۞ C A H A N ۞
MƏNDƏ SIĞAR İKİ CAHAN...
-
baxış100
Hamid Əhmədi. MƏCNUN
Yazar: Mesiha Tarix: İyul 23, 2008 13:24(hekayə)
Oğlan ayağın tormozdan götürüb soruşdu:
- İyirmi altısıydı, ya iyirmi doqquzu?
Qız gülümsədi:
- Sən hər il bunu soruşursan…
Doğrusu da, oğlan hər il bu zaman bunu soruşardı, nədənini heç biri bilmirdi.
Qırmızı çırağın dalısında dayanmışdılar, hava tutulmuşdu. Oğlan qızla bu gün birlikdə eşiyə çıxmaq üçün gecə min müsibətlə maşını atasından istəmişdi. Gəlmişdilər səkkiz il qabağı yada salıb günlərin keçirsinlər.
Çıraq yaşıl oldu. Oğlan maşını yola salıb dedi:
- O duvarı da uçurdublar, yeri boş qalıb.
Qız başını şüşədən çıxardıb, gözlərin yumub dedi:
- Ürəyim sıxılır oranı görəndə, o duvar… – yel saçlarını oynadırdı, – o duvar bizim sevgimizə şahiddi.
Başını içəri gətirib:
- Yadında, yarım saat ikimiz dinməz-danışmaz oturmuşduq? – dedi.
Hərdən bir maşın gəlir-gedir, bura bir xəlvət xiyavandır, iki tərəfi də söyüdlə kölgələnib, darıxmalı payız axşamı da olsa, özünə görə gəzməli yerdi, xəlvət, sakit.
İki nəfər o başdan gəlir, payızın bu xəlvət xiyavanının yarpaqların ayaqlaya-ayaqlaya. Qız bir nimkət1 göstərir, ona sarı gedirlər. Bir tikə duvar nimkətin dalısında var, o əl-bu əli boşdu. «Bu duvar burada nə üçündü?» – ikisinin fikrindən keçir. Bir yarpaq yerə düşür, onlar oturub səssiz yerə baxırlar, biri-birinin başmaqlarına…
Oğlan ayağın basır tormoza. Xəlvət xiyavan hələ də xəlvətdi (ancaq belə nəzərə gəlir). Bir yarpaq yerə düşür, ikisi də duvarla nimkətin boş yerinə baxırlar. Qız oğlanın əlindən yapışır:
- Səkkiz il oldu – deyir.
İki nəfər o başdan gəlir, bir oğlan, bir qız. Nəzərə gəlir halları xoşdu, payızın yarpaqlarını ayaqlaya-ayaqlaya burada dayanan iki nəfərə baxırlar. Oğlan qıza deyir (hansı oğlan hansı qıza, mən də bilmirəm):
- Duvarın yeri gör nə boşdu…
Qız fikrində deyir: «Mən burda doğulmuşam, göbəyimi burda kəsiblər, elə burda da basdırılmışam».
Oğlan ağlayıb deyir:
- Mənim anam da burda basdırılıb.
Bir ağ paltarlı kişi onlara yaxınlaşır, oğlana sarı gəlir, əlin oğlanın çiyninə qoyub deyir:
- Ağlama, hamı öləcək, sən indi Deep Depression mərhələsindəsən, darıxma…
Sonra cibindən rəngli-rəngli həblər çıxardıb verir oğlana:
- Bunları at, halın düzələr.
Sonra millət yığışır bunların başına. O iki nəfər də gəlir, onlara oxşadıqlarından təəccüb eləyib ağlayırlar. Millət ağlayır… (Bəlkə də gülür).
Xiyavan bala-bala şuluğlaşır, hər tərəfdən adamlar gəlir. «Görəsən, nə xəbərdi?» - qızla oğlanın fikrindən keçir.
Kamera gətirirlər, duvarın yerinə duvara oxşar bir panel qoyurlar, bir nimkət.
Hər yer adamdı, amma heç birindən səs çıxmır. (Səssiz ağlayıb-gülürlər, ağlaya-ağlaya gülürlər).
Oğlan fikirləşir: «Görəsən, maşının qapısın bağadım? Maşına bir zad olsa, atam öldürər».
Həmin kişi deyir:
- Mən sənin atanam, qorxma, öldürməyəcəm səni…
Söyüdlərdən projektor aslayırlar, hər yer işıq olur. Qız qorxudan oğlana yaxınlaşır, oğlan bağrına basır qızı.
Millətin içindən bir nəfər mikrofon əlində eşiyə çıxır, elə çıxır deyəsən, millət bir-birinə yapışılmış bir şeydi, su kimi.
İndi mikrofonlu kişi səsin alıb başına, amplifayerlər qulaqları yırtır.
Sözlərin heç birini düşünmək olmur. Qız yavaşcadan:
- Nə deyir? - soruşur.
Səs kəsilir. Millət su kimi axır qanovlara, pox qoxusu dünyanı götürür, itir-batır, duvarı gətirənlər duvarı aparırlar, duvarın yeri yenə boş qalır, nimkətin də, projektorlar da söndürülür, mikrofonlu kişinin yerə düşmüş mikrofonu da götürülür.
Qız qalır oğlanla və maşın və söyüdlər yarpaqların tökə-tökə.
Qız fikrində soruşur: «Nə xəbər idi? Sən də mən görənləri gördün?»
Oğlan bir siqar alışdırır. O biri oğlanın da siqarın alışdırır, yerə baxır.
- Görəsən, bu adda xiyavan var heç? – soruşur.
O biri oğlan soruşur:
- Görəsən, biz doğruyuq, yoxsa yalan?
Qız fikrində deyir: «Yox, bu adda xiyavan qalıb səkkiz il qabaq iyirmi altısında».
Qız fikrində deyir: «Biz yalanıq, yalan…»
Sonra soruşur:
- İyirmi altısı idi, ya iyirmi doqquzu?..._______
Nimkət – skamya
Şərhlər(3)
Başqa müəlliflərdən
-
hamid Avqust 31, 2008 22:02
-
Məsiağa Məhəmmədi Sentyabr 1, 2008 3:54
2Dəyərli Hamid bəy! Çox sağ olun!
Bloqlarımda mənim barəmdə yetərincə bilgi var. Şəxsi tanışlığımızı mən də arzulayıram. Bakıya gəlsəniz, qulluğunuzda hazıram. Mən də haçansa Təbrizə gəlməyə ümidliyəm. Sizə uğurlar! Bir sözünüz olsa, e-mailimə yaza bilərsiz.
Məndən salam olsun ulu Təbrizə!...
-
hamid Sentyabr 3, 2008 23:20
3sevimli qardaş Məsiağa!
tanıdığım Guzeyli vətəndaşlarımızda bir özəl xəsisə gördüm: başı-aşağılıq (təvazo-kar!) biz isə burada "lotu məram" da deyərik və bu mənim üçün çox gözəl xəsisədir.
əsgərlıyə getmədiyimə görə irandan eşiyə çıxmağa iznım yoxdur ancaq siz haçan buraya gəlsəniz qulluğunuzda varam.
gözəl Bakımıza salamlar söyləyin.
Bölmələr
- Tədqiqlər (17)
- Tərcümələr (52)
- Kitablar (5)
- Şəxsiyyətlər (11)
- Müsahibələr (5)
- Başqa müəlliflərdən (27)
- Gündəm (11)
Qabaqkı yazılar
- Həmid Herisçi. ŞEİRLƏR
- Frans Poppenheym. TEXNİKA VƏ YADLAŞMA
- Kiyan Xiyav. ŞEİRLƏR
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (4)
- ÖMRÜN MÜDRİKLİK ÇAĞI
- Hamid Əhmədi. MƏCNUN
- İmamverdi Həmidov. İKİ DAHİ HAQQINDA BİR KİTAB
- Həmid Asəfi. ŞEİRLƏR
- Henrix Böll. YAZMAQ RİSKİ
- İYULUN ƏN NİSGİLLİ GÜNÜ
- Hadi Qaraçay. ŞEİRLƏR
- Nigar Xiyavi. ÖZÜMÜZ VARIQ DAAA…
- Nadir İlahi. ŞEİRLƏR
- Əli Abbasi. ÖLÜM YUXUSU
- Həmidə Rəiszadə Səhər. ŞEİRLƏR
- V.Hösle. MARTİN HAYDEGGERİN TEXNİKA FƏLSƏFƏSİ
- "CAHAN" – ƏRƏB ƏLİFBASI İLƏ
- "İSTƏNİLƏN İSTİQAMƏTDƏ BİRTƏRƏFLİLİK ZİYANLIDIR"
- CAN SÖZDÜR, YAXUD SÖZÜN CANI
- Hümmət Şahbazi. KÜSKÜN HƏYAT
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (3)
- Fridrix Dürrenmatt. ŞAHMAT OYUNU
- Mahnı Zənganlı. ŞEİRLƏR
- Laura Cəbrayıllı. AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞINA DƏYƏRLİ TÖHFƏ
- OVUCDA DƏYİRMAN DAŞI
- Əkbər Azad. FRANSA ŞAİRİNİN… TÜRKCƏ ŞEİRLƏRİ
- Şəms Təbrizi. QISA KƏLAMLAR
- Ziba Kərbasi. SƏNİM ƏRK
- İlham Qəhrəman. TƏBRİZƏ GEDƏ BİLMƏDİM
- "MƏSNƏVİ"DƏN BİR HEKAYƏT
- Cavidan. DANKOLARIN PARADI
- Xosrov Naqid. YURGEN HABERMAS ZİYALILAR HAQQINDA
- HAFİZ: SEHRKAR ŞAİR
- TƏBRİZDƏ ƏLİ KƏRİMİN KİTABI NƏŞR OLUNUB
- SONUNCU MOGİKAN
- Məhəmməd Hüseyn Şəhriyar. CAN, RÜSTƏM!
- Spujməy Zəryab. ADAMLAR VƏ EVLƏR
- Robert B.Rey. POSTMODERNİZM NƏDİR?
- ŞƏMS TƏBRİZİNİN QƏBRİ HARADADIR?
- GÜNAHIN ANATOMİYASI
- Balayar Sadiq. RUHLARIN QİYAMI
- Boris Qubman. TARİXƏ QARŞI QİYAM
- ÇAĞDAŞ FƏLƏSTİN POEZİYASI: FƏDVA TOQAN
- SAİB TƏBRİZİDƏN BEŞ QƏZƏL
- Nadir Nadirpur. QUM
- Mübariz Cəfərli. GÖZLƏYƏN
- Əkbər Bozorgəmin (Aşıq Cünun). ŞEİRLƏR
- MƏSULİYYƏT VƏ MƏHƏBBƏT
- Frans Kafka. İMPERATORUN SİFARİŞİ
- ŞƏHRİYAR VƏ ZƏMANƏMİZ
Açar sözlər
View blog authority



slmlar Məsiağa!
undan ki lutf eləyib mənim hikayəmi vebloqunuzda vurmusuz öz minnətdarliğimi bildirirəm. məni sevindidiz ancaq, çox göylüm (siz demişkən könlüm!) istərdi sizinlə yaxından taniş olam, əllərinizi Təbrizdən sixiram...