Reklam verin!
     
 

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

"CAHAN" – ƏRƏB ƏLİFBASI İLƏ

Axır ki, xeyli götür-qoydan sonra "Wordpress"də bloqumun ərəb əlifbası ilə variantını yaratdım. Düzü, bu işi bir müddət əvvəl görmüş, bloqda iki yazı da yerləşdirmişdim. Amma necə deyərlər, səsə salmırdım, bu işi davam etdirməyə vaxtım olub-olmayacağını qətiləşdirə bilmirdim. Bir neçə gün bundan qabaq Məhəmməd Təvəkküli adlı soydaşımızın nə yollasa həmin bloqdan xəbər tutması və oradakı yazımı oxuyub bircə kəlmə "Sağ olun!" yazması onu üzə çıxarıb istifadəçılərə təqdim etməyimə bir növ təkan verdi. Bundan əvvəl isə Güneyli yazıçı Əli Abbasi yazdığı şərhlərdə "Cahan"dakı materialları ərəb əlifbasında görmək arzusunu bildirmişdi.

cahan_blog

Davamı...
Mesiha     İyun 30, 2008 20:03
Şərhlər(2)    64 oxunma
Gündəm     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

"İSTƏNİLƏN İSTİQAMƏTDƏ BİRTƏRƏFLİLİK ZİYANLIDIR"

"KÖHNƏ ANLAMDA ƏDƏBİ PROSES YOXDUR VƏ YƏQİN Kİ, HEÇ LAZIM DA DEYİL"

"Cahan" jurnalının redaktoru Məsiağa Məhəmmədi "PF"-in sorularını cavablayır

- Məsiağa bəy, "Cahan" jurnalının yaranması hansı zərurətdən doğdu; həm də zərurət vardımı, ya bu sadəcə mass-media sırasına təzə adlı bir məhsul çıxarmaq cəhdiydi…
- Şübhəsiz, zərurət vardı. Ən azı ona görə ki, zərurətdən yaranmayan şey bu gün belə geniş söhbət mövzusu olmaz, əks-səda doğurmazdı. Həmin zərurətsə, "Cahan"ın meydana çıxdığı dövrdə, yəni təqribən bir il öncə cəmiyyətimizin intellektual və psixoloji durumundan irəli gəlirdi. Beyinlərdə aclıq yarananda artıq heç bir reaksiya doğurmayan ibarələrin aramsız təkriri ilə onların "ağzından vurmaq", yaxud onları yeni miflərlə doyuzdurmaq yox, təzə ideyalar və alternativ dəyərlər təklif etmək və beləliklə, onlara seçim imkanı yaratmaq lazımdır. Jurnal nəşrə başladığı vaxtdan bəri mətbuatımızda, ədəbi-mədəni mühitdə, ictimai düşüncədə müşahidə olunan dəyişikliklər də onun meydana çıxmasını şərtləndirən zərurətin obyektivliyini və reallığını təsdiq edib.

oxu_jurnal  

Davamı...
Mesiha     İyun 30, 2008 12:59
Şərhlər(2)    49 oxunma
Müsahibələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

CAN SÖZDÜR, YAXUD SÖZÜN CANI

Füzulinin məşhur : “Can sözdür, əgər bilirsə insan; sözdür ki, deyirlər özgədir can” – misralarına bizim, necə deyərlər, köhnə ədiblər də diqqətsiz qalmayıblar, müasir, ələlxüsus gənc ədəbiyyatşünas və tənqidçilər də onun ətrafında yetərincə mülahizələr söyləyiblər. Amma qəribədir, həmin beytin kosmoqonik və mistik mənalarını bir kənara qoyub sırf filoloji anlamına söykənsək belə, gerçək ədəbi tənqid və təhlildə onun bir qayda olaraq, unudulduğunun şahidi oluruq: sözün sehrindən, ovsunundan bol-bol dəm vuranlar çox zaman bədii əsərin “cismindən”, əski terminologiya ilə desək, “ləfz”dən, “surət”dən danışıblar, “məna” (mə'ni) isə bu ətrafda gəzişmələrin içində itib-batır, əl dəyməmiş qalır.  

qelemler

Davamı...
Mesiha     İyun 29, 2008 5:58
Şərhlər(0)    56 oxunma
Kitablar     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Hümmət Şahbazi. KÜSKÜN HƏYAT

Hey şair!
Həyat fikrindəmisən?!
Həyatın buz bağlayan
və küskün çağında.
İnancımın qaşqabaqlı heybətindən
heç bilmirəm
“haradan asım
        cırıq-cırıq paltarımı”
Kimdi
çürümüş günəş qalasına hakim?
Pismırıtlı buludlar,
qanadsız quşlarmı?

hummet_shahbazi 

Davamı...
Mesiha     İyun 27, 2008 10:18
Şərhlər(7)    95 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (3)

İkinci hissə
ŞAHANƏ HƏYAT


Məhəmmədrzanın bütün kişilər kimi məxsusi həyatı da var idi və biz bunu bilirdik. Onun şəxsi dostları içərisində əsas yerləri Əsədullah Ələm, Ernest Peron və Huşəng xan Dəvəli tuturdular. Bu dostların sayı tez-tez dəyişirdi. Bəzən doktor Hacibi kimi şəxslər bir neçə aylığa və ya illiyə bu dostlar sırasına əlavə olunur, bəzən də kimlərsə bu siyahıdan ixtisara düşürdü.
Dediyim kimi, Fərəhin Məhəmmədrzaya ərə getməsindən və Sədabad sarayına köçməsindən bir neçə ay keçməmişdi ki, doktor Cahanşah Saleh qızımın hamilə olduğunu xəbər verdi. Sədabad saray kompleksi mərhum Rza şahın dövründə tikilmişdi və onun Yaşıl saray kimi bəzi imarətləri əsl sənət nümunəsi sayılsa da, müasir texniki nailiyyətlər, o cümlədən, ventilyasiya sistemi baxımından bir sıra çatışmazlıqları da vardı. Ən başlıcası, bu kompleks təhlükəsi daim Tehranda mövcud olan zəlzələyə qarşı davamlı sayılmırdı. Buna görə də Məhəmmədrza qərara aldı ki, özü və ailəsi üçün yeni bir iqamətgah tikdirsin və övladı daha yaxşı şəraitdə yaşasın.

sadabad_sarayi 

Davamı...
Mesiha     İyun 24, 2008 12:15
Şərhlər(1)    69 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Fridrix Dürrenmatt. ŞAHMAT OYUNU

(hekayə)

Gənc prokuror öz sələfinin, qoca prokurorun dəfnində mərhumun yaxın dostu sayılan hakimlə tanış oldu. Mərasim zamanı hakim dedi ki, hər ay rəhmətliklə şahmat oynayırmış. Gənc prokuror cavab verdi ki, (bu zaman onlar artıq krematoriyə çatmışdılar) o da şahmat həvəskarıdır. Matəm mitinqi başa çatdıqdan sonra təzə tanışlar daha tabutun arxasınca qəbrə qədər getmədilər. Əvəzində qoca hakim gənc prokurora bir partiya şahmat oynamağı təklif etdi. Prokuror təklifi qəbul elədi və onlar gələn şənbə gününə vədələşdilər. Prokurorun gənc xanımı da görüşə dəvət olundu. Hakimin evində isə ailə işlərini qızı idarə edirdi, çünki hakim dul idi.

fridrix_durrenmatt

Davamı...
Mesiha     İyun 22, 2008 7:16
Şərhlər(3)    91 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Mahnı Zənganlı. ŞEİRLƏR

And içmişdim bu sevgini
təkcə ürəyimdə yaşadam.
Yaşadırdım,
illər idi yaşadırdım...
Nə biləydim,
nə biləydim, tərsə olub –
sevgi məni yaşadırdı !!!

mahni_zenganli  

Davamı...
Mesiha     İyun 20, 2008 5:39
Şərhlər(2)    68 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Laura Cəbrayıllı. AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞINA DƏYƏRLİ TÖHFƏ

Qəribədir, biz dünyanın məşhur şərqşünaslarını lap yaxşı tanıyırıq. Söz düşən kimi, onların axtarışlarından, tədqiqatlarından, tərcümələrindən həvəslə danışırıq, amma növbə özümüzə çatanda duruxuruq. Görən, biz niyə şərqşünasları həmişə kənarda, uzaqda axtarırıq? Doğrudanmı, Şərqdə oturub dünyaya gündoğandan danışmaq olmur? Yox, əgər belələri varsa, niyə onların səsi çox uzağa gedib çıxmır? Bəlkə də bu sualları bizim çağdaş alimlər bir-birinə vermirlər, amma oxucular məhz belə soruşurlar…
Cavab tələb edən oxuculara kimdən deyək – filologiya elmləri namizədi Məsiağa Məhəmmədidən. O, bu dəfə son illərdə yazdığı elmi məqalələrini və tərcümələrini işıq üzünə çıxarıb. Kitabda müəllif Şərq və Azərbaycan ədəbiyyatının az öyrənilmiş sahələrinə nəzər salıb. O, tarixin qaranlıq, tozlu səhifələrinin arasından tapdığı bir sıra dəyərli faktları, yeni materialları geniş auditoriyaya anlaşıqlı dildə təqdim edir.

qedim_kitab  

Davamı...
Mesiha     İyun 14, 2008 9:39
Şərhlər(6)    88 oxunma
Haqqımda yazılanlar     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

OVUCDA DƏYİRMAN DAŞI

yaxud

"KULTAZ"IN "TƏNQİD HƏFTƏSİ"NƏ SÖZARDI

Davamı...
Mesiha     İyun 10, 2008 7:09
Şərhlər(4)    76 oxunma
Gündəm     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Əkbər Azad. FRANSA ŞAİRİNİN… TÜRKCƏ ŞEİRLƏRİ

Ey gözəllər gövhəri, ey könlümün cananəsi,
Ey mənim gülzari-hüsnün bülbüli-məstanəsi,
Ey mənim canım sənin şəmi-rüxün pərvanəsi,
Dilbərimsən, mən yüzün dildadeyi-divanəsi!


Bu misralar 1860-cı ildə Parisdə çapdan çıxmış kiçik bir şeir kitabından götürülmüşdür. Kitab iki hissədən ibarətdir: birinci hissəsi türk, ikinci hissəsi fars dilindədir. 15 səhifəni tutan türkcə şeirlər müxtəlif janrlarda (qəsidə, qəzəl, mürəbbə, şərqi, təxmis) yazılmışdır. Farsca şeirlər də müxtəlif bədii formaları əhatə edir. Şeirlərin müəllifi Şarl Verne (Charles Verney) adlı gənc bir fransızdır ki, kitab çapdan çıxdığı zaman 17 yaşı varmış. Əlbəttə, deyilə bilər ki, onun şeirləri zəifdir. Lakin məsələ bunda deyil. Mühüm olan budur ki, 1860-cı ildə (yəni 148 il bundan öncə) gənc bir fransızın türkcə və farsca şeirləri nəşr olunmuşdur.

paris_yuxulari 

Davamı...
Mesiha     İyun 9, 2008 4:52
Şərhlər(0)    73 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

  Yazılar cəmi: 11    Sonrakı səhifə »
Mesiha
Məsiağa Məhəmmədinin bloqu
Technorati Profile
Add to Technorati Favorites
Page copy protected against web site content infringement by Copyscape
  • İndi blogda: 6
  • Keçən ayın hiti: 9404
  • Dünənki hit: 164
  • Bugünki hit: 115
  • Ümumi hit: 51411
Page Ranking Tool Poetry Blogs - Blog Catalog Blog Directory
My BlogCatalog BlogRank
View blog authority


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com