Reklam verin!

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

Bloq Haqqında

 

Mesiha

  • Məsiağa Məhəmmədinin bloqu

Sayğac

    • İndi blogda: 25
    • Keçən ayın hiti: 9167
    • Dünənki hit: 316
    • Bugünkü hit: 261
    • Ümumi hit: 64757
    • Free Page Rank Tool

Müxtəlif

  • baxış
    145

    ŞƏHRİYAR VƏ ZƏMANƏMİZ

    Yazar: Mesiha Tarix: Aprel 5, 2008 0:47

                  yaxud

    "İPƏKDƏN QƏZİL OLMAZ"

    Poeziya yaranandan bəri üç mövzu onun əsasını təşkil edib: ayrılıq, məhəbbət və ölüm. Bu mövzuların bədii yaradıcılığın təməlində durması əslində insanın bir varlıq kimi təbiəti, yaradılışının xarakteri ilə şərtlənib. Həmin şərtlənmə ümumən insanın mahiyyəti və xislətinin istər mifoloji, istər dini, istərsə də elmi-fəlsəfi izahı ilə təsdiq olunur. Və hər şair öz istedadı, başqa sözlə, vücudunda daşıdığı ilahi nurun – çınqının hərarəti səviyyəsində (və dilin məhdud imkanları çərçivəsində) göstərilən mövzuları qələmə alır, onların fərdi ifadəsini, şərhini, açımını və həllini təqdim edir. Nəticə etibarilə həmin mövzular heç zaman və heç bir şairin yaradıcılığında ifadə potensiyasını tükəndirmir, qəti həllini tapmır və ona görə də əbədi mövzular statusunda yaşayaraq, dünyanın sonuncu şairinə doğru yolunu davam etdirir.

    shehriyar1
     

    Davamı...

    Şərhlər(0) Tədqiqlər

     

  • baxış
    147

    Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (2)

    Yazar: Mesiha Tarix: Aprel 3, 2008 3:59

    Şah bir müddət idi ki, Sürəyya İsfəndiyaridən ayrılmışdı və tək yaşayırdı. İranın kədərli kraliçası kimi şöhrət tapan Sürəyya İsfəndiyari şahdan ayrılandan sonra milliyyətcə alman olan anası ilə birlikdə İranı tərk etmiş və Parisdə məskunlaşmışdı. Bu da taleyin heyrətamiz oyunlarından biri idi ki, İran şahının xanımını Parisə göndərmiş və Parisdən bir iranlı qızı Tehrana gətirmişdi ki, şahın yeni xanımı olsun!
    Fərəhin Şahnaz xanımın görüşünə getməsi məsələsində hamılıqla razılığa gəlsək də, mən Hafiz Şiraziyə həddən artıq inandığım üçün yerimdən qalxdım və taxçadan İranın bu məşhur şairinin divanını götürüb fal açdım, bu beyt çıxdı:

    farah2 

    Davamı...

    Şərhlər(4) Tərcümələr

     

  • baxış
    144

    Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (1)

    Yazar: Mesiha Tarix: Aprel 3, 2008 3:40

    İranda 1979-cu il inqilabı və Məhəmmədrza şah Pəhləvinin ibrətamiz aqibəti barədə ötən təqribən otuz il ərzində minlərlə əsər yazılıb. Özü də səltənətin süqutunu şərtləndirən amillər, bu prosesdə şahın şəxsiyyətinin, beynəlxalq güclərin, ayrı-ayrı insanların, qrup və partiyaların, sosial təbəqələrin rolu, ölkədə islam rejiminin qurulmasına gətirib çıxaran səbəblər təkcə elmi-politoloji araşdırmaların deyil, çoxsaylı xatirələrin, sənədli-bədii nəsr nümunələrinin mövzusu olub (bizdə yaranmış əsərlərə örnək olaraq, Söhrab Tahirin "Sonuncu şah" adlı iri həcmli romanını gösətərə bilərik). Bu sırada şahın özü də daxil olmaqla Pəhləvilər ailəsi üzvlərinin, şahın yaxın ətrafının, antişah düşərgəsi təmsilçilərinin memuarları hadisələrə müxtəlif yanaşmaları əks etdirmək baxımından xüsusi maraq doğurub. Onlardan biri də Fərəh Pəhləvinin anası (Məhəmmədrza şahın qaynanası) Fəridə Dibanın "Mənim qızım Fərəh" adlı xatirələridir. 1999-cu ildə Londonda ingilis dilində, ardınca Tehranda fars dilində çap olunan bu kitab müəllifinin şəxsiyyəti baxımından diqqəti çəkir. Cəmiyyətin kifayət qədər aşağı təbəqəsindən çıxmış, özünün dediyi kimi, taleyin gərdişi ilə ölkənin birinci xanımının anasına çevrilmiş Fəridə Diba (artıq dünyasını dəyişib) siyasi proseslərin bilavasitə iştirakçısı olmadığından hadisələrə bir çox cəhətdən fərqli baxış təqdim edir. Əlbəttə, "fərqli baxış" ifadəsi obyektiv və tərəfsiz baxış anlamında başa düşülməməlidir.
    Tərcümə zamanı biz təhkiyənin qırılmasına yol verməmək şərtilə müəyyən parçaları ixtisar etmişik.

     farah

    Birinci hissə
    ŞAHLA TANIŞLIQ

    1959-cu ilin bahar günlərindən birində qızım heyrət qarışıq hədsiz bir sevinclə (bu hala «coşqunluq» demək daha doğru olardı) evə gəlib dedi: «Anacan! Anacan! Şahın qızı məni evinə dəvət edib!»
    Bir qədər həyəcanı keçəndən sonra şahın kürəkəni Ərdəşir Zahidi (Şahnaz xanımın əri) ilə görüşünün təfsilatını mənə nəql elədi. Dedi ki, o vaxtlar xaricdə oxuyan iranlı tələbələrin işləri üzrə idarənin rəisi olan Ərdəşir Zahidi ilə görüşmək üçün Xarici İşlər Nazirliyinə gedib və görüş zamanı Ərdəşir Zahidi xanımı Şahnazın adından onu öz evlərinə dəvət edib...

    Davamı...

    Şərhlər(0) Tərcümələr

     

Qabaqkı yazılar

 

Açar sözlər

 

Tema dəstəyi

 


My BlogCatalog BlogRank

Poetry Blogs - Blog Catalog Blog Directory

View blog authority
Add to Technorati Favorites

AddThis Feed Button