۞ C A H A N ۞
MƏNDƏ SIĞAR İKİ CAHAN...
-
baxış78
Erve Bazen: «YAZIÇILIQ İCTİMAİ BİR PEŞƏDİR»
Yazar: Mesiha Tarix: Dekabr 20, 2007 4:441996-cı ilin əvvəllərində 85 yaşında vəfat etmiş Fransa romançısı Erve Bazen ölümündən bir qədər əvvəl verdiyi musahibədə yaradıcılıq təcrübəsinin bəzi məqamlarını açıqlamışdır:
«Jurnalistika sahəsindəki böyük təcrübəm mənə təsirli və cəlbedici üslubda yazmağı öyrədib. Elə bir üslubda ki, oxucu ilə birbaşa rabitə yaradır və mənim fikrimcə, müəyyən öhdəlik daşıyır. Bizim müasir cəmiyyətin üzləşdiyi problemlər daim mənim yaradıcılığına təkan vermişdir. Bu problemlərin kitablarda inikası mühüm məsələdir, çünki yeni rabitə vasitələrinin çevikliyi sayəsində ən mühüm hadisə və xəbərlər belə öz yerini təzə xəbərlərə verir və unudulur…

Kitablarımı köhnə bir makina ilə - polad barmaqlar tələb edən hay-küylü "Andervod"la yazıram. Buna baxmayaraq, heç vaxt kompüterdən istifadə etmək fikrinə düşməmişəm. Fiziki fəaliyyət yazı prosesində mənim üçün zəruri bir şeydir. Məhz bünün sayəsində əyaniləşməmiş, başqa sözlə desək, zehni obrazlar kağız üzərinə köçür. Mən səhər saat 7-dən növbəti gün gecə saat 2-yə qədər, yalnız yemək üçün qısa fasilələr verməklə, bu "Andervod"un arxasında oturub işləyirəm. Roman qəhrəmanları monopolist varlıqlardır. Onların bəzisi qaçaraqdır və səhifədən qaçmağa çalışır, bəzisi isə həddən artıq özünü sırımağa cəhd göstərir. Bu şəkildə yazmaq prosesi bir boks oyununa və ya heykəltəraşlığa çevrilir. Xülasə, yazmaq - fiziki bir fəaliyyətdir…
Bizim əsrimiz nümayiş əsridir, hərə əlinə bir bayraq götürüb və mənim də bayrağım Sartrın bu sözləridir ki: "Ayıltmaq üçün yazırıq". Yazıçılıq məqsədsiz və səbəbsiz bir iş deyil. Fransız yazıçısı Jorj Bernano deyir: "Tanrı qələmi mənə əyləncə üçün verməyib". Mənim işim yazmaqdan estetik həzz almaq və təhlil xatirinə təhlil deyil. Yazıçılıq ictimai bir peşədir.
Yazmağın ictimai səmərəsi və faydası var. Yazıçı başlıca şərti canlılıq və təsirlilik olan ədəbi qəhrəmanları yaratmaqla, öz ideyalarını irəli sürür. Yazmaq oyun-oyuncaq deyil, qəlblərə və beyinlərə həkk etmək işidir. Dünyanın ən çox satılan kitabları Quran və İncildir…
Yazmaq bir növ nəfəsalma üsulu və müəyyən dərəcədə narkotik maddədir. Onsuz yüngülləşmək olmur və biz xudpəsəndliklə: "yazmaq ilahi bir işdir" - deyirik. Hər dəfə ağ kağızla üzbəüz dayananda, səni qorxu və həcəyan bürüyür və öz-özünə deyirsən: "Görəsən, gələcəkmi?" Görəsən, həmən möcüzə yenidən baş verəcəkmi?" Yazmaq həmişə proqnozlaşdırılması qeyri-mümkün olan bir işdir. Ömür kitabının hər gün çevrilən bir vərəqi kimi! Sən dünənki fəslin ardınca nə olacağı haqqında dumanlı təsəvvürə maliksən. O zaman qəfildən nəsə baş verir. Birdən yerindən oynayırsan! Və bu zaman saatlarla yazmalı olursan, çünki rabitəni qoruyub saxlamalısan…»Çevirəni: Məsiağa Məhəmmədi
Şərhlər(0)
Tərcümələr
Bölmələr
- Tədqiqlər (17)
- Tərcümələr (51)
- Kitablar (5)
- Şəxsiyyətlər (11)
- Müsahibələr (5)
- Başqa müəlliflərdən (25)
- Gündəm (10)
Qabaqkı yazılar
- Hamid Əhmədi. MƏCNUN
- İmamverdi Həmidov. İKİ DAHİ HAQQINDA BİR KİTAB
- Həmid Asəfi. ŞEİRLƏR
- Henrix Böll. YAZMAQ RİSKİ
- İYULUN ƏN NİSGİLLİ GÜNÜ
- Hadi Qaraçay. ŞEİRLƏR
- Nigar Xiyavi. ÖZÜMÜZ VARIQ DAAA…
- Nadir İlahi. ŞEİRLƏR
- Əli Abbasi. ÖLÜM YUXUSU
- Həmidə Rəiszadə Səhər. ŞEİRLƏR
- V.Hösle. MARTİN HAYDEGGERİN TEXNİKA FƏLSƏFƏSİ
- "CAHAN" – ƏRƏB ƏLİFBASI İLƏ
- "İSTƏNİLƏN İSTİQAMƏTDƏ BİRTƏRƏFLİLİK ZİYANLIDIR"
- CAN SÖZDÜR, YAXUD SÖZÜN CANI
- Hümmət Şahbazi. KÜSKÜN HƏYAT
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (3)
- Fridrix Dürrenmatt. ŞAHMAT OYUNU
- Mahnı Zənganlı. ŞEİRLƏR
- Laura Cəbrayıllı. AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞINA DƏYƏRLİ TÖHFƏ
- OVUCDA DƏYİRMAN DAŞI
- Əkbər Azad. FRANSA ŞAİRİNİN… TÜRKCƏ ŞEİRLƏRİ
- Şəms Təbrizi. QISA KƏLAMLAR
- Ziba Kərbasi. SƏNİM ƏRK
- İlham Qəhrəman. TƏBRİZƏ GEDƏ BİLMƏDİM
- "MƏSNƏVİ"DƏN BİR HEKAYƏT
- Cavidan. DANKOLARIN PARADI
- Xosrov Naqid. YURGEN HABERMAS ZİYALILAR HAQQINDA
- HAFİZ: SEHRKAR ŞAİR
- TƏBRİZDƏ ƏLİ KƏRİMİN KİTABI NƏŞR OLUNUB
- SONUNCU MOGİKAN
- Məhəmməd Hüseyn Şəhriyar. CAN, RÜSTƏM!
- Spujməy Zəryab. ADAMLAR VƏ EVLƏR
- Robert B.Rey. POSTMODERNİZM NƏDİR?
- ŞƏMS TƏBRİZİNİN QƏBRİ HARADADIR?
- GÜNAHIN ANATOMİYASI
- Balayar Sadiq. RUHLARIN QİYAMI
- Boris Qubman. TARİXƏ QARŞI QİYAM
- ÇAĞDAŞ FƏLƏSTİN POEZİYASI: FƏDVA TOQAN
- SAİB TƏBRİZİDƏN BEŞ QƏZƏL
- Nadir Nadirpur. QUM
- Mübariz Cəfərli. GÖZLƏYƏN
- Əkbər Bozorgəmin (Aşıq Cünun). ŞEİRLƏR
- MƏSULİYYƏT VƏ MƏHƏBBƏT
- Frans Kafka. İMPERATORUN SİFARİŞİ
- ŞƏHRİYAR VƏ ZƏMANƏMİZ
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (2)
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (1)
- "ŞEYTAN AYƏLƏRİ" SƏHNƏDƏ
- YAŞAR KAMALIN GÜNTER QRASA MƏKTUBU
- Miyan Məhəmməd Şərif. MƏHƏMMƏD İQBALIN FƏLSƏFƏSİNDƏ ALLAH ANLAYIŞI
Açar sözlər
View blog authority


