۞ C A H A N ۞
MƏNDƏ SIĞAR İKİ CAHAN...
-
baxış145
Frans Kafka. İMPERATORUN SİFARİŞİ
Yazar: Mesiha Tarix: Aprel 5, 2008 4:30Belə nəql edirlər ki, imperator sizə – tənha bir adama, özünün ən aşağı mövqeli təbəəsinə, ən uzaq məsafədən imperiya günəşinin qarşısında ikiqat əyilmiş cılız kölgəyə sifariş göndərmişdir; imperator ölüm yatağında şəxsən sizə sifariş göndərmişdir. O, elçiyə əmr etdi ki, yatağının kənarında diz çöksün. Sonra sifarişi çox əhəmiyyətli saydığı üçün elçiyə göstəriş verdi ki, ağzını onun qulağına yaxınlaşdırıb dediklərini təkrar eləsin. Sonra başı ilə təsdiqlədi ki, sifarişi düzgün təkrar olunub. Bəli, onun ölümünün şahidi olmaq üçün toplaşan – arakəsmələr götürülmüşdü və imperiyanın bütün görkəmli şəxsiyyətləri hündür, geniş pilləkənin başında dövrə vurmuşdular – əyanların qarşısında imperator elçiyə getmək əmri verdi.
O cüssəli və yorulmaz şəxs durmadan hərəkət edir, gah bir, gah da digər əli ilə camaat içərisində özünə yol açır, harda maneəyə rast gəlirsə, döşündəki günəşli ordeni göstərir və kimsənin bacarmayacağı bir asanlıqla özünə yol açır. Amma camaat həddən artıq çoxdur, otaqlar da ki, qurtarmaq bilmir. Yəqin ki, onun qarşısında açıq sahə olsaydı, sürətlə qaçardı və siz bir qədər sonra öz qapınızda onun yumruğunun səsini eşidərdiniz. Amma vəziyyət əksinədir və onun bütün səyləri əbəsdir; o hələ daxili qəsrin otaqlarını keçməkdədir ki, heç zaman onların axırına çıxa bilməyəcək. Lap onları başa vursa da, elə bir iş görmüş sayıla bilməz, çünki sonra pillələrin aşağısına qədər enməlidir. Əgər bunu da etmiş olsa, yenə bir şey eləmiş sayılmamalıdır, çünki meydanlardan keçməlidir və meydanlardan sonra onun qarşısında birinci qəsri əhatə edən ikinci, xarici qəsr dayanır; onun isə daha çox pillələri və daha çox meydanları var. Onlardan sonra daha bir qəsr də vardır. Bu minvalla minillər keçəcəkdir. Əgər nəhayətdə o, çıxış qapısına çatsa, – hərçənd bu, çox-çox müşkül bir məsələdir – o zaman hələ dünyanın mərkəzi sayılan və insan qaraltıları ilə dolu olan paytaxt qarşısında dayanır. Heç kəsin oradan kənara çıxmağa qüdrəti yoxdur, o da qalsın bir ölünün sifarişini özü ilə aparanın…
Artıq axşam düşdüyü üçün siz öz evinizin pəncərəsi qırağında oturursunuz və elə bil bütün bu macəranı gerçək bir röyada görürsünüz.Çevirəni: Məsiağa Məhəmmədi
Şərhlər(0)
Tərcümələr
Bölmələr
- Tədqiqlər (17)
- Tərcümələr (51)
- Kitablar (5)
- Şəxsiyyətlər (11)
- Müsahibələr (5)
- Başqa müəlliflərdən (25)
- Gündəm (10)
Qabaqkı yazılar
- Hamid Əhmədi. MƏCNUN
- İmamverdi Həmidov. İKİ DAHİ HAQQINDA BİR KİTAB
- Həmid Asəfi. ŞEİRLƏR
- Henrix Böll. YAZMAQ RİSKİ
- İYULUN ƏN NİSGİLLİ GÜNÜ
- Hadi Qaraçay. ŞEİRLƏR
- Nigar Xiyavi. ÖZÜMÜZ VARIQ DAAA…
- Nadir İlahi. ŞEİRLƏR
- Əli Abbasi. ÖLÜM YUXUSU
- Həmidə Rəiszadə Səhər. ŞEİRLƏR
- V.Hösle. MARTİN HAYDEGGERİN TEXNİKA FƏLSƏFƏSİ
- "CAHAN" – ƏRƏB ƏLİFBASI İLƏ
- "İSTƏNİLƏN İSTİQAMƏTDƏ BİRTƏRƏFLİLİK ZİYANLIDIR"
- CAN SÖZDÜR, YAXUD SÖZÜN CANI
- Hümmət Şahbazi. KÜSKÜN HƏYAT
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (3)
- Fridrix Dürrenmatt. ŞAHMAT OYUNU
- Mahnı Zənganlı. ŞEİRLƏR
- Laura Cəbrayıllı. AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞINA DƏYƏRLİ TÖHFƏ
- OVUCDA DƏYİRMAN DAŞI
- Əkbər Azad. FRANSA ŞAİRİNİN… TÜRKCƏ ŞEİRLƏRİ
- Şəms Təbrizi. QISA KƏLAMLAR
- Ziba Kərbasi. SƏNİM ƏRK
- İlham Qəhrəman. TƏBRİZƏ GEDƏ BİLMƏDİM
- "MƏSNƏVİ"DƏN BİR HEKAYƏT
- Cavidan. DANKOLARIN PARADI
- Xosrov Naqid. YURGEN HABERMAS ZİYALILAR HAQQINDA
- HAFİZ: SEHRKAR ŞAİR
- TƏBRİZDƏ ƏLİ KƏRİMİN KİTABI NƏŞR OLUNUB
- SONUNCU MOGİKAN
- Məhəmməd Hüseyn Şəhriyar. CAN, RÜSTƏM!
- Spujməy Zəryab. ADAMLAR VƏ EVLƏR
- Robert B.Rey. POSTMODERNİZM NƏDİR?
- ŞƏMS TƏBRİZİNİN QƏBRİ HARADADIR?
- GÜNAHIN ANATOMİYASI
- Balayar Sadiq. RUHLARIN QİYAMI
- Boris Qubman. TARİXƏ QARŞI QİYAM
- ÇAĞDAŞ FƏLƏSTİN POEZİYASI: FƏDVA TOQAN
- SAİB TƏBRİZİDƏN BEŞ QƏZƏL
- Nadir Nadirpur. QUM
- Mübariz Cəfərli. GÖZLƏYƏN
- Əkbər Bozorgəmin (Aşıq Cünun). ŞEİRLƏR
- MƏSULİYYƏT VƏ MƏHƏBBƏT
- Frans Kafka. İMPERATORUN SİFARİŞİ
- ŞƏHRİYAR VƏ ZƏMANƏMİZ
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (2)
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (1)
- "ŞEYTAN AYƏLƏRİ" SƏHNƏDƏ
- YAŞAR KAMALIN GÜNTER QRASA MƏKTUBU
- Miyan Məhəmməd Şərif. MƏHƏMMƏD İQBALIN FƏLSƏFƏSİNDƏ ALLAH ANLAYIŞI
Açar sözlər
View blog authority


