"KÖHNƏ ANLAMDA ƏDƏBİ PROSES YOXDUR VƏ YƏQİN Kİ, HEÇ LAZIM DA DEYİL"
"Cahan" jurnalının redaktoru Məsiağa Məhəmmədi "PF"-in sorularını cavablayır
- Məsiağa bəy, "Cahan" jurnalının yaranması hansı zərurətdən doğdu; həm də zərurət vardımı, ya bu sadəcə mass-media sırasına təzə adlı bir məhsul çıxarmaq cəhdiydi… - Şübhəsiz, zərurət vardı. Ən azı ona görə ki, zərurətdən yaranmayan şey bu gün belə geniş söhbət mövzusu olmaz, əks-səda doğurmazdı. Həmin zərurətsə, "Cahan"ın meydana çıxdığı dövrdə, yəni təqribən bir il öncə cəmiyyətimizin intellektual və psixoloji durumundan irəli gəlirdi. Beyinlərdə aclıq yarananda artıq heç bir reaksiya doğurmayan ibarələrin aramsız təkriri ilə onların "ağzından vurmaq", yaxud onları yeni miflərlə doyuzdurmaq yox, təzə ideyalar və alternativ dəyərlər təklif etmək və beləliklə, onlara seçim imkanı yaratmaq lazımdır. Jurnal nəşrə başladığı vaxtdan bəri mətbuatımızda, ədəbi-mədəni mühitdə, ictimai düşüncədə müşahidə olunan dəyişikliklər də onun meydana çıxmasını şərtləndirən zərurətin obyektivliyini və reallığını təsdiq edib.
"Dili inkişaf etdirmək böyük bir ictimai funksiyadır"
MEKSİKA YAZIÇISI KARLOS FUENTES İLƏ MÜSAHİBƏ
-Şimali Amerika mədəniyyətinə daimi marağınız haqqında danışa bilərsinizmi? Şimalla Cənub arasında əlaqə hansı səviyyədədir? - Mənə elə gəlir ki, bu gün Şimali Amerika ilə Latın Amerikası arasında ədəbi əlaqələr mənim üşaqlıq çağlarımda olduğundan qat-qat güclüdür. Mən özüm əlahiddə bir faktam, çünki ABŞ-da böyümüşəm. Mən nəinki Şimali Amerika ədəbiyyatına, bütövlükdə onun xalq mədəniyyətinə çox yaxın olmuşam. Məsələn, kino, radio (o vaxtlar hələ televiziya yox idi) və caz musiqisi mənə çox təsir göstərib. Sonralar, gənclik illərində aşkar etdim ki, bu təsirlər yalnız mənimlə məhdudlaşmayıb. Kinonun fövqəladə təsirini Manuel Punqun, Kabrera İnfantenin və Salvador Elisondonun yaradıcıdığında görmək mümkündür, caz musiqisinin təsirini isə Kortasarda. Bildiyimə görə, ABŞ-dan başqalarına nisbətən az təsirlənən yazıçı Alexo Karpatye olub. Borxesə də ingilis-amerikan mədəniyyətinin təsiri böyükdür, hərçənd çox məhdud bir mənada. Borxes daim özünün Çestertona, Kiplinqə və Stivensona sevgisindən danışardı.
"Nə siyasi hakimiyyət, nə pul, nə də qadın sözə olan sevgini əvəz edə bilməz"
Livan şairi Məhəmməd Əli Şəmsəddin ilə müsahibə
Məhəmməd Əli Şəmsəddin müasir ərəb ədəbiyyatının dünya miqyaslı simalarından biridir. O, ərəb şairlərinin üçüncü nəslinə, yəni 1970-ci illər nəslinə mənsubdur. Həmin illərdə Livanın cənübünda bir qrup şair ədəbiyyata gəlmiş və sonralar "Cənub şairləri" adı ilə məşhurlaşmışdır. Şəmsəddin onlar içərisində ədəbi cəsarəti, şeirlərinin bədii tutumu, mürəkkəbliyi və narahatlığı ilə seçilir. Onun poeziyası mifoloji obrazlar və simvollarla doludur. Şəmsəddin yeddi şeir toplusunun, üç nəsr kitabının və uşaqlar üçün yazılmış iki kitabın müəllifidir.
- Lütfən, özünüz barədə danışın. - Doğrusu, öz əhvalımı dilə gətirmək mənim üçün çətindir. Qısaca onu deyə bilərəm ki, yazdığım şeirlər elə mən özüməm. - Bəllidir ki, siz yeddi şer kitabının müəllifisiniz… - Elədir. Özü də yeddi rəqəmi mənim üçün xüsusi caziyəbə malikdir və onu şeirlərimdə tez-tez işlədirəm. Məncə, o, rəqəmlərin ən sirlisidir. Bu sirrin kökləri mifologiyaya və dinə gedib çıxır, hətta Quranda da bu rəqəm həmin keyfiyyətdə işlənmişdir…
«Bir az da belə getsə, bu işi görməyə kadr tapılmayacaq»
Məsiağa Məhəmmədi – 1963-cü ildə anadan olub. BDU-nun Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu tlə bitirib. Əfqanıstanda hərbi tərcüməçi işləyib. «Saib Təbrizi və farsdilli poeziyada hind üslubu» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Hazırda AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiridir. Fars dilindən gözəl tərcümələr edən alimin bu günlərdə «Tədqiqlər və tərcümələr» adlı yeni kitabı işıq üzü görüb. Maraqlı kitabda müəlliflə söhbət etmək üçün əl yeri tapdıq. Həmin «əl yeri»ndən tutub alim qardaşımızı söhbətə çəkdik.
- Məsiağa müəllim, sizin «Tədqiqlər və tərcümələr» adlı kitabınızla tanışlıq göstərir ki, elmi fəaliyyətinizdə mətnşünaslıq (və mənbəşünaslıq) geniş yer tutur. Ümumiyyətlə, mətnşünaslıq nədir? Azərbaycan mətnşünaslığının dünəni və bu günü barədə nə deyə bilərsiniz? - Filologiyanın bir qolu kimi yaranıb sonradan müstəqil sahəyə çevrilən mətnşünaslıq son dərəcə ciddi bir elmdir. Əsas mahiyyəti mətnin tarixi və tənqidindən ibarət olan bu elm tədqiqatçıdan yüksək peşəkarlıq və geniş erudisiya tələb edir. Bu, xüsusən orta əsrlərə, ənənəvi mədəniyyət tipinə aid olan mətnlər üzərində işləyən araşdırıcılara aiddir. İlahi mətn haqqında deyilmiş məşhur hədisi yada salaq: «Quranın zahiri və batini, batininin də batini və beləcə yeddiyə qədər batini vardır». Belə mürəkkəb struktura və semantikaya malik çoxplanlı orta əsr mətnlərinin düzgün oxunuşu və nəşri olduqca çətin bir işdir. Adətən bu işi aysberqə bənzədirlər – hazırlanmış mətn işıq üzü görür, tədqiqatçının buna qədərki gərgin zəhməti və mətn ilə «söhbəti» isə görünməz qalır. Mən qətiyyətlə deyə bilərəm ki, həmin «görünməyən iş» ideoloji qəliblər və hazır sxemlər üzrə monoqrafiya yazmaqdan daha çətindir və daha yüksək qiymətə layiqdir.
- Uzun illər ədəbiyyatşünaslar və jurnalistlər bilmirdilər ki, sizi Amerika yazıçısı saysınlar, yoxsa rus yazıçısı. Amma indi siz İsveçrədə yaşadığınız bir zamanda, deyəsən, hamı sizin Amerika yazıçısı olmağınızla razılaşıb. Necə bilirsiniz, yazıçının şəxsiyyəti ilə bağlı belə bir məqama diqqət yetirməyin əhəmiyyəti varmı? - Hələ Rusiyada tələbə olduğum illərdən daim bu fikri müdafiə etmişəm ki, görkəmli yazıçının milliyyəti o qədər də əhəmiyyət kəsb etmir. Yazıçının əsl pasportu onun sənətidir. Onun kimliyi bilavasitə xüsusi bir meyar əsasında və ya sırf fərdi xüsusiyyətlərinə görə müəyyən edilməlidir. Ola bilər ki, yazıçının vətəni fatalizmin doğruluğunun təsdiqinə çevrilsin, lakin bu, bizi fatalizmə doğru yönəltməməlidir. Bütün bunları bir kənara qoysaq, bu gün mən özümü bir zamanlar rus yazıçısı olmuş Amerika yazıçısı hesab edirəm.