Reklam verin!
     
 

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

Hadi Qaraçay. SHEİR

Barışdan dedilər
gözlərimə baxa baxa
boyuma qarğı biçənlər
Əlimin ağında
alnımın qarasını oxudular
və susuzluğun qutsallığını buldular
bardağımda su içənlər
bilənlər bilər
qarğıdilli oxlara sancılmaq
sivridilli süngülərin gözlərində yuva qurmaq
ordan gəldi.

abstrakt

 

 

Muğan buğdasına yerikləyən torpağın yazı
Ərdəbil xalçasına yenmiş ormanın güzü
Savalanın südəmər döşü mən!
Çala çalımlı
beli qılınclı
süd qoxulu doğunun
yopu yumru qoçuyam mən
anam şaman olub
atam ozan
çay dənizdən
ağac bağdan
daş dağdan danışıb
mən səndən
Göyçə gölünün çiçəyi gözün
Isıq gölünün ördəyinə çəkər boynun
al yanaqlım
anaş doğunun fərihcə qızı !
Köpəyimə alaş desəm
dayçama balaş
buğday gözlü torpağa
dirsəklənsəm
dizinə qoysam başımı
söndürsəm acımı
şirin öpücüyündə,
dincəlsəm
olur
olur ama
barışa inanma fərihcəm!
Gözlərimə baxa baxa
boyuma qarğı biçənlərin
bardağımda su içənlərin
şeytan uydurmasıdır barış
açsa
əlindəyəm
yumsa
yumruğunda
inanma
barışa inanma fərihcəm.


Mesiha     Yanvar 21, 2008 6:43
Şərhlər(1)    80 oxunma
Başqa müəlliflərdən    
1
Qaraçay yazıb:

sizin belə geniş çalışmanız doğrusu məni heyrətləndirir.Eşq olsun,əllərinizə sağlıq.

Yanvar 24, 2008 5:04

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Mesiha
Məsiağa Məhəmmədinin bloqu
  • İndi blogda: 45
  • Keçən ayın hiti: 9404
  • Dünənki hit: 223
  • Bugünki hit: 143
  • Ümumi hit: 49069
Check PageRank


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com