Reklam verin!
     
 

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

Həmidə Rəiszadə Səhər. ŞEİRLƏR

"Səhər" təxəllüslü Həmidə Rəiszadə 1952-ci ildə Ərdəbildə doğulmuşdur. "Mavilər" və "Yaşıl mahnı" adlı şeir kitabları ilə tanınmışdır. Əsərləri əksərən ana dilindədir. Farsca da şeirlər yazmışdır. Aşağıdakı şeirlər onun "Mavilər" kitabından seçilərək latın əlifbasına çevrilmişdir.

hemide_reiszade_seher

AĞLAYA BİLSƏYDİM

Dayanmağa divar,
Nəfəs çəkməyə az-çox hava,
Alışdırmağa siqar,
Sinəmin dərdin bitirməyə dava
Var.
Bunlar deyil dərdim;
Günəş yerinə ulduzlara kifayət eləyə bilərdim –
Başımı çiynivə qoyub
Ağlaya bilsəydim.

HƏSRƏT

Bir türkü dilimdə,
Bir sevinc baxışımda,
Bir gülüş dodağımda
Ölüşgədi.
Alqışa uzanmış qollarım
Həsrətlə qol-boyun oldu.
Kim qopardıb ulduzları?

YAŞIL EHSASLI

Yenə nisgil ləçəyin saldı xəzan,
Açmamış qönçələri çaldı xəzan,
Məni də caynağına aldı xəzan,
Yaşıl ehsaslı çəmən saxla mənə.

Yalana düzlük oxu etsə əsər,
Gül bitib, qönçə gülüb, açsa səhər,
Bir də görkəmli ürək görsən əgər,
O ürəklərdə vətən saxla mənə.

Sözlərin sinələrə köz qaladar,
Duyğunu tüşgülü közdən caladar,
Ondakı söz Günəşi çalxaladar,
Sözdə ulduz kimi dən saxla mənə.

Dayaq ünvanlı dağ avarəsiyəm,
Qara günlərdə ağ avarəsiyəm,
Bir gülüşlük dodaq avarəsiyəm,
Qəmlərə qarşı gülən saxla mənə.

Demirəm, xoşluğa yad et, yada sal,
Qəm önündə adımı fəryada sal,
Məni də qəm bölüşəndə ada sal,
Bir ürək paylı məhən saxla mənə.

Bir dayan, zirvəyə diz qoy, gəlirəm,
Sanma ki, xəstəyəm, iz qoy, gəlirəm,
Bir çanaq sözdə dəniz qoy gəlirəm,
Bir döyüş meydanı çən saxla mənə.

Ucalıqlarda izin var deyərək,
Çıxaram dağlara "yar-yar" deyərək,
Gələrəm qürbət evin dar deyərək,
Vətən ünvanlı kəfən saxla mənə.

SAHİRƏ

Hansı göz yaşıyla tarlanmış baxış
Günəş həsrətiylə göyə bağlandı
Gizləndi arzular ulduzu
Söndü?!
Hansı yolda qalmış göz yaşı
Axdı
Dənizə qoşulan qəm bulağına
Dənizdən alovlu
Dalğa daşlandı?!
Hansı ah sızladı yel qulağına
Inilti səsinə ayıldı tufan
Dağlar silkələndi
Göy doluxsandı?!
Hansı əl üzüldü eşq ətəyindən
Ürəklər odlandı
Zaman dayandı?!
Bir mahnı bardağı çöndü
Calandı
Bir varlıq çardağı uçdu
Talandı
Gecədən ayrılıb
Zülmətdən qırıb
Yüksəldi arzular ucalığından
Ulduzlar qoynunda
Nura quylandı.

Mesiha     İyul 6, 2008 5:31
Şərhlər(3)    52 oxunma
Başqa müəlliflərdən    
1
CavidAn yazıb:

"Kim qopardıb ulduzları...?"

Aman, niyə bu xanımların ruhu mənə bu qədər yaxındı...?
Özü də başqa yerlərdə oxuduğum şərqli xanımların deyil, məhz Siznin təqdim edtiklərinizin...?!-))
Çox sağ olun, Məsiağa bəy...yeni imzalar və şeirlər gözləyirik...

İyul 6, 2008 10:27
2

Təşəkkürlər, Cavidan xanım, çox sağ olun! Biz də sizdən yeni şeirlər gözləyirik!

İyul 6, 2008 12:43
3
sima yazıb:

"Ağlaya bilsəydim" şeiri çox gözəl, poetik, ürəyi riqqətə gətirən...

İyul 7, 2008 15:21

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Mesiha
Məsiağa Məhəmmədinin bloqu
  • İndi blogda: 16
  • Keçən ayın hiti: 9404
  • Dünənki hit: 164
  • Bugünki hit: 201
  • Ümumi hit: 51497
Check PageRank


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com