Reklam verin!
     
 

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

Balayar Sadiq. RUHLARIN QİYAMI

Ah, azadlıq, azadlıq – kiminə çörək ağacısan, kiminə baş daşı...

Azadlıq!
Səni çox istəyirdik,
az aldıq.
Səni sevə-sevə
azaldıq.
Eh, azadlıq, azadlıq...
Dəli kimi sevdik səni,
Sevgimizdən asıldıq.

azadliq  

Sənə uzalı əllərimizi
zəmi kimi biçə-biçə,
meydanlara, küçələrə tökülən
qanımız üstdən keçə-keçə,
adına
meydan verdilər,
küçə verdilər –
Azadlıq!..

Bir gün
məmləkətin başı üstə
şəhid ruhların
qiyamı başlanacaq.
Göy üzündən
ahlar,
günahlar
daş-daş yağacaq.
Yağacaq
"Azadlıq" adı verilmiş
meydanlara,
küçələrə;
Üstünə qərənfil çilənmiş
qara paltarlı
şəhid gecələrə.

Ah, azadlıq, azadlıq –
kiminə çörək ağacısan,
kiminə baş daşı.
Üzünü görmədiyim
nakam qardaşım.
Azadlıq!
Azadlıq!

Mesiha     Aprel 16, 2008 6:55
Şərhlər(2)    87 oxunma
Başqa müəlliflərdən    
1
CavidAn yazıb:

Əgər, əgər, əgər yaddaşım məni aldatmırsa, Balayar Sadiqin bir "Bu dünyanın kişiləri yatıb " şeirinə "Deyəsən elə bu dünyanın sahibi də yatıb" kimi bir cavab şeiri yazmışdım və hər ikisi yerli mətbuatda çıxmışdı...-))
Hər şey başqa bir zamanda, başqa bir məkanda, başqa bir lisanda olmuşdu...-))
Balayar Sadiqin illərdir SÖZünü görmürdüm...Yenə də Sizə təşəkkürlər, Məsiağa bəy...

Aprel 18, 2008 10:09
2
ali abbasi yazıb:

hormetli mehemedi bey
sizin toxundughunuz movzulardan ereb alfabetine tanish oldughuniz belli olur. keshke menim kimi latin alfabetinin oxunushunda cetinlik cekenlere yazilarinizi arab alfabetilede neshr edesiniz. zumrude de bash vurun.
derin hormetle
ali abbasi- tabriz

Aprel 18, 2008 16:09

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Mesiha
Məsiağa Məhəmmədinin bloqu
  • İndi blogda: 52
  • Keçən ayın hiti: 8695
  • Dünənki hit: 569
  • Bugünki hit: 56
  • Ümumi hit: 36153
Check PageRank


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com