۞ C A H A N ۞
MƏNDƏ SIĞAR İKİ CAHAN...
-
baxış100
Nadir İlahi. ŞEİRLƏR
Yazar: Mesiha Tarix: İyul 8, 2008 7:25QƏBRİSTAN
Qəbristan…
Tamaşalı sərgi
Kitab-kitab, dərgi-dərgi…
Cilidlər…
Bayatılı, ağılı
Oldu-öldü nağılı.
Ay Allah!
Görəsən, bu yazıqlar
Göydən düşən alma paylarını yedilər?..
Birini oxuyuram ötərgi:
Yaşar…
On səkkiz bahar…,
Daha heç bir zad oxunmur.
Nə yaman əldən düşüb bu qəbir daşı…
Görəsən, yağış döyüb?...
Ya anasının göz yaşı?...
QAR-YAĞIŞ
Qar-yağış inləyir: yağım qurtarım,
Baharlar tələsir, qışlar tələsir.
Sərdiyim qanadı yığım qurtarım,
Deyib… yel tək əsən quşlar tələsir.
Dalına od çatıb illərim mənim,
Gec açıb tez solub güllərim mənim,
Ah… qışa tələsir tellərim mənim,
Kipriklər tələsir, qaşlar tələsir.
Çinar oğrun-oğrun boyumu süzür,
Kəndir məndən sarı lap özün üzür,
Dözür… heç bilmirsən nə təhər dözür,
Başımı yarmağa daşlar tələsir.
GÖRDÜ BALTALARIN…Gördü baltaların hücum çəkməsin,
Gizlənə bilmədi… Qaça bilmədi.
Torpaq eşitmədi gileylik səsin,
Ürəyin heç kimə aça bilmədi.
Ürəyin açmadı o heç bir kəsə,
Doğrandı…
töküldü…
adidən adi…
Ayağı altdakı torpaqdan… nəsə,
Diriykən bir addım dalı qoymadı.
Baxırsan ürəyi cadar-cadardı,
Əgər dilə gəlsə, quzu tək mələr.
Bilmirəm… nə sirdi…
hələ ki vardı,
Kəsilə-kəsilə qalıb meşələr.
DÜNƏN-BU GÜNDünən…
Ürəyimiz yaxın… əlimiz uzaq,
Birimiz Günəşdə, birimiz Ayda.
Gəl bu sərhədləri aradan pozaq,
Həsrətli həyatdan axı nə fayda?…
Bu gün…
İndisə əllərin əllərimdədir,
Ancaq uzaqlaşıb ürəklərimiz.
Deyirəm, ay gülüm! Faydası nədir,
Bir tavan altında yaşasaq da biz?...
BULUDAM…Buludam... amma ağlağan deyiləm,
Ürəyim dolmasa, yağan deyiləm.
Bir halal nütfəm olmasa sözdən,
Bir qəzəl körpəsin doğan deyiləm.
Şeir! Alagöz maral! Sən arxayın ol,
Döşlərin dolmasa, sağan deyiləm.
Bir bulaq nəğmə, bir bulaq şeirəm,
Yəni ki, boş cığan-vığan deyiləm.
Qəlbimi xəşlədim yada, tanışa,
Neyləyim… çox da mal yığan deyiləm.
Mən Nəsimi babam deyən mərdəm,
Bu səfil dünyaya sığan deyiləm.
El yavanlıq gəzir… aman, Nadir,
Mən barı bir acı soğan deyiləm.
Şərhlər(0)
Başqa müəlliflərdən
Bölmələr
- Tədqiqlər (17)
- Tərcümələr (52)
- Kitablar (5)
- Şəxsiyyətlər (11)
- Müsahibələr (5)
- Başqa müəlliflərdən (27)
- Gündəm (11)
Qabaqkı yazılar
- Həmid Herisçi. ŞEİRLƏR
- Frans Poppenheym. TEXNİKA VƏ YADLAŞMA
- Kiyan Xiyav. ŞEİRLƏR
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (4)
- ÖMRÜN MÜDRİKLİK ÇAĞI
- Hamid Əhmədi. MƏCNUN
- İmamverdi Həmidov. İKİ DAHİ HAQQINDA BİR KİTAB
- Həmid Asəfi. ŞEİRLƏR
- Henrix Böll. YAZMAQ RİSKİ
- İYULUN ƏN NİSGİLLİ GÜNÜ
- Hadi Qaraçay. ŞEİRLƏR
- Nigar Xiyavi. ÖZÜMÜZ VARIQ DAAA…
- Nadir İlahi. ŞEİRLƏR
- Əli Abbasi. ÖLÜM YUXUSU
- Həmidə Rəiszadə Səhər. ŞEİRLƏR
- V.Hösle. MARTİN HAYDEGGERİN TEXNİKA FƏLSƏFƏSİ
- "CAHAN" – ƏRƏB ƏLİFBASI İLƏ
- "İSTƏNİLƏN İSTİQAMƏTDƏ BİRTƏRƏFLİLİK ZİYANLIDIR"
- CAN SÖZDÜR, YAXUD SÖZÜN CANI
- Hümmət Şahbazi. KÜSKÜN HƏYAT
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (3)
- Fridrix Dürrenmatt. ŞAHMAT OYUNU
- Mahnı Zənganlı. ŞEİRLƏR
- Laura Cəbrayıllı. AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞINA DƏYƏRLİ TÖHFƏ
- OVUCDA DƏYİRMAN DAŞI
- Əkbər Azad. FRANSA ŞAİRİNİN… TÜRKCƏ ŞEİRLƏRİ
- Şəms Təbrizi. QISA KƏLAMLAR
- Ziba Kərbasi. SƏNİM ƏRK
- İlham Qəhrəman. TƏBRİZƏ GEDƏ BİLMƏDİM
- "MƏSNƏVİ"DƏN BİR HEKAYƏT
- Cavidan. DANKOLARIN PARADI
- Xosrov Naqid. YURGEN HABERMAS ZİYALILAR HAQQINDA
- HAFİZ: SEHRKAR ŞAİR
- TƏBRİZDƏ ƏLİ KƏRİMİN KİTABI NƏŞR OLUNUB
- SONUNCU MOGİKAN
- Məhəmməd Hüseyn Şəhriyar. CAN, RÜSTƏM!
- Spujməy Zəryab. ADAMLAR VƏ EVLƏR
- Robert B.Rey. POSTMODERNİZM NƏDİR?
- ŞƏMS TƏBRİZİNİN QƏBRİ HARADADIR?
- GÜNAHIN ANATOMİYASI
- Balayar Sadiq. RUHLARIN QİYAMI
- Boris Qubman. TARİXƏ QARŞI QİYAM
- ÇAĞDAŞ FƏLƏSTİN POEZİYASI: FƏDVA TOQAN
- SAİB TƏBRİZİDƏN BEŞ QƏZƏL
- Nadir Nadirpur. QUM
- Mübariz Cəfərli. GÖZLƏYƏN
- Əkbər Bozorgəmin (Aşıq Cünun). ŞEİRLƏR
- MƏSULİYYƏT VƏ MƏHƏBBƏT
- Frans Kafka. İMPERATORUN SİFARİŞİ
- ŞƏHRİYAR VƏ ZƏMANƏMİZ
Açar sözlər
View blog authority


