Ay yarım Tehranda qaldım,
Təbrizə gedə bilmədim.
Uzaqdan havasın aldım,
Təbrizə gedə bilmədim.
O yandan bir durna gəldi,
Qübarım tarıma gəldi.
Bakıdan arıma gəldi,
Təbrizə gedə bilmədim.
Sözüm sarılıq gətirdi,
Dözüm sarılıq gətirdi,
Gözüm sarılıq gətirdi,
Təbrizə gedə bilmədim.
Kim yol alar, kim yoluxar,
Həsrətin çəkən doluxar.
Mənim gözümlə kim baxar
Təbrizə gedə bilmədim.
Mən istəyimə türməyəm,
Könülsüz könül çirməyəm.
Ya qismət – görəm, görməyəm,
Təbrizə gedə bilmədim.
28.03.08
slmlar. Məsiağa cənablari!
May 26, 2008 20:25vebloquma baxanların içində sizin sitənizin adresini gördüm, gəldim Təbrizin adini gördüm sevindim, dedim bir söz yazmamış getsəm gecə yuxum gəlməz. mənim adım hamid əhmədi dir. Təbrizdə anadan olmuşam, hərdən bir hekayedə yazaram, bəlkə mənim yazılarımı Alatoran dərgisində görmüsüz. artıq baş ağrısı vermırəm, var olun. yaşasın qardaşlıq