Reklam verin!
     
 

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

Cavidan. DANKOLARIN PARADI

Hə, dostum, bir az da Dankodan danışaq...
Dankonu xatırlayırsanmı?
O, Maksim Qorkinin "İzergil qarının nağılları"ndakı qəhrəmanlardan biridir.
Müsibətə düçar olmuş bir dəstə insanı zülmətdən çıxarmaq üçün öz ürəyini məşəl edərək onlara yol açan, onları işıqlı məkana çıxaran Danko...
Zülmətdə olarkən yalvarıb da ardıyca getdikləri Dankonu işıqlı məkana çıxan kimi unudan kütlə o qədər sevincək olur ki, hətta onun ürəyini də tapdalayıb söndürdüyünün fərqinə varmır...

danko

***
Əgər cəhaləti kənardan görə bilirsənsə, sevin!
Bu, o deməkdir ki, sən onun içində deyilsən...
Amma bunu cəhalət səndən daha tez duyur...
Bütün kişiləri özününkü etməyə and içmiş inadkar fahişə kimi səni də öz girdabına çəkir, sənə min cür sifət göstərir, səni min bir yolla aldadır...
***
Sən bədbəxtsən.
Çünki hamı kimi ola bilmirsən.
Sən xoşbəxtsən.
Çünki hamı sənin kimi ola bilmir.
Sən qınından çıxmış tısbağasan, qurbağasan, itsən, qurdsan, hər nəsən...onlardan biri deyilsən amma...
Odur ki, sevə bilməzlər səni...
Sən sevmək üçün yaşamağa məhkum...
Onlar yaşamaq üçün sevməyə məcbur...
Sən onların çobanı olmaqçın yaranmadın.
Qurbanlıq quzuları da olmaq istəmədin.
Sən onlara zülmətdə gərəksən.
Ürəyinin odunda yol gedə bilsinlər deyə.
Amma işıqlığa çıxan kimi ürəyini tapdalayacaqlar, unutma...
***
Mənim Prometeyim, Nəsimim, Kefli İskəndərim...Dankom...
Sənin başın zülmətdəki qövmə qarışıb...
Ürəyini onların uğrunda məşəl edib gedirsən...
Bir addım aralıda yanınca getməyimi görmürsən...
İşıqlı məkana çıxacağımız anı gözləyirəm.
Bax o an...
Sənin ürəyini tapdalayacaqları an öz ürəyimi qoparıb da sənə verə bilsəydim...
***
Deyirlər, İsa Məsih çarmıxda olarkən Tanrıya belə dua edirmiş:
- Ata, onları bağışla, çünki onlar neylədiklərini bilmirlər... 

isa_mesih 

 


Mesiha     May 21, 2008 6:00
Şərhlər(3)    87 oxunma
Başqa müəlliflərdən    
1
sima yazıb:

kütlə heç vaxt xarizmatik şəxsiyyətləri başa düşməyib. Ona görə nurlu adamlar zülmətlərdə məhv edilib. Ancaq düşünürəm ki, faciə yaşayacağını bisən də, öz əqidəndən dönməyərək kütlələri zülmətdən xilas etməyə cəhd göstərməyin özü bir qəhrəmanlıqdır. Danko başqa cür edə bilməzdi, çünki nur onun içindəydi. Eləcə də İsa Məsih. O, elə əvvəldən taleyini bilirdi, amma yenə də həmin yolu getdi.

May 27, 2008 16:38
2

Təəssüf ki, bu gün də belədir, Sima xanım, yəqin həmişə də belə olacaq. Özü də bunu təkcə siz deyən böyük şəxsiyyətlərin timsalında deyil, adi gündəlik həyatımızda da görürük. Alçaldılan, küncə sıxışdırılan birisi ilk növbədə onu bu şəraitdən qurtaran, ləyaqətini ona qaytaran şəxsə qarşı "qiyam edir", nifrət bəsləyir, onu tapdalamaq üçün yollar axtarır. Bəlkə bu da bir qanunauyğunluqdur. Hər halda Cavidan xanımın yazısı bu həqiqəti açıqladığı üçün mən onu bloqumda yerləşdirdim.
Münasibət bildirdiyiniz üçün təşəkkürlər, Sima xanım.

May 27, 2008 18:38
3
Ruzigarim yazıb:

Nece de maraqlidir. Heqiqeten eledir. Onlar seni ozlerine benzetmeseler el cekmezler sad

İyun 23, 2008 1:16

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Mesiha
Məsiağa Məhəmmədinin bloqu
  • İndi blogda: 45
  • Keçən ayın hiti: 9404
  • Dünənki hit: 223
  • Bugünki hit: 149
  • Ümumi hit: 49075
Check PageRank


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com