Reklam verin!

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

Bloq Haqqında

 

Mesiha

  • Məsiağa Məhəmmədinin bloqu

Sayğac

    • İndi blogda: 3
    • Keçən ayın hiti: 11007
    • Dünənki hit: 244
    • Bugünkü hit: 186
    • Ümumi hit: 78789
    • Free Page Rank Tool

Müxtəlif

  • baxış
    67

    Rza Bərahəni. ŞEİRLƏR

    Yazar: Mesiha Tarix: Sentyabr 27, 2008 3:25

    AĞAC

    Çevirəni: Behruz Sədiq

    Ağaclar
             uca
    qurşunlu şəhərin bütün insanlarından uca
    qurşunlu şəhərin butun divarlarından uca
                                                   ağaclar
                                                        uca.

    rza_beraheni

    Davamı...

    Şərhlər(4) Tərcümələr

     

  • baxış
    68

    Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (5)

    Yazar: Mesiha Tarix: Sentyabr 24, 2008 4:54

    Dördüncü hissə

    İRANI TƏRK EDƏNDƏN SONRA

    Bizim ata-baba yurdumuzu tərk etməyimizlə nəticələnən hadisələr 1978-ci ilin yanvar ayında başladı. Yanvarın 7-də «Ettelaat» qəzetində ayətullah Xomeynini tənqid və təhqir edən bir məqalə dərc olundu. Hamıya bəllidir ki, bu məqalə barıt anbarına düşmüş qığılcım rolunu oynadı və onun alovu bütün ölkəni bürüdü. Son dərəcə məlumatlı bir adam kimi həmin məqalə barədə əsl həqiqəti söyləyə bilərəm: bu biabırçı məqalə sabiq baş nazir Hüveyda və onun adamları tərəfindən hazırlanmışdı; həmin məqalənin Məhəmmədrzanın göstərişi ilə yazılması barədə indiyə qədər deyilənlər isə ağ yalandan başqa bir şey deyil.
    Məhəmmədrza 1963-cü ildə bir dəfə ruhanilərlə üz-üzə gəlmişdi, ruhanilər də SAVAK-ın və şah qvardiyasının təzyiqlərindən xeyli zərər çəkmişdi, odur ki, hər ikisi bir-birinin «ərazisinə» girməməyə çalışırdı. Xomeyni Nəcəfdə öz dini işləri ilə məşğul idi və 1972-ci ildə Əlcəzairdə şahla Səddam arasında sülh müqaviləsi imzalanması nəticəsində İran-İraq münasibətləri yaxşılaşdıqdan sonra susmuşdu; daha doğrusu, İraq hökuməti onun siyasi fəaliyyətinə icazə vermirdi. 

    shah_ailesi

    Davamı...

    Şərhlər(0) Tərcümələr

     

  • baxış
    83

    “MƏN RAMİZİ SÖZÜN ƏSİL FƏLSƏFİ MƏNASINDA “QURTULUŞ ŞAİRİ” ADLANDIRIRAM...”

    Güney Azərbaycanın tanınmış şair və jurnalisti, “Savalan” təxəllüslü İbrahim Rəşidi Urmiyaibrahim_savalan universiteti mexanika fakültəsinin məzunudur. Hələ tələbə ikən milli-mədəni hərəkatda fəal iştirak etmiş, universitetdəki “Şəhriyar ocağı”nın təsisçilərindən biri və icraçı katibi, “Ulduz” və “Bulud” tələbə dərgilərinin baş redaktoru, «Oyanış», «Baxış», “Ölkə”, “Ulus” adlı nəşrlərin redaksiya heyətinin üzvü olub. Daha sonra Urmiyada türk (Azərbaycan) dili və ədəbiyyatından dərs deməklə yanaşı, milli məzmunlu bir çox mədəni tədbirlər və konfransların təşkilində yaxından iştirak edib. Milli hərəkat fəalı kimi dəfələrlə İran rejimi tərəfindən həbs edilərək, Tehrandakı bədnam “Evin” zindanında, Təbriz, Urmiya, Əhər və Ərdəbildəki həbsxanalarda saxlanılıb. Sonuncu dəfə isə məhkəmənin hökmü ilə “quruluş əleyhinə təbliğat, pantürkizm və əhalini qeyri-qanuni aksiyalarda iştiraka təşviq etmək”də günahlandırılan İbrahim Rəşidiyə 5 ay həbs və 20 zərbə şallaq cəzası kəsilib. Qərbi Azərbaycan ostanı Apelyasiya məhkəməsi 5 ay həbs hökmünü qüvvədə saxlayaraq, 20 şallaq zərbəsini cərimə ilə əvəz edib. Təqribən bir ay əvvəl cəzasını çəkmək üçün Urmiya zindanına göndərilib.
    Həbsindən öncə İbrahim bəy Ramiz Rövşənin Tehranda “Yaşmaq” dərgisinin (hazırda bu dərginin baş yazarı Səid Muğanlı da həbsdədir – M.M.) nəşrləri seriyasında çap olunmuş “Göy üzü daş saxlamaz” adlı kitabı haqqında bir məqalə yazıb. Həmin məqaləni cüzi redaktə və zəruri təshihlərlə sizlərə təqdim edirəm.

    Məsiağa Məhəmmədi

    Ramiz Röşənin “Göy üzü daş saxlamaz” kitabı hörmətli Zəhra Qeytərani köçürməsilə Ərdəşir Rüstəminin tərhlərilə bəzənib “Yaşmaq” sıra kitablar vərində ədəbiyyatımıza sunulmuş. Ramiz bu kitabda göyə daş atan oğlana deyir: göy üzü daş saxlamaz və bu daş bir gün gəlib yerə düşər. Hər kimsəyə deməyə sözü var və bu səsi eşidənləri öz dünyasına çağırır. Ramizin çağırışı “gəlin açın yumruğumu” sözü ilə başlayır. Ramiz ürəyindəki sözü rahatlıqla demək istəmir, gərək gedib onun ovcunu açıb gizlətdiyini tapasan.

    Uçdu mən görən qalalar,
    Yaxşı ki var gül balalar.
    Dedilər: ovcunda nə var?!
    Gələk açaq yumruğunu?!

    Indisə biz bu çağırışa qatılıb Ramizin açıq ovcunda gətirdiyi çiçəklərə qonaq olmuşuq.

    ramiz_rovshen

    Davamı...

    Şərhlər(2) Şəxsiyyətlər

     

  • baxış
    86

    MODERNİZM DÖVRÜ


    XX yüzilliyin ədəbi tənqidini tarixi baxımdan modernizmin bir qolu və ya müəyyən mənada ona cavab kimi qiymətləndirmək olar. Bunu deməkdə məqsədimiz heç də o deyil ki, həmin ədəbi tənqid vahid bir hərəkatdır və ümumi proqrama malikdir; sözümüzün canı odur ki, modernizm ən müxtəlif meylləri ehtiva edə bilmək dərəcəsində geniş və tutumlu bir mədəni hadisədir.
    Modernizm ədəbi hərəkatı XX əsrin əvvəllərində Bodler, Mallarme, Valeri və s. kimi fransız simvolistlərinin manifestlərinin təsiri altında formalaşmışdır. Bu hərəkat müəyyən bir ədəbiyyatın, tənqidin və estetik baxışların bünövrəsini qoymuş və həmin əsrin bir çox böyük yazıçı və tənqidçiləri onun numayəndəsi olmuşlar. Bəzən deyirlər ki, bu hərəkat əsrin əvvəllərində Konrad və Yits ilə başlamışdır. Lakin başqa bir qrup belə hesab edir ki, modernizm Birinci Dünya müharibəsindən sonra meydana çıxmış, Ceyms Coysun "Uliss"i və T.S.Eliotun 1922-ci ildə nəşr olunmuş "İtirilmiş torpaq” poeması ilə parlaq təzahürünü tapmışdır. Bir çoxları belə hesab edir ki, bu hərəkat 1930-cu illərin ortalarında başa çatmışdır, bəziləri isə hərəkatın sonu kimi İkinci Dünya müharibəsini göstərirlər. Bir sıra müəlliflərin (o cümlədən də bizim) fikrincə, müasir postmodernizm sadəcə olaraq, modernizmin özünəməxsus bir təzahürdür.

    tenqidchiler 

    Davamı...

    Şərhlər(0) Tərcümələr

     

  • baxış
    114

    Həmid Herisçi. ŞEİRLƏR

    Yazar: Mesiha Tarix: Sentyabr 1, 2008 3:09

    KOR ƏRƏBİN SON NƏĞMƏSİ

    Ciblərimiz pul üçün deyil,
    əllərimiz üçündü...

    Gör bir nəyi unutmuşuq...

    Nişan üzüklərinin təkərləri üstə
    insan sevgiləri hara gedir, hara?
    Ümid qalıb Allaha,
    “baş” adlandırdığımız
    bədən çardağında
    aləm bir-birinə dəyib...

    hemid_herischi 

    Davamı...

    Şərhlər(5) Başqa müəlliflərdən

     

Qabaqkı yazılar

 

Açar sözlər

 

Tema dəstəyi

 


My BlogCatalog BlogRank

Poetry Blogs - Blog Catalog Blog Directory

View blog authority
Add to Technorati Favorites

AddThis Feed Button