Reklam verin!

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

Bloq haqqında

 

Mesiha

  • Məsiağa Məhəmmədinin bloqu

Sayğac

    • İndi bloqda: 23
    • Keçən ayın hiti: 9167
    • Dünənki hit: 314
    • Bugünkü hit: 138
    • Ümumi hit: 63239
    • Free Page Rank Tool

Müxtəlif

  • baxış
    110

    "MƏSNƏVİ"DƏN BİR HEKAYƏT

    Yazar: Mesiha Tarix: May 23, 2008 7:28


    ƏZRAİLİN BİR KİŞİYƏ [QƏZƏBLƏ] BAXMASI
    VƏ ONUN SÜLEYMANIN SARAYINA QAÇMASI


    (filoloji tərcümə)

    Günorta çağı təmiz qəlbli bir kişi
    Qaçıb Süleymanın ədalətli sarayına gəldi.

    Üzü qəmdən saralmış, dodaqları göyərmişdi.
    Süleyman ona dedi: «Ay ağa, nə olub?»

    [Kişi] söylədi: "Əzrail mənə
    Elə qəzəb və kinlə baxdı ki!»

    [Süleyman] dedi: «Yaxşı, indi nə istəyirsən? De!»
    [Kişi] söylədi: «Ey canların pənahı,

    Küləyə əmr et ki, məni buradan Hindistana aparsın,
    Bəlkə orada bəndənizin canı xilas ola!».

    mevlana4 

    Beləcə insanlar yoxsulluqdan qaçarlar,
    Buna görə də tamah və istəyə yem olarlar.

    Yoxsulluq qorxusunu o [kişinin] qorxusu kimi bil,
    Tamah və çalışmağı da Hindistan say!

    [Süleyman] küləyə əmr etdi, o da dərhal
    [Kişini] Hindistanda bir adaya apardı.

    Ertəsi gün divan qurulan vaxt
    Süleyman Əzrailə dedi:

    «O müsəlmana niyə elə qəzəblə baxdın ki,
    Ev-eşiyindən didərgin düşdü?!»

    [Əzrail] dedi: «Mən ona haçan qəzəblə baxdım?!
    Mən ona yol qırağında təəccüblə baxmışam.

    Çünki Tanrı mənə buyurmuşdu ki, bax, bu gün
    Onun canını Hindistanda alarsan.

    Mən də təəccüblə [öz-özümə] dedim ki, onun yüz qanadı olsa da,
    [Bir günə] Hindistana getməsi mümkünsüzdür».

    Sən dünyanın bütün işlərini bununla
    Müqayisə elə, gözlərini aç, [yaxşı] bax!

    Biz kimdən qaçırıq? Özümüzdənmi? Nə müşkül bir iş!
    Biz kimdən oğurlayırıq? Haqdanmı? Nə böyük günah!

    Çevirəni: Məsiağa Məhəmmədi

    Şərhlər(2) Tərcümələr

     

  1. şahbazi

    1
     

    http://www.siirakademisi.com/forum2/forum_posts.asp?TID=5654&PID=80767#80767
    dəyərli məsiağa bəy yazinizi yaydim icazənizlə

  1. Məsiağa Məhəmmədi

    2
     

    Çox təşəkkür edirəm, Hümmət bəy!

Şərh yazın

    • shocked
    • smile
    • evil
    • grin
    • question
    • lol
    • rolleyes
    • mad
    • wink
    • razz
    • confused
    • redface
    • cool
    • suprised
    • cry
    • sad

    captcha

Qabaqkı yazılar

 

Açar sözlər

 

Tema dəstəyi

 

My BlogCatalog BlogRank

Poetry Blogs - Blog Catalog Blog Directory

View blog authority

Add to Technorati Favorites

AddThis Feed Button