Reklam verin!
     
 

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

Əkbər Bozorgəmin (Aşıq Cünun). ŞEİRLƏR

AY VARDIR HƏLƏ

Min ulduz tökülsə göylərdən yerə,
Tökülsün gecələr, Ay vardır hələ!
Min gül qurusa da, qoyun qurusun,
Bahar vardır hələ, yay vardır hələ!

Min bülbül öldürsə qara bayquşlar,
Öldürsün! Uçuşun həvəsi yaşar!
Tıxılsın gözünə, ağzına daşlar,
Min çeşmə qurusun, çay vardır hələ!

Yollar qoy pozulsun, qoy çənə düşsün,
Güllər biçilirsə, xirmənə düşsün,
Qoy hələ ki, zəfər düşmənə düşsün,
Cünun, Çənlibeldə hay vardır hələ!

cunun  

 

ELİMİZ YENƏ

Bu pozğun əhvalda, solğun zamanda,
Bizə qiymət verən elimiz yenə!
Bir belə yad nəğmə, yad söz içində
Bizi yaşadacaq dilimiz yenə!

Dövr edir tərsinə çərxi zamanın,
İşi qabaq olub əyri-yamanın,
Durubdur qarşında, yadın-yabanın
Əyilməz dizimiz, belimiz yenə!

Qorqud babamızdan yadigar qalan,
Ürəyin ağrısın, acısın alan,
Cünunun səsilə nəğmələr çalan,
Sazda qırılmayan telimiz yenə!

NƏ QALANDIR

Bir çiçək var ürəyimdə,
Nə açandır, nə solandır!
Bir umud var bəbəyimdə
Nə gedəndir, nə qalandır!

Mən gülürəm göz yaşımda,
Məhəbbət var savaşımda,
Bir arzı var bu başımda,
Nə olmayan, nə olandır!

Bir nəğməm zil, bir nəğməm bəm,
Həm şənlik var, həm də ki, qəm!
Cünun deyir: bu nə aləm?
Nə doğrudur, nə yalandır!


Mesiha     Aprel 8, 2008 5:00
Şərhlər(0)    91 oxunma
Başqa müəlliflərdən    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Mesiha
Məsiağa Məhəmmədinin bloqu
  • İndi blogda: 38
  • Keçən ayın hiti: 9404
  • Dünənki hit: 223
  • Bugünki hit: 99
  • Ümumi hit: 49025
Check PageRank


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com