۞ C A H A N ۞
MƏNDƏ SIĞAR İKİ CAHAN...
-
baxış31
Həmid Herisçi. ŞEİRLƏR
Yazar: Mesiha Tarix: Sentyabr 1, 2008 3:09KOR ƏRƏBİN SON NƏĞMƏSİ
Ciblərimiz pul üçün deyil,
əllərimiz üçündü...
Gör bir nəyi unutmuşuq...
Nişan üzüklərinin təkərləri üstə
insan sevgiləri hara gedir, hara?
Ümid qalıb Allaha,
“baş” adlandırdığımız
bədən çardağında
aləm bir-birinə dəyib...
Şərhlər(1)
Başqa müəlliflərdən
-
baxış62
Frans Poppenheym. TEXNİKA VƏ YADLAŞMA
Yazar: Mesiha Tarix: Avqust 1, 2008 2:11Romano Qvardini «Hakimiyyət» adlı kitabının əvvəlində yazır: «Yeni dövr öz başlıca və əsas cəhətləri baxımından çıxılmaz vəziyyətə düşmüşdür». Bu tezis qoyulan məsələyə diqqətin artdığını nişan verir və həmin fikir çoxsaylı müasir müəlliflər tərəfindən müxtəlif formalarda irəli sürülür. Əksər müəlliflər bizim texnikaya baxışımızdakı dəyişikliyə işarə edirlər. Onlar belə bir cəhəti vurğulayırlar ki, texnoloji inkişafın müasir dünyagörüşü məhdudlaşdırması texnika ilə irsan ruhu arasındakı mübarizəni və əksliyi getdikcə daha dərindən və daha aydın anlamağa imkan verir.
Doğrudan da, Avropa və Amerikada çoxları bu qənaətə gəlmişlər ki, texnika bəşəriyyətin ruhani və mənəvi dəyərlərini təhlükə altına alır. Onlar əvvəlki nəsillərin texnoloji inkişafa qəti inamdan necə ilhamlandıqlarını anlamaqda çətinlik çəkirlər. Texnikaya və onun imkanlarına hədsiz inam isə Orta əsrlər dünyasının süqutundan sonrakı əsrlərdə insanın üzləşdiyi şəraitdə meydana gəlmişdir. O vaxta qələr özünü onun bütün maddi və mənəvi varlığını ehtiva edən kainatın ayrılmaz hissəsi sayan insan birdən gördü ki, kökündən üzülüb və uzun müddət onu sarsılmaz dini əqidənin qoynunda bəsləyən metafizik məskənindən uzaq duşub. İndi bu qovulmuş varlıq özünə elə bir yeni məskən hazırlamaq məcburiyyətində qalmışdı ki, onun bünövrəsi arzular aləmində yox, bu dünyadakı həyatda olmalı idi. İndi yer üzündəki bu yuvanın qurulması, onun istilik və etibarlılığının təmin edilməsi onun üçün ciddi və zəruri bir mübarizəyə çevrilmişdi. İnsan təbiət qüvvələrini anlamaq və onlardan öz məqsədləri üçün istifadə etmək sahəsindəki uğurlarının səviyyəsinə uyğun həddə fəaliyyət göstərə bilərdi. Beləliklə, insanın texnikadan yapışması üçün zəmin yarandı. O zamanlar elə düşünülürdü ki, texnikanın hökmranlığı insanın hakimiyyəti və müstəqilliyinin müjdəsi olacaq. Texnikanın inkişafı ilə insanın inkişafı arasında bərabərlik işarəsi qoyulurdu.
Şərhlər(6)
Tərcümələr
-
baxış107
Kiyan Xiyav. ŞEİRLƏR
Yazar: Mesiha Tarix: İyul 30, 2008 1:36BUYUR YAVALIQ
Buyur yavalıq!
Buyur yaramazlıq!
Buyur, zaman çörəyinə
budur yavanlıq.
Ölülər
öz zülüm-zülmət gecələrində
unudublar hər şeyi.
Və dirilər
ölülərin baş qaxıncıdır.
Şərhlər(8)
Başqa müəlliflərdən
-
baxış44
Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (4)
Yazar: Mesiha Tarix: İyul 26, 2008 16:33Üçüncü hissə
XARİCİ SƏFƏRLƏR
Xarici ölkələrə səfərlərim və dünya miqyaslı şəxsiyyətlərlə görüşlərim barədə şirin xatirələrim var. Hərdən ötən çağların xoş xatirələrini yada salanda bu nəticəyə gəlirəm ki, insan ömrü xatirələr toplusundan başqa bir şey deyil...
Dediyim kimi, qızımın toyu üçün zəruri olan şeyləri almaqdan ötrü onunla birgə Parisə getməyim ölkə xaricinə ilk səfərim olmuşdu. Mənim xatirimdə hər şeyin birincisi dərin iz buraxır və onu yaddan çıxarmıram. Bu, xarici səfərlərimə də aiddir. Sonralar qırxdan çox xarici ölkəyə getsəm də, sevimli qızımla bərabər Parisə ilk səfərimi heç vaxt unutmuram.
Xatirəsi yaddaşımdan silinməyən başqa bir səfərimiz 1963-cü ildə Amerika Birləşmiş Ştatlarına olmuşdu. O zaman ABŞ hökuməti Məhəmmədrzanı və Fərəhi böyük təntənə ilə qarşılamışdı. Biz üstüaçıq maşında irəlilədikcə, göydələnlərin üzərindən başımıza rəngbərəng lentlər səpirdilər.
Şərhlər(0)
Tərcümələr
-
baxış33
ÖMRÜN MÜDRİKLİK ÇAĞI
Yazar: Mesiha Tarix: İyul 24, 2008 11:47Bu günlərdə görkəmli mətnşünas-alim, filologiya elmləri doktoru, Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Tahir Əhməd oğlu Məhərrəmovun 85 yaşı tamam olur. Tahir müəllimin keşməkeşli və şərəfli ömür yolu elmə təmənnasız xidmətin parlaq nümunəsidir.
T.Məhərrəmov 1916-cı il dekabrın 20-də Qazax mahalının Aşağı Əskipara kəndində anadan olmuşdur. Ilk təhsilini doğma kəndində alan T.Məhərrəmov Qazax Pedaqoji texnikumuna daxil olmuş, oranı bitirdikdən sonra rayonun Aşağı Əskipara və Tatlı kəndlərində müəllim işləmişdir.
1940-cı ildə hərbi xidmətə çağrılan T.Məhərrəmov az sonra başlanmış Böyük Vətən müharibəsinin odundan-alovundan keçərək, Qələbə günunə qədər ordu sıralarında faşizmə qarşı döyüşmuşdür. Onun Ukrayna cəbhəsindən - Poltava, Kiyev, Rovno və Jitomirdən başlanan döyüş yolu Polşa və Macarıstandan keçərək, Almaniyada başa çatmışdır. Faşizmə qarşı mübarizədə göstərdiyi igidliyə görə o, "II dərəcəli Vətən müharibəsi" ordeni ilə təltif olunmuşdur.
Şərhlər(0)
Şəxsiyyətlər
-
baxış48
Hamid Əhmədi. MƏCNUN
Yazar: Mesiha Tarix: İyul 23, 2008 13:24(hekayə)
Oğlan ayağın tormozdan götürüb soruşdu:
- İyirmi altısıydı, ya iyirmi doqquzu?
Qız gülümsədi:
- Sən hər il bunu soruşursan…
Doğrusu da, oğlan hər il bu zaman bunu soruşardı, nədənini heç biri bilmirdi.
Qırmızı çırağın dalısında dayanmışdılar, hava tutulmuşdu. Oğlan qızla bu gün birlikdə eşiyə çıxmaq üçün gecə min müsibətlə maşını atasından istəmişdi. Gəlmişdilər səkkiz il qabağı yada salıb günlərin keçirsinlər.
Çıraq yaşıl oldu. Oğlan maşını yola salıb dedi:
- O duvarı da uçurdublar, yeri boş qalıb.
Qız başını şüşədən çıxardıb, gözlərin yumub dedi:
- Ürəyim sıxılır oranı görəndə, o duvar… – yel saçlarını oynadırdı, – o duvar bizim sevgimizə şahiddi.
Başını içəri gətirib:
- Yadında, yarım saat ikimiz dinməz-danışmaz oturmuşduq? – dedi.
Şərhlər(3)
Başqa müəlliflərdən
-
baxış33
İmamverdi Həmidov. İKİ DAHİ HAQQINDA BİR KİTAB
Yazar: Mesiha Tarix: İyul 23, 2008 13:17Bu yaxınlarda işıq üzü görmüş "Sədi və Hafiz" adlı həcmcə çox da böyük olmayan kitabı gördükdə, alimlərimiz arasında müdrik Şərq ədəbiyyatına marağın davam etdiyini duydum və bu sahə ilə bağlı olan şəxs kimi fərəhləndim. Fərəhimin bir səbəbi də odur ki, kitabın müəllifi Şərq ədəbiyyatının istedadlı tədqiqatçısı, filologiya elmləri namizədi Məsiağa Məhəmmədidir. Başqa bir tərəfdən, dünya şöhrətli bu iki şəxsiyyətin həyatı və əsərlərinin öyrənilməsi ilə ölkəmizdə prof. Rüstəm Əliyev kimi istedadlı alim məşğul olmuş, Mirmehdi Seyidzadə və Əbülfəz Hüseyni onların qəzəllərini ustalıqla dilimizə tərcümə etmiş, şərqşünaslığımıza dəyərli töhfələr vermişlər. Onlardan sonra bu sahədə sanki bir boşluq görünməkdədir. Böyük liriklər Sədi və Hafizin sadə və sehrli sözlərində ifadə edilmiş didaktik və kamil məzmuna müraciət edən müəllif klassik bəşər ədəbiyyatının bugünkü dəyərini oxucularımıza açıqlamaqla faydalı iş görmüşdür. Kitabın redaktoru və ön sözün müəllifi Əlibala Hacızadə iki böyük sənətkar haqqında sözü özünə yaraşan obrazlı dildə belə başlayır: “Səkkiz əsrdən bəri dünyanın müxtəlif məmləkətlərində Şirazın iki bülbülünün sirli-sehrli nəğmələrinin əfsununa düşmüş insanlar – söz-sənət, elm mütəfəkkirləri о bülbüllər haqqında heyrət və təəccüblərini ifadə edən nəğmələr oxumuşlar, indi də oxuyurlar və gələcəkdə də oxuyacaqlar".
Şərhlər(0)
Haqqımda yazılanlar
-
baxış64
Həmid Asəfi. ŞEİRLƏR
Yazar: Mesiha Tarix: İyul 22, 2008 8:09YARPIZ
Bizimki dünyanın
köhnə roman kitabı deyil ki
toz quramasında heydən gedə.
Bizimki əllərimizdə
qıpqırmızı tüfəng
Gözü ac!
İçi ölüm xorası!
Bizimki
dağ döşündə burnu pöhrəli
yarpız.
Şərhlər(3)
Başqa müəlliflərdən
-
baxış40
Henrix Böll. YAZMAQ RİSKİ
Yazar: Mesiha Tarix: İyul 21, 2008 9:11Yeddi il bundan qabaq məşhur bir jurnalın baş redaktorunun yanına getmişdim. İstəyirdim əlyazmamın bir nüsxəsini ona verim. İçəri girməyə icazə aldıqdan sonra əlyazmanı (bu, bir hekayə idi) ona təqdim etdim. Amma o, heç yazının üzünə də baxmadı. Onu stolunun üzərində qalaqlanmış kağızların üstünə qoyub katibəsinə tapşırdı ki, mənim üçün bir fincan qəhvə gətirsin, özü isə bir stəkan su içib dedi:
- Sizin əlyazmanı sonra oxuyacağam, ola bilsin bir-iki aya. Görürsünüz də, burada nə qədər yazı yığılıb. Amma lütfən, mənim bir sualıma cavab verin, çünki sizin həmkarlarınızdan heç biri (səhərdən onların yeddisi mənim yanımda olub) ona qənaətbəxş cavab verə bilməyib: nə üçün istedadlar bu qədər çox, (zarafat eləmirəm), mənim kimi idarəçilər isə bu qədər azdır? Mən nəşr etdiyim jurnalı sevirəm. Amma köhnə peşəmə qayıtmağa məcbur olsam, ölmərəm. Mən ülgüc istehsal edən bir fabrikdə reklam şöbəsinin müdiri idim, bununla yanaşı teatr tənqidi ilə məşğul olurdum, çünki ondan həzz alırdım. Bəs sizin bir peşəniz varmı? Nə işin sahibisiniz?
Şərhlər(0)
Tərcümələr
Bölmələr
- Tədqiqlər (17)
- Tərcümələr (47)
- Kitablar (5)
- Şəxsiyyətlər (10)
- Müsahibələr (5)
- Başqa müəlliflərdən (25)
- Gündəm (10)
Qabaqkı yazılar
- İYULUN ƏN NİSGİLLİ GÜNÜ
- Hadi Qaraçay. ŞEİRLƏR
- Nigar Xiyavi. ÖZÜMÜZ VARIQ DAAA…
- Nadir İlahi. ŞEİRLƏR
- Əli Abbasi. ÖLÜM YUXUSU
- Həmidə Rəiszadə Səhər. ŞEİRLƏR
- V.Hösle. MARTİN HAYDEGGERİN TEXNİKA FƏLSƏFƏSİ
- "CAHAN" – ƏRƏB ƏLİFBASI İLƏ
- "İSTƏNİLƏN İSTİQAMƏTDƏ BİRTƏRƏFLİLİK ZİYANLIDIR"
- CAN SÖZDÜR, YAXUD SÖZÜN CANI
- Hümmət Şahbazi. KÜSKÜN HƏYAT
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (3)
- Fridrix Dürrenmatt. ŞAHMAT OYUNU
- Mahnı Zənganlı. ŞEİRLƏR
- Laura Cəbrayıllı. AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞINA DƏYƏRLİ TÖHFƏ
- OVUCDA DƏYİRMAN DAŞI
- Əkbər Azad. FRANSA ŞAİRİNİN… TÜRKCƏ ŞEİRLƏRİ
- Şəms Təbrizi. QISA KƏLAMLAR
- Ziba Kərbasi. SƏNİM ƏRK
- İlham Qəhrəman. TƏBRİZƏ GEDƏ BİLMƏDİM
- "MƏSNƏVİ"DƏN BİR HEKAYƏT
- Cavidan. DANKOLARIN PARADI
- Xosrov Naqid. YURGEN HABERMAS ZİYALILAR HAQQINDA
- HAFİZ: SEHRKAR ŞAİR
- TƏBRİZDƏ ƏLİ KƏRİMİN KİTABI NƏŞR OLUNUB
- SONUNCU MOGİKAN
- Məhəmməd Hüseyn Şəhriyar. CAN, RÜSTƏM!
- Spujməy Zəryab. ADAMLAR VƏ EVLƏR
- Robert B.Rey. POSTMODERNİZM NƏDİR?
- ŞƏMS TƏBRİZİNİN QƏBRİ HARADADIR?
- GÜNAHIN ANATOMİYASI
- Balayar Sadiq. RUHLARIN QİYAMI
- Boris Qubman. TARİXƏ QARŞI QİYAM
- ÇAĞDAŞ FƏLƏSTİN POEZİYASI: FƏDVA TOQAN
- SAİB TƏBRİZİDƏN BEŞ QƏZƏL
- Nadir Nadirpur. QUM
- Mübariz Cəfərli. GÖZLƏYƏN
- Əkbər Bozorgəmin (Aşıq Cünun). ŞEİRLƏR
- MƏSULİYYƏT VƏ MƏHƏBBƏT
- Frans Kafka. İMPERATORUN SİFARİŞİ
- ŞƏHRİYAR VƏ ZƏMANƏMİZ
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (2)
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (1)
- "ŞEYTAN AYƏLƏRİ" SƏHNƏDƏ
- YAŞAR KAMALIN GÜNTER QRASA MƏKTUBU
- Miyan Məhəmməd Şərif. MƏHƏMMƏD İQBALIN FƏLSƏFƏSİNDƏ ALLAH ANLAYIŞI
- Raqif Raufoğlu. BİZ, KEÇİD DÖVRÜNÜN GƏNCLƏRİYİK!
- Fətullah Zövqi. ŞEİRLƏR
- ÇE GEVARA ƏFSANƏSİ BARƏDƏ HƏQİQƏTLƏR
- BAHA TAHİR "ƏRƏB BUKERİ"Nİ ALDI
Açar sözlər
View blog authority


