Reklam verin!
     
 

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

MÖVLANA NƏ DEYİR?

800 illiyi qeyd olunan dahi şairin bəşəriyyətə ən mühüm
mesajı tolerantlıq, anlaşma və birlikdir


1207-ci il sentyabrın 30-da o vaxtlar Xarəzmşahlar dövlətinin əsas şəhərlərindən biri, indi isə Əfqanıstanın şimalında kiçik yaşayış məntəqəsi olan Bəlxdə «alimlərin sultanı» ləqəbli Bəhaəddin Vələdin ailəsində dünyaya göz açmış Mövlana Cəlaləddin Ruminin (1207-1273) adı və fikirləri bu gün yer kürəsinin dörd bir guşəsində dillər əzbəridir. Müxtəlif araşdırma və sorğular onun təkcə mənsub olduğu regionda, xüsusən Türkiyə və İranda deyil, Avropa və Amerikada da ən çox oxunan, kitabları ən çox satılan müəlliflərdən biri, bəzi hallarda isə birincisi olduğunu göstərməkdədir. Ruminin şəxsiyyəti və düşüncələri çoxdan Şərq ədəbi-bədii və fəlsəfi fikir tarixinin faktı olmaqdan çıxaraq, ümumbəşəri mənəvi-əxlaqi dəyərlər xəzinəsinin ayrılmaz hissəsi olmuş, müxtəlif incəsənət növlərinin (musiqi, rəssamlıq, kalliqrafiya, tətbiqi sənətlər, kino və s.) mövzu və predmetinə çevrilmişdir. Bu gün onun əsərləri təkcə akademik qurumlarda, müxtəlif elmi mərkəzlərdə tədqiq olunmur, həm də dünyanın bir çox ölkələrində öz sıralarında Mövlana vurğunlarını birləşdirən Mövlana cəmiyyətlərində, Mövlana klublarında öyrənilir və təbliğ edilir. Bu qeyri-adi populyarlığın, bu misilsiz şöhrətin səbəbi, heç şübhəsiz, Mövlana yaradıcılığının müasirliyində, onun XIII yüzillikdə olduğu kimi XXI əsrdə də insanları düşündürən, narahat edən ən vacib suallara cavab verməsində, bəşəriyyətə yaşayış və birgəyaşayışın mükəmməl fəlsəfəsini təqdim etməsindədir.


mevlana

Davamı...
Mesiha     Dekabr 2, 2007 1:40
Şərhlər(0)    119 oxunma
Tədqiqlər     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

SULTAN SƏNCƏR VƏ QƏZZALİ

Azərbaycan oxucusu «Sultan Səncər və qarı» əhvalatı ilə yaxşı tanışdır. Böyük Nizaminin «Sirlər xəzinəsi»nə daxil olan bu hekayətdə Səlcuq hökmdarı Sultan Səncərin (1118-1157) dövründə baş verən haqsızlıqlar və məmur özbaşınalığı sadə bir qarının dilindən bəyan edilmişdir. Müəyyən tarixi gerçəkliklərə əsaslanan həmin əhvalat, şübhəsiz, Nizaminin bədii təxəyüllünün məhsuludur. Lakin tarixdə buna bənzər real bir hadisə baş vermişdir, sadəcə ölkədə baş alıb gedən zülm və ədalətsizlikləri Sultan Səncərin üzünə deyən şəxs adi bir qarı deyil, dahi müsəlman mütəfəkkiri İmam Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzzali (1058-1111) olmuşdur.

qazzali 

Davamı...
Mesiha     Dekabr 1, 2007 6:22
Şərhlər(0)    90 oxunma
Tədqiqlər     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

FÜZULİ DİLİNİN «SİRRİ»

Füzuli haqqında bizdə ənənəvi olaraq, çətin anlaşılan, mürəkkəb, eyni zamanda sirli, müəmmalı bir şair təsəvvürü formalaşıb. Və bu təsəvvür ilk növbədə onun poetik dili və bədii üslubu ilə əlaqədardır. Təəssüf ki, indiyədək Füzuli dilinin mahiyyəti və xarakteri, onun özünəməxsusluğunu şərtləndirən amillər sistemli şərhini tapmamışdır. Halbuki şairin yaradıcılığında bu işə yardımçı ola biləcək kifayət qədər material vardır. Elə götürək, aşağıdakı məşhur qitəni:


Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib,
Əksərən əlfazı namərbutü nahəmvar olur.
Məndə tövfiq olsa bu düşvarı asan eylərəm,
Novbahar olğac tikəndən bərgi-gül izhar olur.

   fuzuli Davamı...
Mesiha     Noyabr 29, 2007 1:41
Şərhlər(0)    112 oxunma
Tədqiqlər     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

İMAD FƏQİH KİRMANİNİN«TƏRİQƏTNAMƏ» POEMASI

İmad Fəqih Kirmani (vəf.1372) X1V əsrdə İranda yaşayıb-yaratmış gözəl sənətkarlar dəstəsinə mənsub istedadlı şairlərdən biridir. Onun bədii irsi, təəssüf ki, lazımınca tədqiq olunmamışdır. Əksər tədqiqatlarda və fars ədəbiyyatı tarixinə dair ümumiləşdirici əsərlərdə İmad əsasən dahi Hafizin müasiri kimi xatırlanır və onunla Hafiz arasında baş vermiş münaqişədən bəhs olunur.Yalnız son illərdə İranda onun bədii əsərləri ayrıca kitablar şəklində nəşr olunmağa başlamışdır ki, bunlar da bir tərəfdən İmadın yaradıcılığının çoxşaxəliliyini, digər tərəfdən isə onun barəsindəki təsəvvürlərin ədalətsizliyini və yanlışlığını nümayiş etdirməkdədir.
Lirik əsərlərlə (qəzəl,qəsidə,qitə və rübai) yanaşı İmadın qələmindən beş məsnəvi də çıxmışdır ki,bunlar içərisində 1355-ci ildə yazılmış «Təriqətnamə» poeması xüsusilə diqqəti cəlb edir.Təqribən 2800 beytdən ibarət olan və həzəc bəhrində yazılmış bu əsər Müzəffərilər sülaləsindən Əmir Mübarizəddin Məhəmmədə – o zamankı Yəzd və Kerman hakiminə ithaf edilmişdir.
Davamı...
Mesiha     Noyabr 29, 2007 1:38
Şərhlər(0)    88 oxunma
Tədqiqlər     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

MƏHƏMMƏD QƏZZALİNİN ÖZÜNÜDƏRK KONSEPSİYASI

İslam tarixində göstərdiyi müstəsna xidmətlərə görə «Hüccətül-islam» («İslamın dəlili») ləqəbi ilə məşhur olan İmam Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzzalinin (1058-1111) «İhya ülum əd-din» («Dini elmlərin dirçəldilməsi») və «Kimiyayi-səadət» («Xoşbəxtlik iksiri») adlı əsərlərində müsəlmanlığın əsas şərtləri olaraq müəyyənləşdirdiyi dörd məsələdən birincisi özünüdərkdir. Bəri başdan deyək ki, özünüdərk probleminin qoyuluşu çox qədim dövrlərə aiddir və hətta antik Yunanıstandakı Apollon məbədi üzərində belə bir cümlə həkk olunmuşdu: «Özünü dərk et!»» Amma islam fəlsəfəsi bu məlum problemi özünəməxsus şəkildə şərh edir və burada biz Qəzzalinin adı çəkilən əsərləri əsasında həmin özünəməxsusluğu yığcam şəkildə açıqlamağa çalışacağıq.

Ghazali 

Davamı...
Mesiha     Noyabr 24, 2007 4:33
Şərhlər(0)    107 oxunma
Tədqiqlər     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

ƏBU SƏİD ƏBÜL-XEYRİN «QIRX MƏQAM» RİSALƏSİ

Sufizmin tarixi və nəzəriyyəsinə dair ədəbiyyatın yaran¬dığı dövrdən (X əsrin sonu – XI əsrin əvvəllərindən) etibarən «məqam» və «hal» kateqoriyaları onun başlıca predmetini təşkil etmişdir. Bu da təsadüfi deyildir, çünki əgər sufinin əsas və son məqsədi Allaha qovuşmaqdırsa, onda bu məqsədə nail olmağın üsul və vasitələri ən vacib məsələ kimi meydana çıxır. Məhz bu səbəbdən təsəvvüf nəzəriyyəçiləri sufinin Allaha doğru yolunda («təriqət» və «sülük»da) başlıca mənəvi-əxlaqi və psixi-ruhani pillələr kimi «məqam» və «hal» anlayışlarını geninə-boluna şərh etmişlər. Bu anlayışların özü isə iki cəhətdən fərqləndirilmişdir: a) davamlılıq baxımından – «məqam» nisbətən dayanıqlı və daimi psixoloji vəziyyətdir, «hal» isə ötəri və keçəridir; b) əldə olunmaq baxımından – «məqam» sufinin (salikin) özü tərəfindən qazanılır, «hal» isə ona Allahın inayəti kimi bəxş olunur. Təsəvvüf terminologiyası ilə desək, məqam – «kəsbi», hal isə «vəhbi» olur. Davamı...
Mesiha     Noyabr 22, 2007 7:33
Şərhlər(0)    105 oxunma
Tədqiqlər     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

NİZAMİ VƏ QƏZZALİ

Nizami Gəncəvi yaradıcılığının böyük müsəlman mütəfəkkiri İmam Əbu Hamid Məhəmməd əl-Qəzzalinin (1058-1111) dini-fəlsəfi və etik nəzəriyyəsi ilə əlaqəsi problemi indiyə kimi istər Azərbaycan nizamişünaslığında, istərsə də dünya şərqşünaslığında tədqiq olunmamışdır, halbuki belə bir tədqiqat Nizaminin yaradıcılıq yolu və dünyagörüşünun təkamülünü izləmək baxımından ciddi əhəmiyyətə malikdir. Bu məsələ «Nizami və islam», «Nizami və sufizm» kimi geniş mövzuların tərkib hissəsi kimi də elmi araşdırmalar tələb edir. Digər tərəfdən, «Nizami və Qəzzali» mövzusunun özü də kifayət qədər genişdir və müxtəlif aspektlərdə tədqiq oluna bilər. Odur ki, burada yalnız «Sirlər xəzinəsi»nin Qəzzalinin «Kimiyayi-səadət» («Xoşbəxtlik iksiri») əsəri ilə müqayisəli təhlilinə cəhd göstərəcəyik. Fikrimizcə, iki böyük mütəfəkkirin fəlsəfi-etik baxışları arasındakı ümumi cəhətlər bu nöqtədə daha aşkar şəkildə özünü büruzə verir.

                    Nizami

Davamı...
Mesiha     Noyabr 21, 2007 5:01
Şərhlər(1)    102 oxunma
Tədqiqlər     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

« Əvvəlki səhifə   Yazılar cəmi: 17   
Mesiha
Məsiağa Məhəmmədinin bloqu
Technorati Profile
Add to Technorati Favorites
Page copy protected against web site content infringement by Copyscape
  • İndi blogda: 46
  • Keçən ayın hiti: 9404
  • Dünənki hit: 223
  • Bugünki hit: 153
  • Ümumi hit: 49079
Page Ranking Tool Poetry Blogs - Blog Catalog Blog Directory
My BlogCatalog BlogRank
View blog authority


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com