Təbrizdəki "Əxtər" nəşriyyatında görkəmli Azərbaycan şairi Əli Kərimin "Qaytar ana borcunu" adlı şeirlər kitabı işıq üzü görüb. Şeirləri latın qrafikasından ərəb əlifbasına Güneyli yazar Şəhram Qolkar çevirib. Kitabın üz qabığı isə muğanlı gənc rəssam Rəhim Kuhi tərəfindən işlənib.
Qeyd edək ki, bundan əvvəl Şəhram Qolkar mərhum şairimiz Nüsrət Kəsəmənlinin "Hamısı sevgidəndir" adlı kitabını da ərəb əlifbasına keçirərək özünün ön sözü ilə adı çəkilən nəşriyyatda çap etdirib. Güneydə böyük maraqla qarşılanan bu kitabın artıq üçüncü nəşri işıq üzü görüb.
Yəqin ki, İranda Azərbaycan məktəbləri osaydı və orda ana dili keçilsəydi (əlbəttə ki, latın qrafikasında) onda kitabları bu cür ərəb qrafikasına çevirib nəşr etməyə də ehtiyac olmazdı. Bu əlifbalar fərqliliyi bizim aramızda olan sərhədlərdən biridir, onu aradan götürmək lazımdır ki, biz bir-birimizə yazıb oxuya bilək. Görəsən bunun üçün nə lazımdır?
May 15, 2008 19:47