۞ C A H A N ۞
MƏNDƏ SIĞAR İKİ CAHAN...
-
baxış85
Martin Haydegger. GÜNDƏLİK İNSAN VƏ "ONLAR" SAHƏSİ
Yazar: Mesiha Tarix: Oktyabr 31, 2008 1:19Azərbaycan türkcəsinə uyğunlaşdırma və açıqlama: Hümmət Şahbazi
Martin Haydegger (1889-1976) – Ekzistensializmin alman fəlsəfəsindəki təmsilçisi. Ən önəmli əsəri olan “Varlıq və Zaman”da (Sein und Zeit) varlığın anlamı problemini qoyaraq, ekzistensial ontologiyanı inkişaf etdirmişdir.
İnsanın başqa insanlar ilə, başqa insanlar üçün və başqa insanlara qarşı sürdürdüyü gündəlik yaşam fəaliyyətində, sürəkli olaraq başqalarından fərqli olma qayğısı yatar. Bu, başqalarından fərqi qapatma, başqalarından geridirsə, həmin geriliyi yox etmə və ya başqalardan üstündürsə, onları altda tutma qayğısıdır. Başqalarla özünün arasındakı məsafənin qayğısı – insanın özünə də örtülü qalan bu qayğı başqalarla birlikdə olmağı gərginləşdirir. Gündəlik insan bu məsafənin nə qədər az fərqindədirsə, bu qayğı bir o qədər sarsılmaz və əsaslı şəkildə təsirini göstərir.
Belə ki, birlikdə olmanın ehtiva etdiyi bu məsafədə insan, başqalarla birlikdə mövcud olan gündəlik insan kimi, başqalarına uyğunlaşma, başqaları üçün nə keçərlidirsə, onu keçərli sayma durumundadır. Burada insan özü deyildir; onun “özü olması”nı başqalar üzərlərinə götürmüşlər. İnsanın gündəlik yaşam imkanları başqaların qoyduğu ölçülərlə idarə olunur. Bu başqalar müəyyən deyildir. Hər bir başqa bütün başqaların yerinə keçə bilər. Önəmli olan, insanın fərqinə varmadan təslim olmaqlığı, başqaların səssiz, gözə çarpmayan hegemonluğudur. İnsanın özü başqaların bir parçası olaraq, onların gücünü təmin edir. Əslındə onların bir parçası olduğunu gizləmək üçün insanın “başqalar” deyə adlandırdığı şey, gündə birlikdə olmağı meydana gətirənlər, yəni hər zaman burada olanlardır. Başqaların kimliyi nə bu, nə də digər şəxs, nə insanın özü, nə bəzi kimsələr, nə də hamının cəmidir. Onların kimliyi “kimsəsizlik”, yaxud “hər kəs”dir.
Şərhlər(7)
Tərcümələr
-
baxış59
Hadi Qaraçay. ŞEİR
Yazar: Mesiha Tarix: Oktyabr 23, 2008 20:07Sayın Əlirza Sərrafi və Səid Muğanlıya sunulur
əsgi yaz,
qoca yaz,
dədə yaz!
ulduzlu göylərim deyib durma
çiçəkli düzlərim deyib durma
aranında quzular vardı
quzuların harda
Şərhlər(5)
Başqa müəlliflərdən
-
baxış376
BEYNƏLXALQ DOSTLUQ ÖDÜLÜ
Yazar: Mesiha Tarix: Oktyabr 21, 2008 7:07İşimin çoxluğundan və əhvalımın yoxluğundan son vaxtlar bloqçuluq fəaliyyətimi zəiflətmişəm və yəqin ki, dəyərli ziyarətçilər də bunu sezməmiş deyillər. Bununla belə hər gün tələsik də olsa, bloquma baş çəkib yazılan şərhləri cavabsız qoymamağa çalışıram. Eyni zamanda dünyanın dörd bir yanından fəal bloqçuların toplaşdığı Blogcatalogdan aldığım mesaj, məktub və dəvətləri cavablandırıram. Bu yaxınlarda həmin sistemdə adı da, özü də ŞAİRANƏ olan bir bloqla dostlaşdım. Dünən isə bloqun sahibi Mehparə xanımdan xoş və maraqlı bir xəbər aldım: Mehparə xanım dünya bloqçular camiəsində məşhur olan Beynəlxalq Dostluq Ödülü ("Friendship Around The World Award") almış və öz növbəsində məni də həmin ödülə layiq görmüşdür. Mən dəyərli Mehparə xanımı ürəkdən təbrik edir və səmimi təşəkkürlərimi bildirirəm. Və qaydalara uyğun olaraq, bu ödülü öz dostlarıma ötürürəm. Amma öncə bir neçə kəlmə bu mükafat barədə.
Şərhlər(20)
Gündəm
-
baxış83
ABBASQULU AĞANIN “NƏSİHƏTLƏR”İ
Yazar: Mesiha Tarix: Oktyabr 1, 2008 8:13Böyük Azərbaycan şairi və mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun (1794-1846) çoxsaylı əsərlərindən biri də uşaqlara və yeniyetmələrə müraciətlə yazdığı “Nəsihətlər”idir. “Nəsihətnamə” və “Kitabi-nəsihət” adı ilə də tanınan bu kiçik həcmli əsər hicri 1252-ci (1836-cı) ildə müəllifin məşhur “Təhzibi-əxlaq” kitabının xülasəsi kimi qələmə alınmışdır. Əsərin eyni zamanda həm fars, həm də Azərbaycan dillərində yazıldığı bildirilsə də, farsca variant daha geniş yayılmış və sonradan müxtəlif şəxslər tərəfindən dilimizə çevrilmişdir. Məsələn, mərhum Məmmədağa Sultanovun yazdığına görə, “Nəsihətlər” “1907-ci ildə qubalı Məşədi Əbülqasim adlı bir şəxsin xahişilə həmyerlisi Seyid Rza Mir Hüseyn oğlu tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. F.Köçərli və başqa alimlərimiz tərəfindən “Nəsihətnamə” adı ilə çap edilən parçalar çox ehtimal bu tərcümədən alınmışdır” (A.Bakıxanov. Seçilmiş əsərləri. Bakı, 1984, səh.8). Lakin M.Sultanov bu tərcümənin “dilinin ağır və təhriflərlə dolu olduğunu” nəzərə alıb özü əsəri farscadan tərcümə etmiş və həmin tərcümə qeyd olunan “Seçilmiş əsərlər”də, eləcə də ayrıca kitabça şəklində (Bakı, 1982) nəşr olunmuşdur. Amma hər iki nəşrdə “Nəsihətlər”in beşdə biri – əsasən dini məzmunlu nəsihətlər – ixtisar olunmuş, beləliklə, 102 (yaxud 103) nəsihətdən 83-ü verilmişdir.
Şərhlər(2)
Tərcümələr
Bölmələr
- Tədqiqlər (17)
- Tərcümələr (52)
- Kitablar (5)
- Şəxsiyyətlər (11)
- Müsahibələr (5)
- Başqa müəlliflərdən (27)
- Gündəm (11)
Qabaqkı yazılar
- Həmid Herisçi. ŞEİRLƏR
- Frans Poppenheym. TEXNİKA VƏ YADLAŞMA
- Kiyan Xiyav. ŞEİRLƏR
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (4)
- ÖMRÜN MÜDRİKLİK ÇAĞI
- Hamid Əhmədi. MƏCNUN
- İmamverdi Həmidov. İKİ DAHİ HAQQINDA BİR KİTAB
- Həmid Asəfi. ŞEİRLƏR
- Henrix Böll. YAZMAQ RİSKİ
- İYULUN ƏN NİSGİLLİ GÜNÜ
- Hadi Qaraçay. ŞEİRLƏR
- Nigar Xiyavi. ÖZÜMÜZ VARIQ DAAA…
- Nadir İlahi. ŞEİRLƏR
- Əli Abbasi. ÖLÜM YUXUSU
- Həmidə Rəiszadə Səhər. ŞEİRLƏR
- V.Hösle. MARTİN HAYDEGGERİN TEXNİKA FƏLSƏFƏSİ
- "CAHAN" – ƏRƏB ƏLİFBASI İLƏ
- "İSTƏNİLƏN İSTİQAMƏTDƏ BİRTƏRƏFLİLİK ZİYANLIDIR"
- CAN SÖZDÜR, YAXUD SÖZÜN CANI
- Hümmət Şahbazi. KÜSKÜN HƏYAT
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (3)
- Fridrix Dürrenmatt. ŞAHMAT OYUNU
- Mahnı Zənganlı. ŞEİRLƏR
- Laura Cəbrayıllı. AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞINA DƏYƏRLİ TÖHFƏ
- OVUCDA DƏYİRMAN DAŞI
- Əkbər Azad. FRANSA ŞAİRİNİN… TÜRKCƏ ŞEİRLƏRİ
- Şəms Təbrizi. QISA KƏLAMLAR
- Ziba Kərbasi. SƏNİM ƏRK
- İlham Qəhrəman. TƏBRİZƏ GEDƏ BİLMƏDİM
- "MƏSNƏVİ"DƏN BİR HEKAYƏT
- Cavidan. DANKOLARIN PARADI
- Xosrov Naqid. YURGEN HABERMAS ZİYALILAR HAQQINDA
- HAFİZ: SEHRKAR ŞAİR
- TƏBRİZDƏ ƏLİ KƏRİMİN KİTABI NƏŞR OLUNUB
- SONUNCU MOGİKAN
- Məhəmməd Hüseyn Şəhriyar. CAN, RÜSTƏM!
- Spujməy Zəryab. ADAMLAR VƏ EVLƏR
- Robert B.Rey. POSTMODERNİZM NƏDİR?
- ŞƏMS TƏBRİZİNİN QƏBRİ HARADADIR?
- GÜNAHIN ANATOMİYASI
- Balayar Sadiq. RUHLARIN QİYAMI
- Boris Qubman. TARİXƏ QARŞI QİYAM
- ÇAĞDAŞ FƏLƏSTİN POEZİYASI: FƏDVA TOQAN
- SAİB TƏBRİZİDƏN BEŞ QƏZƏL
- Nadir Nadirpur. QUM
- Mübariz Cəfərli. GÖZLƏYƏN
- Əkbər Bozorgəmin (Aşıq Cünun). ŞEİRLƏR
- MƏSULİYYƏT VƏ MƏHƏBBƏT
- Frans Kafka. İMPERATORUN SİFARİŞİ
- ŞƏHRİYAR VƏ ZƏMANƏMİZ
Açar sözlər
View blog authority


