakı əsrlərdə insanın üzləşdiyi şəraitdə meydana gəlmişdir. O vaxta qələr özünü onun bütün maddi və mənəvi varlığını ehtiva edən kainatın ayrılmaz hissəsi sayan insan birdən gördü ki, kökündən üzülüb və uzun müddət onu sarsılmaz dini əqidənin qoynunda bəsləyən metafizik məskənindən uzaq duşub. İndi bu qovulmuş varlıq özünə elə bir yeni məskən hazırlamaq məcburiyyətində qalmışdı ki, onun bünövrəsi arzular aləmində yox, bu dünyadakı həyatda olmalı idi. İndi yer üzündəki bu yuvanın qurulması, onun istilik və etibarlılığının təmin edilməsi onun üçün ciddi və zəruri bir mübarizəyə çevrilmişdi. İnsan təbiət qüvvələrini anlamaq və onlardan öz məqsədləri üçün istifadə etmək sahəsindəki uğurlarının səviyyəsinə uyğun həddə fəaliyyət göstərə bilərdi. Beləliklə, insanın texnikadan yapışması üçün zəmin yarandı. O zamanlar elə düşünülürdü ki, texnikanın hökmranlığı insanın hakimiyyəti və müstəqilliyinin müjdəsi olacaq. Texnikanın inkişafı ilə insanın inkişafı arasında bərabərlik işarəsi qoyulurdu.
Şərhlər(6)
Tərcümələr
-
baxış127
Kiyan Xiyav. ŞEİRLƏR
Yazar: Mesiha Tarix: İyul 30, 2008 1:36BUYUR YAVALIQ
Buyur yavalıq!
Buyur yaramazlıq!
Buyur, zaman çörəyinə
budur yavanlıq.
Ölülər
öz zülüm-zülmət gecələrində
unudublar hər şeyi.
Və dirilər
ölülərin baş qaxıncıdır.
Şərhlər(8)
Başqa müəlliflərdən
-
baxış62
Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (4)
Yazar: Mesiha Tarix: İyul 26, 2008 16:33Üçüncü hissə
XARİCİ SƏFƏRLƏR
Xarici ölkələrə səfərlərim və dünya miqyaslı şəxsiyyətlərlə görüşlərim barədə şirin xatirələrim var. Hərdən ötən çağların xoş xatirələrini yada salanda bu nəticəyə gəlirəm ki, insan ömrü xatirələr toplusundan başqa bir şey deyil...
Dediyim kimi, qızımın toyu üçün zəruri olan şeyləri almaqdan ötrü onunla birgə Parisə getməyim ölkə xaricinə ilk səfərim olmuşdu. Mənim xatirimdə hər şeyin birincisi dərin iz buraxır və onu yaddan çıxarmıram. Bu, xarici səfərlərimə də aiddir. Sonralar qırxdan çox xarici ölkəyə getsəm də, sevimli qızımla bərabər Parisə ilk səfərimi heç vaxt unutmuram.
Xatirəsi yaddaşımdan silinməyən başqa bir səfərimiz 1963-cü ildə Amerika Birləşmiş Ştatlarına olmuşdu. O zaman ABŞ hökuməti Məhəmmədrzanı və Fərəhi böyük təntənə ilə qarşılamışdı. Biz üstüaçıq maşında irəlilədikcə, göydələnlərin üzərindən başımıza rəngbərəng lentlər səpirdilər.
Şərhlər(0)
Tərcümələr
-
baxış45
ÖMRÜN MÜDRİKLİK ÇAĞI
Yazar: Mesiha Tarix: İyul 24, 2008 11:47Bu günlərdə görkəmli mətnşünas-alim, filologiya elmləri doktoru, Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Tahir Əhməd oğlu Məhərrəmovun 85 yaşı tamam olur. Tahir müəllimin keşməkeşli və şərəfli ömür yolu elmə təmənnasız xidmətin parlaq nümunəsidir.
T.Məhərrəmov 1916-cı il dekabrın 20-də Qazax mahalının Aşağı Əskipara kəndində anadan olmuşdur. Ilk təhsilini doğma kəndində alan T.Məhərrəmov Qazax Pedaqoji texnikumuna daxil olmuş, oranı bitirdikdən sonra rayonun Aşağı Əskipara və Tatlı kəndlərində müəllim işləmişdir.
1940-cı ildə hərbi xidmətə çağrılan T.Məhərrəmov az sonra başlanmış Böyük Vətən müharibəsinin odundan-alovundan keçərək, Qələbə günunə qədər ordu sıralarında faşizmə qarşı döyüşmuşdür. Onun Ukrayna cəbhəsindən - Poltava, Kiyev, Rovno və Jitomirdən başlanan döyüş yolu Polşa və Macarıstandan keçərək, Almaniyada başa çatmışdır. Faşizmə qarşı mübarizədə göstərdiyi igidliyə görə o, "II dərəcəli Vətən müharibəsi" ordeni ilə təltif olunmuşdur.
Şərhlər(0)
Şəxsiyyətlər
Bölmələr
- Tədqiqlər (17)
- Tərcümələr (51)
- Kitablar (5)
- Şəxsiyyətlər (11)
- Müsahibələr (5)
- Başqa müəlliflərdən (25)
- Gündəm (10)
Qabaqkı yazılar
- Hamid Əhmədi. MƏCNUN
- İmamverdi Həmidov. İKİ DAHİ HAQQINDA BİR KİTAB
- Həmid Asəfi. ŞEİRLƏR
- Henrix Böll. YAZMAQ RİSKİ
- İYULUN ƏN NİSGİLLİ GÜNÜ
- Hadi Qaraçay. ŞEİRLƏR
- Nigar Xiyavi. ÖZÜMÜZ VARIQ DAAA…
- Nadir İlahi. ŞEİRLƏR
- Əli Abbasi. ÖLÜM YUXUSU
- Həmidə Rəiszadə Səhər. ŞEİRLƏR
- V.Hösle. MARTİN HAYDEGGERİN TEXNİKA FƏLSƏFƏSİ
- "CAHAN" – ƏRƏB ƏLİFBASI İLƏ
- "İSTƏNİLƏN İSTİQAMƏTDƏ BİRTƏRƏFLİLİK ZİYANLIDIR"
- CAN SÖZDÜR, YAXUD SÖZÜN CANI
- Hümmət Şahbazi. KÜSKÜN HƏYAT
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (3)
- Fridrix Dürrenmatt. ŞAHMAT OYUNU
- Mahnı Zənganlı. ŞEİRLƏR
- Laura Cəbrayıllı. AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞINA DƏYƏRLİ TÖHFƏ
- OVUCDA DƏYİRMAN DAŞI
- Əkbər Azad. FRANSA ŞAİRİNİN… TÜRKCƏ ŞEİRLƏRİ
- Şəms Təbrizi. QISA KƏLAMLAR
- Ziba Kərbasi. SƏNİM ƏRK
- İlham Qəhrəman. TƏBRİZƏ GEDƏ BİLMƏDİM
- "MƏSNƏVİ"DƏN BİR HEKAYƏT
- Cavidan. DANKOLARIN PARADI
- Xosrov Naqid. YURGEN HABERMAS ZİYALILAR HAQQINDA
- HAFİZ: SEHRKAR ŞAİR
- TƏBRİZDƏ ƏLİ KƏRİMİN KİTABI NƏŞR OLUNUB
- SONUNCU MOGİKAN
- Məhəmməd Hüseyn Şəhriyar. CAN, RÜSTƏM!
- Spujməy Zəryab. ADAMLAR VƏ EVLƏR
- Robert B.Rey. POSTMODERNİZM NƏDİR?
- ŞƏMS TƏBRİZİNİN QƏBRİ HARADADIR?
- GÜNAHIN ANATOMİYASI
- Balayar Sadiq. RUHLARIN QİYAMI
- Boris Qubman. TARİXƏ QARŞI QİYAM
- ÇAĞDAŞ FƏLƏSTİN POEZİYASI: FƏDVA TOQAN
- SAİB TƏBRİZİDƏN BEŞ QƏZƏL
- Nadir Nadirpur. QUM
- Mübariz Cəfərli. GÖZLƏYƏN
- Əkbər Bozorgəmin (Aşıq Cünun). ŞEİRLƏR
- MƏSULİYYƏT VƏ MƏHƏBBƏT
- Frans Kafka. İMPERATORUN SİFARİŞİ
- ŞƏHRİYAR VƏ ZƏMANƏMİZ
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (2)
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (1)
- "ŞEYTAN AYƏLƏRİ" SƏHNƏDƏ
- YAŞAR KAMALIN GÜNTER QRASA MƏKTUBU
- Miyan Məhəmməd Şərif. MƏHƏMMƏD İQBALIN FƏLSƏFƏSİNDƏ ALLAH ANLAYIŞI
Açar sözlər
View blog authority


