۞ C A H A N ۞
MƏNDƏ SIĞAR İKİ CAHAN...
-
baxış106
Laura Cəbrayıllı. AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞINA DƏYƏRLİ TÖHFƏ
Yazar: Mesiha Tarix: İyun 14, 2008 9:39Qəribədir, biz dünyanın məşhur şərqşünaslarını lap yaxşı tanıyırıq. Söz düşən kimi, onların axtarışlarından, tədqiqatlarından, tərcümələrindən həvəslə danışırıq, amma növbə özümüzə çatanda duruxuruq. Görən, biz niyə şərqşünasları həmişə kənarda, uzaqda axtarırıq? Doğrudanmı, Şərqdə oturub dünyaya gündoğandan danışmaq olmur? Yox, əgər belələri varsa, niyə onların səsi çox uzağa gedib çıxmır? Bəlkə də bu sualları bizim çağdaş alimlər bir-birinə vermirlər, amma oxucular məhz belə soruşurlar…
Cavab tələb edən oxuculara kimdən deyək – filologiya elmləri namizədi Məsiağa Məhəmmədidən. O, bu dəfə son illərdə yazdığı elmi məqalələrini və tərcümələrini işıq üzünə çıxarıb. Kitabda müəllif Şərq və Azərbaycan ədəbiyyatının az öyrənilmiş sahələrinə nəzər salıb. O, tarixin qaranlıq, tozlu səhifələrinin arasından tapdığı bir sıra dəyərli faktları, yeni materialları geniş auditoriyaya anlaşıqlı dildə təqdim edir.
Bax, bu dil məsələsi bizim tarixşünaslığın, şərqşünaslığın ən yaralı yeridir. Alimlərimiz minbir əziyyətlə tapa bildiklərini elə qəliz şəkildə dilə gətirirlər ki, onları asanlıqla başa düşmək olmur. Məsiağa Məhəmmədi isə savadlı, dünyagörüşlü, məlumatlı və həm də ana dilli araşdırıcıdır. O, "Tədqiqlər və tərcümələr" adıyla Azərbaycan ədəbiyyatının ən qarışıq dövründən, İmam Qəzzali, Xacu Kirmani, Kəlim Kaşanidən danışır. Baba Kuhi Bakuvi, Şəms Təbrizi, Şeyx Məhəmməd Xiyabani ilə çağdaş oxucunun rahat dərdləşməsinə imkan, şərait yaradır.
Müəllif çox vaxt fərqli şəkildə yozulan farsdilli ədəbiyyata qayıdır, amma türk yazarlarını nəyin bahasına olursa-olsun, sudan quru çıxarmağa çalışmır. Həqiqəti axtarır və gəldiyi nəticələri hisslə yox, məntiqlə yazır. Çünki hisslə-pafosla özünü aldada bilərsən, amma başqalarını yox. Bizim isə əslində nə özümüzün, nə də başqalarının gözündə böyüməyə ehtiyacımız var. Biz özümüzü elə olduğumuz kimi görsək, tapsaq, tanısaq – bəsimizdir.
Bəs keçmişdə bizim nəyimiz görünür? "Nizami və Qəzzali", Əbu Səid Əbülxeyrin "Qırx məqam" risaləsi, "Tərzi Əfşar və onun "tərzi", "Yusif Qarabaği və onun "Yeddi bağ" əsəri", "Qəribə xəyallı şair" – Saib Təbrizi… Hamını düşündürən suallara bu məqalələrdə aydın cavab tapılır. Üstəgəl, tərcümələr –Baba Kuhi Bakuvi "Həllacın həyatı və ölümü", Şəms Təbrizi "On hekayət", Şeyx Məhəmməd Xiyabani "Yüz kəlam"…
Elədir, hamısı qiymətlidir, maraqlıdır. Müəllif bizim əvəzimizə işlərin hamısını görüb. Bircə qalır kitabı tapmaq və tənbəlliyin daşını atmaq. Çətin deyil ki?!"Vətəndaş Həmrəyliyi" qəzeti, № 66 (281), 2004-cü il
Şərhlər(6)
Haqqımda yazılanlar
-
CavidAn İyun 15, 2008 14:25
-
Məsiağa Məhəmmədi İyun 15, 2008 15:41
2Salamlar, Cavidan xanım. Sizi yenidən burada görməkdən məmnunam. Laura xanım doğrudan, çox istedadlı bir jurnalist və yazardır. Vaxtilə mənim kitabım haqqında çap etdirdiyi bu kiçik yazı da mənim üçün xoş bir sürpriz olmuşdu. Bu günlərdə yazının verildiyi qəzet təsadüfən əlimə düşdü. Gördüyünüz kimi, bu cür insanların yanaşması bəzən mütəxəssislərin rəyindən maraqlı və özünəməxsus olur.
Laura xanımın Muğanna ilə müsahibəsini də oxumuşam. Bilirsiz ki, Muğanna ilə danışmaq və onu danışdıra bilmək hər jurnalistin işi deyil. Bu da Laura xanımın geniş erudisiyasına dəlalət edir. Düz deyirsiz ki, belə yazarların geniş tanıdılması vacibdir. Bu mənada Zahir bəyin Kultazda vaxtaşırı Laura xanımın yazılarına yer ayırmasını alqışlayıram. Sizə də şərhinizə görə təşəkkür edirəm.
Bloqunuzdakı sükutun tezliklə pozulmasını və yeni yazılarınızı gözləyirəm. Yəqin ki, bu təkcə mənim yox, bütün daimi oxucularınızın arzusudur.
Dərin hörmətlə,
Məsiağa Məhəmmədi
-
Mehdi Salimi İyun 16, 2008 11:10
3Cənab Məhəmmədi
sizin veblogunuzo bağlantilarima əlavə
etdim
-
Məsiağa Məhəmmədi İyun 17, 2008 0:53
4Təşəkkür edirəm, Mehdi bəy! Əlləriniz ağrımasın! Bir daha uğurlar arzulayıram sizə!
-
həmid İyun 17, 2008 16:16
5salam
məsiaga cənablari
sizi icazənizlə baglntilarima artdim mənə baş Çəkərsinizsə sevinərəm
-
Məsiağa Məhəmmədi İyun 18, 2008 5:20
6Təşəkkürlər, Həmid bəy!
Sizin vebloqa baş çəkdim və çox məmnun qaldım. Mən də sizi bağlantılarıma əlavə etdim.
Uğurlar sizə!
Bölmələr
- Tədqiqlər (17)
- Tərcümələr (51)
- Kitablar (5)
- Şəxsiyyətlər (11)
- Müsahibələr (5)
- Başqa müəlliflərdən (25)
- Gündəm (10)
Qabaqkı yazılar
- Hamid Əhmədi. MƏCNUN
- İmamverdi Həmidov. İKİ DAHİ HAQQINDA BİR KİTAB
- Həmid Asəfi. ŞEİRLƏR
- Henrix Böll. YAZMAQ RİSKİ
- İYULUN ƏN NİSGİLLİ GÜNÜ
- Hadi Qaraçay. ŞEİRLƏR
- Nigar Xiyavi. ÖZÜMÜZ VARIQ DAAA…
- Nadir İlahi. ŞEİRLƏR
- Əli Abbasi. ÖLÜM YUXUSU
- Həmidə Rəiszadə Səhər. ŞEİRLƏR
- V.Hösle. MARTİN HAYDEGGERİN TEXNİKA FƏLSƏFƏSİ
- "CAHAN" – ƏRƏB ƏLİFBASI İLƏ
- "İSTƏNİLƏN İSTİQAMƏTDƏ BİRTƏRƏFLİLİK ZİYANLIDIR"
- CAN SÖZDÜR, YAXUD SÖZÜN CANI
- Hümmət Şahbazi. KÜSKÜN HƏYAT
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (3)
- Fridrix Dürrenmatt. ŞAHMAT OYUNU
- Mahnı Zənganlı. ŞEİRLƏR
- Laura Cəbrayıllı. AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞINA DƏYƏRLİ TÖHFƏ
- OVUCDA DƏYİRMAN DAŞI
- Əkbər Azad. FRANSA ŞAİRİNİN… TÜRKCƏ ŞEİRLƏRİ
- Şəms Təbrizi. QISA KƏLAMLAR
- Ziba Kərbasi. SƏNİM ƏRK
- İlham Qəhrəman. TƏBRİZƏ GEDƏ BİLMƏDİM
- "MƏSNƏVİ"DƏN BİR HEKAYƏT
- Cavidan. DANKOLARIN PARADI
- Xosrov Naqid. YURGEN HABERMAS ZİYALILAR HAQQINDA
- HAFİZ: SEHRKAR ŞAİR
- TƏBRİZDƏ ƏLİ KƏRİMİN KİTABI NƏŞR OLUNUB
- SONUNCU MOGİKAN
- Məhəmməd Hüseyn Şəhriyar. CAN, RÜSTƏM!
- Spujməy Zəryab. ADAMLAR VƏ EVLƏR
- Robert B.Rey. POSTMODERNİZM NƏDİR?
- ŞƏMS TƏBRİZİNİN QƏBRİ HARADADIR?
- GÜNAHIN ANATOMİYASI
- Balayar Sadiq. RUHLARIN QİYAMI
- Boris Qubman. TARİXƏ QARŞI QİYAM
- ÇAĞDAŞ FƏLƏSTİN POEZİYASI: FƏDVA TOQAN
- SAİB TƏBRİZİDƏN BEŞ QƏZƏL
- Nadir Nadirpur. QUM
- Mübariz Cəfərli. GÖZLƏYƏN
- Əkbər Bozorgəmin (Aşıq Cünun). ŞEİRLƏR
- MƏSULİYYƏT VƏ MƏHƏBBƏT
- Frans Kafka. İMPERATORUN SİFARİŞİ
- ŞƏHRİYAR VƏ ZƏMANƏMİZ
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (2)
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (1)
- "ŞEYTAN AYƏLƏRİ" SƏHNƏDƏ
- YAŞAR KAMALIN GÜNTER QRASA MƏKTUBU
- Miyan Məhəmməd Şərif. MƏHƏMMƏD İQBALIN FƏLSƏFƏSİNDƏ ALLAH ANLAYIŞI
Açar sözlər
View blog authority



Salam, Məsiağa bəy...
Bu dəyərli insanların tanıtımı üçün bloqunuzda yer ayırmağınız nəyə desəniz dəyər...
bu günlərdə kultaz.com saytında Laura xanımın Muğanna ilə müsahibəsini oxumuşdum.
Burda bir daha haqqında məlumat görməyim də xoş oldu.
p.s. Öz bloqumda olan sakitlik də çəkilər inşallah...Sadəcə vaxt azlığına görədir bu sükut...
Yazıya görə bir daha təşəkkür...