Hey şair!
Həyat fikrindəmisən?!
Həyatın buz bağlayan
və küskün çağında.
İnancımın qaşqabaqlı heybətindən
heç bilmirəm
“haradan asım
cırıq-cırıq paltarımı”
Kimdi
çürümüş günəş qalasına hakim?
Pismırıtlı buludlar,
qanadsız quşlarmı?
Qorxaq
və axsaq yaşamışam
insan adında mən
Göyün qamçısı altında
və ölumumdə mutluluq tapmışam .
Gecə gündüz
bölməyəcək özlərini ;
Gecə gecədir,
gündüz də elə gündüz.
Buludlar
ən güclü heykəl
göyün şaqqıltısı tək.
Meşələr
gücsüz
və çılpaq ağaclar tək.
Gah günəş boylanır
gahdan da gecə;
və biz
közərən həsrət də olsaq
yer üzündə gəzirik əlacsız
və qəbirsiz
solğun çiçək tək.
Bu dustağın qıfılları cücərəcək
cücərəcək
cücərəcəkmi?
Qıfıllarının deşiyi
tutulacaq
tutulacaq
tutulacaqmı?
Yabancılıq qəzəbilə yaşayaqmı?
Uçuş zirvəsində
oxuyan bir quş yox.
hörmətli məsi ağa bəy
İyun 28, 2008 0:27güney şeirinə verdiyiniz dəyərə görə sizə dərin təşəkkürümü bildirirəm . artıq sizin verdiyiniz bu dəyərlə güney şeiri təki şəhriyarda dayanmır. bunu biz sizin güneydən yaydığınız başqa şailərdən də görürük.