Reklam verin!
     
 

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

Frans Poppenheym. TEXNİKA VƏ YADLAŞMA

Romano Qvardini «Hakimiyyət» adlı kitabının əvvəlində yazır: «Yeni dövr öz başlıca və əsas cəhətləri baxımından çıxılmaz vəziyyətə düşmüşdür». Bu tezis qoyulan məsələyə diqqətin artdığını nişan verir və həmin fikir çoxsaylı müasir müəlliflər tərəfindən müxtəlif formalarda irəli sürülür. Əksər müəlliflər bizim texnikaya baxışımızdakı dəyişikliyə işarə edirlər. Onlar belə bir cəhəti vurğulayırlar ki, texnoloji inkişafın müasir dünyagörüşü məhdudlaşdırması texnika ilə irsan ruhu arasındakı mübarizəni və əksliyi getdikcə daha dərindən və daha aydın anlamağa imkan verir.
Doğrudan da, Avropa və Amerikada çoxları bu qənaətə gəlmişlər ki, texnika bəşəriyyətin ruhani və mənəvi dəyərlərini təhlükə altına alır. Onlar əvvəlki nəsillərin texnoloji inkişafa qəti inamdan necə ilhamlandıqlarını anlamaqda çətinlik çəkirlər. Texnikaya və onun imkanlarına hədsiz inam isə Orta əsrlər dünyasının süqutundan sonrakı əsrlərdə insanın üzləşdiyi şəraitdə meydana gəlmişdir. O vaxta qələr özünü onun bütün maddi və mənəvi varlığını ehtiva edən kainatın ayrılmaz hissəsi sayan insan birdən gördü ki, kökündən üzülüb və uzun müddət onu sarsılmaz dini əqidənin qoynunda bəsləyən metafizik məskənindən uzaq duşub. İndi bu qovulmuş varlıq özünə elə bir yeni məskən hazırlamaq məcburiyyətində qalmışdı ki, onun bünövrəsi arzular aləmində yox, bu dünyadakı həyatda olmalı idi. İndi yer üzündəki bu yuvanın qurulması, onun istilik və etibarlılığının təmin edilməsi onun üçün ciddi və zəruri bir mübarizəyə çevrilmişdi. İnsan təbiət qüvvələrini anlamaq və onlardan öz məqsədləri üçün istifadə etmək sahəsindəki uğurlarının səviyyəsinə uyğun həddə fəaliyyət göstərə bilərdi. Beləliklə, insanın texnikadan yapışması üçün zəmin yarandı. O zamanlar elə düşünülürdü ki, texnikanın hökmranlığı insanın hakimiyyəti və müstəqilliyinin müjdəsi olacaq. Texnikanın inkişafı ilə insanın inkişafı arasında bərabərlik işarəsi qoyulurdu.

texnika 

Davamı...
Mesiha     Avqust 1, 2008 2:11
Şərhlər(2)    44 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Kiyan Xiyav. ŞEİRLƏR

BUYUR YAVALIQ

Buyur yavalıq!
Buyur yaramazlıq!
Buyur, zaman çörəyinə
          budur yavanlıq.
Ölülər
öz zülüm-zülmət gecələrində
unudublar hər şeyi.
Və dirilər
ölülərin baş qaxıncıdır.

kiyan_xiyav  

Davamı...
Mesiha     İyul 30, 2008 1:36
Şərhlər(8)    102 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (4)

Üçüncü hissə

XARİCİ SƏFƏRLƏR

Xarici ölkələrə səfərlərim və dünya miqyaslı şəxsiyyətlərlə görüşlərim barədə şirin xatirələrim var. Hərdən ötən çağların xoş xatirələrini yada salanda bu nəticəyə gəlirəm ki, insan ömrü xatirələr toplusundan başqa bir şey deyil...
Dediyim kimi, qızımın toyu üçün zəruri olan şeyləri almaqdan ötrü onunla birgə Parisə getməyim ölkə xaricinə ilk səfərim olmuşdu. Mənim xatirimdə hər şeyin birincisi dərin iz buraxır və onu yaddan çıxarmıram. Bu, xarici səfərlərimə də aiddir. Sonralar qırxdan çox xarici ölkəyə getsəm də, sevimli qızımla bərabər Parisə ilk səfərimi heç vaxt unutmuram.
Xatirəsi yaddaşımdan silinməyən başqa bir səfərimiz 1963-cü ildə Amerika Birləşmiş Ştatlarına olmuşdu. O zaman ABŞ hökuməti Məhəmmədrzanı və Fərəhi böyük təntənə ilə qarşılamışdı. Biz üstüaçıq maşında irəlilədikcə, göydələnlərin üzərindən başımıza rəngbərəng lentlər səpirdilər.

shah_fereh 

Davamı...
Mesiha     İyul 26, 2008 16:33
Şərhlər(0)    38 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

ÖMRÜN MÜDRİKLİK ÇAĞI

Bu günlərdə görkəmli mətnşünas-alim, filologiya elmləri doktoru, Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Tahir Əhməd oğlu Məhərrəmovun 85 yaşı tamam olur. Tahir müəllimin keşməkeşli və şərəfli ömür yolu elmə təmənnasız xidmətin parlaq nümunəsidir.

T.Məhərrəmov 1916-cı il dekabrın 20-də Qazax mahalının Aşağı Əskipara kəndində anadan olmuşdur. Ilk təhsilini doğma kəndində alan T.Məhərrəmov Qazax Pedaqoji texnikumuna daxil olmuş, oranı bitirdikdən sonra rayonun Aşağı Əskipara və Tatlı kəndlərində müəllim işləmişdir.
1940-cı ildə hərbi xidmətə çağrılan T.Məhərrəmov az sonra başlanmış Böyük Vətən müharibəsinin odundan-alovundan keçərək, Qələbə günunə qədər ordu sıralarında faşizmə qarşı döyüşmuşdür. Onun Ukrayna cəbhəsindən - Poltava, Kiyev, Rovno və Jitomirdən başlanan döyüş yolu Polşa və Macarıstandan keçərək, Almaniyada başa çatmışdır. Faşizmə qarşı mübarizədə göstərdiyi igidliyə görə o, "II dərəcəli Vətən müharibəsi" ordeni ilə təltif olunmuşdur.

tahir_meherremov  

Davamı...
Mesiha     İyul 24, 2008 11:47
Şərhlər(0)    31 oxunma
Şəxsiyyətlər     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Hamid Əhmədi. MƏCNUN

(hekayə)

Oğlan ayağın tormozdan götürüb soruşdu:
- İyirmi altısıydı, ya iyirmi doqquzu?
Qız gülümsədi:
- Sən hər il bunu soruşursan…
Doğrusu da, oğlan hər il bu zaman bunu soruşardı, nədənini heç biri bilmirdi.
Qırmızı çırağın dalısında dayanmışdılar, hava tutulmuşdu. Oğlan qızla bu gün birlikdə eşiyə çıxmaq üçün gecə min müsibətlə maşını atasından istəmişdi. Gəlmişdilər səkkiz il qabağı yada salıb günlərin keçirsinlər.
Çıraq yaşıl oldu. Oğlan maşını yola salıb dedi:
- O duvarı da uçurdublar, yeri boş qalıb.
Qız başını şüşədən çıxardıb, gözlərin yumub dedi:
- Ürəyim sıxılır oranı görəndə, o duvar… – yel saçlarını oynadırdı, – o duvar bizim sevgimizə şahiddi.
Başını içəri gətirib:
- Yadında, yarım saat ikimiz dinməz-danışmaz oturmuşduq? – dedi.

ashiq_meshuq 

Davamı...
Mesiha     İyul 23, 2008 13:24
Şərhlər(0)    31 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

İmamverdi Həmidov. İKİ DAHİ HAQQINDA BİR KİTAB

Bu yaxınlarda işıq üzü görmüş "Sədi və Hafiz" adlı həcmcə çox da böyük olmayan kitabı gördükdə, alimlərimiz arasında müdrik Şərq ədəbiyyatına marağın davam etdiyini duydum və bu sahə ilə bağlı olan şəxs kimi fərəhləndim. Fərəhimin bir səbəbi də odur ki, kitabın müəllifi Şərq ədəbiyyatının istedadlı tədqiqatçısı, filologiya elmləri namizədi Məsiağa Məhəmmədidir. Başqa bir tərəfdən, dünya şöhrətli bu iki şəxsiyyətin həyatı və əsərlərinin öyrənilməsi ilə ölkəmizdə prof. Rüstəm Əliyev kimi istedadlı alim məşğul olmuş, Mirmehdi Seyidzadə və Əbülfəz Hüseyni onların qəzəllərini ustalıqla dilimizə tərcümə etmiş, şərqşünaslığımıza dəyərli töhfələr vermişlər. Onlardan sonra bu sahədə sanki bir boşluq görünməkdədir. Böyük liriklər Sədi və Hafizin sadə və sehrli sözlərində ifadə edilmiş didaktik və kamil məzmuna müraciət edən müəllif klassik bəşər ədəbiyyatının bugünkü dəyərini oxucularımıza açıqlamaqla faydalı iş görmüşdür. Kitabın redaktoru və ön sözün müəllifi Əlibala Hacızadə iki böyük sənətkar haqqında sözü özünə yaraşan obrazlı dildə belə başlayır: “Səkkiz əsrdən bəri dünyanın müxtəlif məmləkətlərində Şirazın iki bülbülünün sirli-sehrli nəğmələrinin əfsununa düşmüş insanlar – söz-sənət, elm mütəfəkkirləri о bülbüllər haqqında heyrət və təəccüblərini ifadə edən nəğmələr oxumuşlar, indi də oxuyurlar və gələcəkdə də oxuyacaqlar".  

qedim_kitab 

Davamı...
Mesiha     İyul 23, 2008 13:17
Şərhlər(0)    31 oxunma
Haqqımda yazılanlar     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Həmid Asəfi. ŞEİRLƏR

YARPIZ

Bizimki dünyanın
köhnə roman kitabı deyil ki
toz quramasında heydən gedə.
Bizimki əllərimizdə
qıpqırmızı tüfəng
Gözü ac!
İçi ölüm xorası!
Bizimki
dağ döşündə burnu pöhrəli
yarpız.

hemid_azefi 

Davamı...
Mesiha     İyul 22, 2008 8:09
Şərhlər(3)    60 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Henrix Böll. YAZMAQ RİSKİ

Yeddi il bundan qabaq məşhur bir jurnalın baş redaktorunun yanına getmişdim. İstəyirdim əlyazmamın bir nüsxəsini ona verim. İçəri girməyə icazə aldıqdan sonra əlyazmanı (bu, bir hekayə idi) ona təqdim etdim. Amma o, heç yazının üzünə də baxmadı. Onu stolunun üzərində qalaqlanmış kağızların üstünə qoyub katibəsinə tapşırdı ki, mənim üçün bir fincan qəhvə gətirsin, özü isə bir stəkan su içib dedi:
- Sizin əlyazmanı sonra oxuyacağam, ola bilsin bir-iki aya. Görürsünüz də, burada nə qədər yazı yığılıb. Amma lütfən, mənim bir sualıma cavab verin, çünki sizin həmkarlarınızdan heç biri (səhərdən onların yeddisi mənim yanımda olub) ona qənaətbəxş cavab verə bilməyib: nə üçün istedadlar bu qədər çox, (zarafat eləmirəm), mənim kimi idarəçilər isə bu qədər azdır? Mən nəşr etdiyim jurnalı sevirəm. Amma köhnə peşəmə qayıtmağa məcbur olsam, ölmərəm. Mən ülgüc istehsal edən bir fabrikdə reklam şöbəsinin müdiri idim, bununla yanaşı teatr tənqidi ilə məşğul olurdum, çünki ondan həzz alırdım. Bəs sizin bir peşəniz varmı? Nə işin sahibisiniz?

henrix_boll 

Davamı...
Mesiha     İyul 21, 2008 9:11
Şərhlər(0)    36 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

İYULUN ƏN NİSGİLLİ GÜNÜ

yaxud 

DÖRD İL ƏVVƏL VƏ İNDİ

"Torqovı" ilə addımladıqca... özümü çiynində dünyanın neçə batman yükü olan adam sanırdım. Atlant göy qübbəsinin altına çiynini verəndə ağırlıqdan dizəcən torpağa girmişdi. Bizim faciələrimizin ağırlığı göy qübbəsinin ağırlığından qat-qat çoxdur və bəlkə bu səbəbdən çiynini həmin ağırlığın altına verməyə bir azəri türkü tapılmır. Ki, bu ağırlığın altında dizinəcən yox, bütünlüklə batmaqdan qorxmasın. Sən, enlikürək, dizində təpər oğlan, nə vaxt doğulacaqsan axı?
... Başqasının tarixini nə qədər oxumaq olar? Onun-bunun keçmişinə nə qədər baxmaq olar?
… Və çox köhnə, bir vaxtlar pantürkist şairə ünvanlanmış mənzum sualı ideoloji futlyardan çıxarıb milli müstəviyə salıram: bəs mənim ölkəmin varlığı hanı?"


memmed_nazimoqlu

Davamı...
Mesiha     İyul 12, 2008 7:10
Şərhlər(1)    46 oxunma
Gündəm     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Hadi Qaraçay. ŞEİRLƏR

BİR PARÇA ULDUZ

Səssizliyi poza bilən bir səs axtardım
Yalnızlığı poza bilən bir dost aradım
Dünya
Səssiz idi
Kəndi qınında uyumuş.
Və çöllərin ortasında
Qəbir qazırdılar
Bir-birinə insanlar.

hadi_qarachay

Davamı...
Mesiha     İyul 8, 2008 18:59
Şərhlər(5)    84 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

  Yazılar cəmi: 123    Sonrakı səhifə »
Mesiha
Məsiağa Məhəmmədinin bloqu
Technorati Profile
Add to Technorati Favorites
Page copy protected against web site content infringement by Copyscape
  • İndi blogda: 3
  • Keçən ayın hiti: 9404
  • Dünənki hit: 112
  • Bugünki hit: 39
  • Ümumi hit: 51171
Page Ranking Tool Poetry Blogs - Blog Catalog Blog Directory
My BlogCatalog BlogRank
View blog authority


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com