۞ C A H A N ۞
MƏNDƏ SIĞAR İKİ CAHAN...
-
baxış88
CAN SÖZDÜR, YAXUD SÖZÜN CANI
Yazar: Mesiha Tarix: İyun 29, 2008 5:58Füzulinin məşhur : “Can sözdür, əgər bilirsə insan; sözdür ki, deyirlər özgədir can” – misralarına bizim, necə deyərlər, köhnə ədiblər də diqqətsiz qalmayıblar, müasir, ələlxüsus gənc ədəbiyyatşünas və tənqidçilər də onun ətrafında yetərincə mülahizələr söyləyiblər. Amma qəribədir, həmin beytin kosmoqonik və mistik mənalarını bir kənara qoyub sırf filoloji anlamına söykənsək belə, gerçək ədəbi tənqid və təhlildə onun bir qayda olaraq, unudulduğunun şahidi oluruq: sözün sehrindən, ovsunundan bol-bol dəm vuranlar çox zaman bədii əsərin “cismindən”, əski terminologiya ilə desək, “ləfz”dən, “surət”dən danışıblar, “məna” (mə'ni) isə bu ətrafda gəzişmələrin içində itib-batır, əl dəyməmiş qalır.
Amma nə yaxşı ki, istisnalar var: Cavanşir Yusiflinin bu kitabında toplanmış yazıları kimi! Bu yazıları mən “yeni tənqidin” nümunələri kimi oxudum; diqqət yetirsəniz, burada əsas etibatilə mövzu, məzmun, ideya, süjet anlayışlarından deyil, söz, işarə, mətn kateqoriyalarından çıxış edildiyini aydınca görərsiniz. Elə bunun sayəsində Cavanşir həmin yazılarda ilk növbədə özünü ifadə edir (hətta mən deyərdim ara-sıra çap etdirdiyi seirlərindən daha yaxşı ifadə edir), özü demiş, öz dilini yaratmağa çalışır ki, haqqında yazdığı əsərlərlə söhbəti tutsun. Buna görədir ki, o, istər klassiklərlə (Axundov, Mirzə Cəlil), istər müasirlərlə (Əli Kərim, Vaqif Bayatlı), istər əcnəbi, istərsə də milli yazıçılarla (Folkner və Sabir Əhmədli) öz dilində danışa bilir. Cavanşirin yazılarında bədii yaradıcılığın Füzuli anlamına sadiqlik, qəribə bir inadkarlıqla məna və mətləb ardınca qoşmaq, sözün canını tutmaq və demək ehtirası vardır. Bu sahədə uğurları kifayət qədər olsa da, o, bədii mətnin ələ və dilə gəlməyən məqamlarını yaxşı bilir və bu da onun dönə-dönə ədəbiyyatın mahiyyəti, bədii mətnin yaranması və fəaliyyətinin qanunauyğunluqları barədə nəzəri mülahizələr yürütməsinə səbəb olur. Beləliklə, əgər biz digər sahələrdə olduğu kim, ədəbi-nəzəri fikir sahəsində də sivil dünyaya inteqrasiya olunmaq istəyiriksə, deyə bilərəm ki, Cavanşirin yazıları “beynəlxalq standartlar” səviyyəsindədir. Bu yazılarda klassik Şərq ədəbi tənqidinin (“nəğdi-ədəbi” adlanan elmin) ənənələri ilə çağdaş Avropa ədəbiyyatşünaslığının metodları ahəngdar şəkildə çulğaşmışdır. İkinci bir cəhət həmin yazılarda elmiliklə bədiiliyin uğurlu sintezidir. Bizdə elmi və bədii təfəkkürün differensiasiyaya uğramaması, bir-birinə qarışması adətən kədərli nəticələr və bəhrələr verir. Cavanşirin yaradıcılığında isə bu təfəkkür tiplərinin qarışması deyil, üzvü vəhdəti özünü göstərdiyindən, nəticə də səmərəli və yenidir.
Beləcə, C.Yusifli “yeni tənqid” barədə hay-küylərə, ədəbi tənqidin zərurəti və vəzifələri barədə diskussiyalara qoşulmadan onun gerçək nümunələrini yaradır, eyni zamanda ədəbi mühitdə gedən predmetsiz çəkişmələri, süni şəkildə proses yaratmaq cəhdlərini, cərəyançılıq azarını ürək ağrısı ilə izləyir. O, bu çəkişmələrin içində olmasa da, özü demiş, mühit içindədir və mühitə yazıları, tərcümələri vasitəsilə təsir göstərməyə çalışır. Əslində bu kitabdakı yazılar onun ədəbi mühitdə baş alıb gedənlərə münasibəti və cavabıdır. Həmin yazılarda ironik pafos nə qədər güclü olsa da, mən onları son dərəcə ciddi yazılar tək qavradım və sevindim: nə yaxşı ki, hər şeyin ucuzlaşıb bayağılaşdığı bu zəmanədə sözə ciddi yanaşmalar hələ də var!..
(Cavanşir Yusiflinin “Ədəbiyyatda yaşamağın formulu” kitabına (Bakı, “Nurlan”, 2003) ön söz)
Şərhlər(0)
Kitablar
Bölmələr
- Tədqiqlər (17)
- Tərcümələr (51)
- Kitablar (5)
- Şəxsiyyətlər (11)
- Müsahibələr (5)
- Başqa müəlliflərdən (25)
- Gündəm (10)
Qabaqkı yazılar
- Hamid Əhmədi. MƏCNUN
- İmamverdi Həmidov. İKİ DAHİ HAQQINDA BİR KİTAB
- Həmid Asəfi. ŞEİRLƏR
- Henrix Böll. YAZMAQ RİSKİ
- İYULUN ƏN NİSGİLLİ GÜNÜ
- Hadi Qaraçay. ŞEİRLƏR
- Nigar Xiyavi. ÖZÜMÜZ VARIQ DAAA…
- Nadir İlahi. ŞEİRLƏR
- Əli Abbasi. ÖLÜM YUXUSU
- Həmidə Rəiszadə Səhər. ŞEİRLƏR
- V.Hösle. MARTİN HAYDEGGERİN TEXNİKA FƏLSƏFƏSİ
- "CAHAN" – ƏRƏB ƏLİFBASI İLƏ
- "İSTƏNİLƏN İSTİQAMƏTDƏ BİRTƏRƏFLİLİK ZİYANLIDIR"
- CAN SÖZDÜR, YAXUD SÖZÜN CANI
- Hümmət Şahbazi. KÜSKÜN HƏYAT
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (3)
- Fridrix Dürrenmatt. ŞAHMAT OYUNU
- Mahnı Zənganlı. ŞEİRLƏR
- Laura Cəbrayıllı. AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞINA DƏYƏRLİ TÖHFƏ
- OVUCDA DƏYİRMAN DAŞI
- Əkbər Azad. FRANSA ŞAİRİNİN… TÜRKCƏ ŞEİRLƏRİ
- Şəms Təbrizi. QISA KƏLAMLAR
- Ziba Kərbasi. SƏNİM ƏRK
- İlham Qəhrəman. TƏBRİZƏ GEDƏ BİLMƏDİM
- "MƏSNƏVİ"DƏN BİR HEKAYƏT
- Cavidan. DANKOLARIN PARADI
- Xosrov Naqid. YURGEN HABERMAS ZİYALILAR HAQQINDA
- HAFİZ: SEHRKAR ŞAİR
- TƏBRİZDƏ ƏLİ KƏRİMİN KİTABI NƏŞR OLUNUB
- SONUNCU MOGİKAN
- Məhəmməd Hüseyn Şəhriyar. CAN, RÜSTƏM!
- Spujməy Zəryab. ADAMLAR VƏ EVLƏR
- Robert B.Rey. POSTMODERNİZM NƏDİR?
- ŞƏMS TƏBRİZİNİN QƏBRİ HARADADIR?
- GÜNAHIN ANATOMİYASI
- Balayar Sadiq. RUHLARIN QİYAMI
- Boris Qubman. TARİXƏ QARŞI QİYAM
- ÇAĞDAŞ FƏLƏSTİN POEZİYASI: FƏDVA TOQAN
- SAİB TƏBRİZİDƏN BEŞ QƏZƏL
- Nadir Nadirpur. QUM
- Mübariz Cəfərli. GÖZLƏYƏN
- Əkbər Bozorgəmin (Aşıq Cünun). ŞEİRLƏR
- MƏSULİYYƏT VƏ MƏHƏBBƏT
- Frans Kafka. İMPERATORUN SİFARİŞİ
- ŞƏHRİYAR VƏ ZƏMANƏMİZ
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (2)
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (1)
- "ŞEYTAN AYƏLƏRİ" SƏHNƏDƏ
- YAŞAR KAMALIN GÜNTER QRASA MƏKTUBU
- Miyan Məhəmməd Şərif. MƏHƏMMƏD İQBALIN FƏLSƏFƏSİNDƏ ALLAH ANLAYIŞI
Açar sözlər
View blog authority


