۞ C A H A N ۞
MƏNDƏ SIĞAR İKİ CAHAN...
-
baxış102
Ziba Kərbasi. SƏNİM ƏRK
Yazar: Mesiha Tarix: May 28, 2008 12:17Necə tərpəşim tərpəşməsin su sudan
Qış, qar yağışdan
Mis məcməyilərdə gəzən tutların ağı qarasından
Deyimi necə deyim dəyməsin neynimə
Neynimi necə neynədim qoşulmasın eləyimə.
Dəlim sənnən... sənim mənnən... mənim, mənim Ərk... sənim Ərk
O boyda Allahın arxayın çiyinlərindən qərib,
Ayaqyalın qaçmış bu şerin qafasına.
Qalanbaqalan Ərk boyunu, boynumun ucasından soruş,
Sevgimi partdatmalardan çartlayıb yıxılmayan, qalan qalamdan.
Gücümü, bünövrəmi millətimin qeyrətli qalışlarından...
Qan arxa dayansa da, yıxılmaram.
Ağ dəsmalını dolandır,
Şeytan toru dincələn guşələrin tozun al.
Dərdin alım, əldən-ələ biz... zamanıdı.
Köhnə taxta şkafları aç,
Dolabları dindir,
Bəzə-düzə taxçaları,
Sərçə saatı qur, qoy quqquldasın,
Vaxt vermə.
Sarı salfetləri sal miz üstə,
Sandıqxanada butaxlı boxçaları səliqələ,
Bənövşəli çini bulud-boşqabları çıxart gəncədən* ,
Sazının nazın al, belin incələ,
Üzərlikləri sal tovlama torlara,
Çayxanadakı yekəpər samavarı doldur, qaynasın.
Qonaq gəlir deyirlər, bala Zəri xanım,
Əldən-ələ biz... zamanıdı.
Qan gözlərimi tutub
Ətəklər, örtüklər altında
Qanlı dəmirlər oynur.
Dəlim sənnən... sənim mənnən... mənim, mənim Ərk... sənim Ərk
Yıxıla əgər
Oooy, boy demirəm
Qonaq bacı,
Elə gələn danqaları tut, yavaş süzül get!
Bura Ərk, Ərk, Ərk meydanıdı,
Bu lüt "hu" çəkən Təbrizdi!
Qaynaq(ərəb əlifbası ilə): http://bayqush.ca/1971/05/blog-post_23.html
Şeiri müəllifin bənzərsiz ifasında dinləmək üçün BURADAN yükləyin._____
* divar şkafı, bufet
Şərhlər(0)
Başqa müəlliflərdən
Bölmələr
- Tədqiqlər (17)
- Tərcümələr (51)
- Kitablar (5)
- Şəxsiyyətlər (11)
- Müsahibələr (5)
- Başqa müəlliflərdən (25)
- Gündəm (10)
Qabaqkı yazılar
- Hamid Əhmədi. MƏCNUN
- İmamverdi Həmidov. İKİ DAHİ HAQQINDA BİR KİTAB
- Həmid Asəfi. ŞEİRLƏR
- Henrix Böll. YAZMAQ RİSKİ
- İYULUN ƏN NİSGİLLİ GÜNÜ
- Hadi Qaraçay. ŞEİRLƏR
- Nigar Xiyavi. ÖZÜMÜZ VARIQ DAAA…
- Nadir İlahi. ŞEİRLƏR
- Əli Abbasi. ÖLÜM YUXUSU
- Həmidə Rəiszadə Səhər. ŞEİRLƏR
- V.Hösle. MARTİN HAYDEGGERİN TEXNİKA FƏLSƏFƏSİ
- "CAHAN" – ƏRƏB ƏLİFBASI İLƏ
- "İSTƏNİLƏN İSTİQAMƏTDƏ BİRTƏRƏFLİLİK ZİYANLIDIR"
- CAN SÖZDÜR, YAXUD SÖZÜN CANI
- Hümmət Şahbazi. KÜSKÜN HƏYAT
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (3)
- Fridrix Dürrenmatt. ŞAHMAT OYUNU
- Mahnı Zənganlı. ŞEİRLƏR
- Laura Cəbrayıllı. AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞINA DƏYƏRLİ TÖHFƏ
- OVUCDA DƏYİRMAN DAŞI
- Əkbər Azad. FRANSA ŞAİRİNİN… TÜRKCƏ ŞEİRLƏRİ
- Şəms Təbrizi. QISA KƏLAMLAR
- Ziba Kərbasi. SƏNİM ƏRK
- İlham Qəhrəman. TƏBRİZƏ GEDƏ BİLMƏDİM
- "MƏSNƏVİ"DƏN BİR HEKAYƏT
- Cavidan. DANKOLARIN PARADI
- Xosrov Naqid. YURGEN HABERMAS ZİYALILAR HAQQINDA
- HAFİZ: SEHRKAR ŞAİR
- TƏBRİZDƏ ƏLİ KƏRİMİN KİTABI NƏŞR OLUNUB
- SONUNCU MOGİKAN
- Məhəmməd Hüseyn Şəhriyar. CAN, RÜSTƏM!
- Spujməy Zəryab. ADAMLAR VƏ EVLƏR
- Robert B.Rey. POSTMODERNİZM NƏDİR?
- ŞƏMS TƏBRİZİNİN QƏBRİ HARADADIR?
- GÜNAHIN ANATOMİYASI
- Balayar Sadiq. RUHLARIN QİYAMI
- Boris Qubman. TARİXƏ QARŞI QİYAM
- ÇAĞDAŞ FƏLƏSTİN POEZİYASI: FƏDVA TOQAN
- SAİB TƏBRİZİDƏN BEŞ QƏZƏL
- Nadir Nadirpur. QUM
- Mübariz Cəfərli. GÖZLƏYƏN
- Əkbər Bozorgəmin (Aşıq Cünun). ŞEİRLƏR
- MƏSULİYYƏT VƏ MƏHƏBBƏT
- Frans Kafka. İMPERATORUN SİFARİŞİ
- ŞƏHRİYAR VƏ ZƏMANƏMİZ
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (2)
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (1)
- "ŞEYTAN AYƏLƏRİ" SƏHNƏDƏ
- YAŞAR KAMALIN GÜNTER QRASA MƏKTUBU
- Miyan Məhəmməd Şərif. MƏHƏMMƏD İQBALIN FƏLSƏFƏSİNDƏ ALLAH ANLAYIŞI
Açar sözlər
View blog authority


