Reklam verin!

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

Bloq haqqında

 

Mesiha

  • Məsiağa Məhəmmədinin bloqu

Sayğac

    • İndi bloqda: 15
    • Keçən ayın hiti: 9167
    • Dünənki hit: 307
    • Bugünkü hit: 128
    • Ümumi hit: 62915
    • Free Page Rank Tool

Müxtəlif

  • baxış
    98

    Mahnı Zənganlı. ŞEİRLƏR

    Yazar: Mesiha Tarix: İyun 20, 2008 5:39

    And içmişdim bu sevgini
    təkcə ürəyimdə yaşadam.
    Yaşadırdım,
    illər idi yaşadırdım...
    Nə biləydim,
    nə biləydim, tərsə olub –
    sevgi məni yaşadırdı !!!

    mahni_zenganli  

    SƏNSİZLİYƏ

    Məni sənsizliyə adaxladılar,
    Bilməyirdilər mənliyimi sənlə tapmışdım.
    Hə, sevgilim,
    duyğular dərbəndində
    avarə yolçular kimi
    izini izləyirəm.
    Qara duvağa bürünərkən,
    Yoluna boylanıram.
    Yabançı gözlər...
    tumurcuqlu baxışla…
    gizlincə gülürlər…
    Uzaqlaşıbsan,
    məndən!!!
    Adaxlı barmaqlığımı
    çıxartmaq istəyirəm sənsiz.

    TƏLƏSİK YAŞAYIŞ...

    İnsanların payı ancaq bu dünyadan
    Tələsik bir yaşayışdır,
    Eləcə də
    Bir dadımlıq sevilməkdir.
    İntizarın arxasında
    İlan kimi qıvrılarkən,
    şənlik susur,
    sazlarımız ağı qusur.
    Yaşayışdan pay umarkən ,
    sevilməkdən dad ummuşuq.
    Təkliklərin sahilində
    ömrümüzün gəmisini
    fırtınalar qucaqında
    qorumuşuq.
    Bu tələsik yaşayışdan pay ummuşuq,
    sevilməkdən dad ummuşuq.


    Şərhlər(2) Başqa müəlliflərdən

     

  1. elyad musəvi

    1
     

    salam
    qaldırım ayaqlarının altında yeni bir bloq achmişam və sizin sevimli ayaq izlərinizi habelə dəyərli sərhlərinizi gözləyirəm.
    buyurun lütfən

    hrmətlə
    elyad musəvi

  1. Şəbnəm

    2
     

    Mənalı şerlərdir.."Tələsik yaşayış" şeri çox xoşuma gəldi.. Sizə və şairə xanıma uğurlar ola.. smile

Şərh yazın

    • shocked
    • smile
    • evil
    • grin
    • question
    • lol
    • rolleyes
    • mad
    • wink
    • razz
    • confused
    • redface
    • cool
    • suprised
    • cry
    • sad

    captcha

Qabaqkı yazılar

 

Açar sözlər

 

Tema dəstəyi

 

My BlogCatalog BlogRank

Poetry Blogs - Blog Catalog Blog Directory

View blog authority

Add to Technorati Favorites

AddThis Feed Button