Reklam verin!
     
 

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

Ziba Kərbasi. SƏNİM ƏRK

Necə tərpəşim tərpəşməsin su sudan
Qış, qar yağışdan
Mis məcməyilərdə gəzən tutların ağı qarasından
Deyimi necə deyim dəyməsin neynimə
Neynimi necə neynədim qoşulmasın eləyimə.
Dəlim sənnən... sənim mənnən... mənim, mənim Ərk... sənim Ərk
O boyda Allahın arxayın çiyinlərindən qərib,
Ayaqyalın qaçmış bu şerin qafasına.
Qalanbaqalan Ərk boyunu, boynumun ucasından soruş,
Sevgimi partdatmalardan çartlayıb yıxılmayan, qalan qalamdan.
Gücümü, bünövrəmi millətimin qeyrətli qalışlarından...
Qan arxa dayansa da, yıxılmaram.

erk_galasi 

Davamı...
Mesiha     May 28, 2008 12:17
Şərhlər(0)    73 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

İlham Qəhrəman. TƏBRİZƏ GEDƏ BİLMƏDİM

Ay yarım Tehranda qaldım,
Təbrizə gedə bilmədim.
Uzaqdan havasın aldım,
Təbrizə gedə bilmədim.

O yandan bir durna gəldi,
Qübarım tarıma gəldi.
Bakıdan arıma gəldi,
Təbrizə gedə bilmədim.

tebriz_elgolu 

Davamı...
Mesiha     May 26, 2008 16:59
Şərhlər(2)    107 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Cavidan. DANKOLARIN PARADI

Hə, dostum, bir az da Dankodan danışaq...
Dankonu xatırlayırsanmı?
O, Maksim Qorkinin "İzergil qarının nağılları"ndakı qəhrəmanlardan biridir.
Müsibətə düçar olmuş bir dəstə insanı zülmətdən çıxarmaq üçün öz ürəyini məşəl edərək onlara yol açan, onları işıqlı məkana çıxaran Danko...
Zülmətdə olarkən yalvarıb da ardıyca getdikləri Dankonu işıqlı məkana çıxan kimi unudan kütlə o qədər sevincək olur ki, hətta onun ürəyini də tapdalayıb söndürdüyünün fərqinə varmır...

danko

Davamı...
Mesiha     May 21, 2008 6:00
Şərhlər(3)    88 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Balayar Sadiq. RUHLARIN QİYAMI

Ah, azadlıq, azadlıq – kiminə çörək ağacısan, kiminə baş daşı...

Azadlıq!
Səni çox istəyirdik,
az aldıq.
Səni sevə-sevə
azaldıq.
Eh, azadlıq, azadlıq...
Dəli kimi sevdik səni,
Sevgimizdən asıldıq.

azadliq  

Davamı...
Mesiha     Aprel 16, 2008 6:55
Şərhlər(2)    118 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Mübariz Cəfərli. GÖZLƏYƏN

(hekayə)

Ölüm, gəl! Bu həyat bizi öldürdü…
                                 S.Təbrizi

… Səhər yuxudan oyananda heç yeri ağrımırdısa, elə bilirdi ruhu bədənini tərk eləyib…
Amma axır vaxtlar gözlərini ağrısız-filansız açmağı yadına gəlmirdi, deməli, qorxmağa dəyməzdi, ağrıyırdısa, üzü bəriydi…
Son zamanlar düşünürdü ki, oturub gözləməyinə dəyməzmiş, bu dünyadan canısulu getmək məsləhətmiş!.. Elə oğlunun ölüm xəbərini eşidəndə canını tapşırmalıydı, doğrudan-doğruya ürəyinin sancısından nəfəsi kəsilirdi, sinəsinin yanğısı kürəyinə vururdu, ancaq o yanğı, o boğulma eşitdiyi xəbərin içində yaratdığı alovun yanında öləzik bir qığılcımdı. Yəqin elə buna görə dözdü, qayıtdı geri…
Atəşkəsdən sonra fikirləşirdi ki, dava yorğan davasıymış, bu müharibə, qan-qada oğlumun başında çatlamaq üçünmüş.
Bəlkə də peşmançılığa dəyməzdi, oğlu könüllü getmişdi cəbhəyə. Döyüşən ya şəhid, ya qazi olmalıydı. Oğlunun bəxtinə şəhidlik düşmüşdü…

goyerchin

Davamı...
Mesiha     Aprel 10, 2008 3:30
Şərhlər(1)    101 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Əkbər Bozorgəmin (Aşıq Cünun). ŞEİRLƏR

AY VARDIR HƏLƏ

Min ulduz tökülsə göylərdən yerə,
Tökülsün gecələr, Ay vardır hələ!
Min gül qurusa da, qoyun qurusun,
Bahar vardır hələ, yay vardır hələ!

Min bülbül öldürsə qara bayquşlar,
Öldürsün! Uçuşun həvəsi yaşar!
Tıxılsın gözünə, ağzına daşlar,
Min çeşmə qurusun, çay vardır hələ!

Yollar qoy pozulsun, qoy çənə düşsün,
Güllər biçilirsə, xirmənə düşsün,
Qoy hələ ki, zəfər düşmənə düşsün,
Cünun, Çənlibeldə hay vardır hələ!

cunun  

Davamı...
Mesiha     Aprel 8, 2008 5:00
Şərhlər(0)    92 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Raqif Raufoğlu. BİZ, KEÇİD DÖVRÜNÜN GƏNCLƏRİYİK!

Biz, keçid dövrünün gəncləriyik!
Uşaqlığımız, çörək növbəsində,
Cavanlığımız, avtobus növbəsində,
Ümidlərimiz, növbəti sabahlarda…
Arzularımız ürəyimizdə,
Doludur ürəyimiz də.
Həm küskün, həm duyğulu,
Gözlərimiz yuxulu,
Addımlarımız inamsız,
Inamımız keçici olaraq
Vicdan dairəsi xaricində…

gencler 

Davamı...
Mesiha     Mart 25, 2008 16:35
Şərhlər(3)    102 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Fətullah Zövqi. ŞEİRLƏR

DAR!

Sıra sənə çatdı
Gəl
Ağ kəndirlərin bacasından bax!
Arxayınam ki,
Anılarına
Başqa bir kef çökəcək!
Bu dirsəkli dirəklərdə əsən
Ərsin boğazların sıralanmış uçuşudur
...Sevgilərini burax
Gəl
Ağ kəndirlərin bacasından bax!

zovgi  

Davamı...
Mesiha     Mart 23, 2008 1:07
Şərhlər(2)    96 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Yaşar Kamal. QƏHRƏMAN YAZIÇILAR ÇAĞI

"Yoxsulluğu, haqsızlığı söyləmək, söyləyə bilmək artıq qəhrəmanlıq olmaqdan çıxmalı və bunlar yazıçıların birinci vəzifəsi olmalıdır. Bir yazıçının bərabərliyi müdafiə etməsi, əzənlərə, istismarçılara qarşı çıxması dövrümüzdə adi bir haldır. Bunu vəzifə olaraq qəbul etməyəni kimsə insanlıq və vətəndaşlıq borcunu yerinə yetirən yazıçı saymır. Bizdə də belə olmalı deyilmi? Amma hanı?!"

y_kamal 

Biz nə deyirik? Bərabərlik olsun, insan insanı qul etməsin, insan azad olsun – deyirik. Dövrümüzdə yaşayan bir yazar üçün bundan təbii bir istək, bundan yaxşı niyyət, bundan gözəl arzu olarmı?! Dünyanın bütün vicdanlı yazıçıları bunu istəyir. Heç kim də onlara "nə edirsiniz?", "gözünüz üstündə qaşınız var" demir. Bu dediklərimi vicdanlı yazarlar yüz, yüz əlli ildən bəri tələb edirlər. Yazıçılar xalqların danışan dilidir. Və onlar çox zaman üzərlərinə götürdükləri bu məsuliyyətin öhdəsindən böyük səylərlə gəlmişlər, gəlirlər.

Davamı...
Mesiha     Mart 16, 2008 14:10
Şərhlər(0)    78 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Fridrix Hölderlin. ŞEİRLƏR

Çevirən: Cavanşir Yusifli

holderlin 

ÖMÜR YOLU

Can atdı göylərə ruhum,
Eşq onu torpağa çəkdi.
Dərddən çat verib ürəyim,
Gözümdən bir leysan tökdü.

İndi qəmdən çürüyürəm.
Qapanır ömür çevrəsi.
Ömür...
başlanmamış bitir –
göylərə yetişmir səsi...

Davamı...
Mesiha     Mart 16, 2008 14:05
Şərhlər(0)    74 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Mesiha
Məsiağa Məhəmmədinin bloqu
Technorati Profile
Add to Technorati Favorites
Page copy protected against web site content infringement by Copyscape
  • İndi blogda: 45
  • Keçən ayın hiti: 9404
  • Dünənki hit: 223
  • Bugünki hit: 151
  • Ümumi hit: 49077
Page Ranking Tool Poetry Blogs - Blog Catalog Blog Directory
My BlogCatalog BlogRank
View blog authority


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com