Reklam verin!
     
 

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

"CAHAN" – ƏRƏB ƏLİFBASI İLƏ

Axır ki, xeyli götür-qoydan sonra "Wordpress"də bloqumun ərəb əlifbası ilə variantını yaratdım. Düzü, bu işi bir müddət əvvəl görmüş, bloqda iki yazı da yerləşdirmişdim. Amma necə deyərlər, səsə salmırdım, bu işi davam etdirməyə vaxtım olub-olmayacağını qətiləşdirə bilmirdim. Bir neçə gün bundan qabaq Məhəmməd Təvəkküli adlı soydaşımızın nə yollasa həmin bloqdan xəbər tutması və oradakı yazımı oxuyub bircə kəlmə "Sağ olun!" yazması onu üzə çıxarıb istifadəçılərə təqdim etməyimə bir növ təkan verdi. Bundan əvvəl isə Güneyli yazıçı Əli Abbasi yazdığı şərhlərdə "Cahan"dakı materialları ərəb əlifbasında görmək arzusunu bildirmişdi.

cahan_blog

Hələlik bloqda cəmi beş yazı var, amma çalışacağam ki, onu tezliklə dolğunlaşdırım. Əlbəttə, ərəb əlifbasındakı bloqum bu "Cahan"ın tam təkrarı olmayacaq. Orada dəyərli yazarlarımızın yaradıcılığına daha geniş yer vermək niyyətindəyəm ki, latın əlifbasını bilməyən, yaxud onu oxumaqda çətinlik çəkən Güneyli bacı-qardaşlarımız onların əsərləri ilə daha yaxından tanış ola bilsinlər. Bir müddət əvvəl elə bu məqsədlə sevimli şairəmiz Cavidanın və şair dostum Səlim Babullaoğlunun şeirlərini ərəb əlifbasına çevirmişdim. Hörmətli yazarlarımız Hümmət Şahbazi və Lalə xanım Cavanşir lütfkarlıq göstərib onları öz saytlarında yaymışdılar. Düşünürəm ki, yeni bloqum bu işi daha geniş və ardıcıl şəkildə həyata keçirməyimə imkan verəcək. Buyurun, bu da ünvan:

http://cahan.wordpress.com/


Mesiha     İyun 30, 2008 20:03
Şərhlər(2)    61 oxunma
Gündəm    
1
şahbazi yazıb:

çox sevindim məsiağa bəy. təbrik deyirəm. birdə ki ədəbiyatımızın yaxşısını tanitdırmaq hər bir azərbaycanliya borcdur. lalə xanim və mən yalnız ədəbiyatımıza görə görürük bu işləri.
sevimli dostum "hadi qaraçay"ın bircə təklifi mənim ürəyimdə qalibdır. azərbaycan ədəbiyatını başqa dillərə tərcümə etmək üçün özəl blog yaratmaq.
məhəmməd təvəkkuludən təşəkkür edirəm bu gizli xəzinənə üzə çıxartdığı üçün.

İyun 30, 2008 23:39
2

Təşəkkürlər, Hümmət bəy! Doğrudan, sizin və Lalə xanımın fəaliyyəti mənim nəzərimdə çox önəmlidir. Bizdə təəssüflə şüar deyib poz verənlər, hər şeyə bir mız qoyanlar daha çoxdur, nəinki sakitcə bacardığını edənlər.Yorulmayasız. Qaldı Hadi bəyin təklifi çox ciddi təklifdir. Düşünək, bəlkə sizli-bizli nəsə edə bildik. Uğurlar, əziz dostum!

İyul 1, 2008 0:51

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Mesiha
Məsiağa Məhəmmədinin bloqu
  • İndi blogda: 49
  • Keçən ayın hiti: 9404
  • Dünənki hit: 223
  • Bugünki hit: 138
  • Ümumi hit: 49064
Check PageRank


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com