Reklam verin!
     
 

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

Oktavio Pas. MÜASİR ƏDƏBİYYATIN XƏSTƏLİYİ

Müasir ədəbiyyatın xəstəlik keçirməsi aşkar bir sirrdir. Bu sirr hər yerdə özünü göstərir və tez-tez dilə gətirilir. Mən "xəstəlik" sözünə "tənəzzül" istilahı ilə müqayisədə üstünlük verirəm, çünki fikrimcə, bu, ötəri halsızlıq məsələsidir. Bu xəstəliyin səbəblərini araşdırmaq çətin bir işdir, amma müəyyən oxşarlıqları olan xəstəlik və tənəzzülün iyirminci əsrin son günlərində mədəniyyətimizi iflic vəziyyətinə sala biləcəyini nəzərə alsaq, cəsarət göstərib bu işə girişməyə dəyər. Biz tarixi bir dövrdə yaşayırıq. Mən bizə əzab verən halsızlıq və xəstəliyin bəzi əlamətlərindən qısaca söhbət açacağam.
Hər gün üzücü bir gerçəklik barədə jurnalistlərin xəbər, məqalə və məlumatlarını oxuyuruq: təhsil inkişaf etdikcə və savadsızlığın kökü kəsildikcə, müasir kütlələrin oxumağa meyli azalır. İkrahdan çox da fərqlənməyən bu etinasızlıq ilk növbədə bizim nə üçünsə "ciddi ədəbiyyat" adlandırdığımız şeyə təsir göstərir - guya Aristofan, Bokkaçço, Rable yaxud Svift "ciddi" yazıçılar olmuşlar. Çox zaman ayrı-ayrı ədəbi janrların tənəzzülü barədə proqnozlar və çıxış yolunu göstərən təkliflər oxuyuruq. Tənəzzülə uğrayan janr gah roman olur, gah hekayə, gah teatr və həmişə də poeziya.

pas Davamı...
Mesiha     Dekabr 25, 2007 22:10
Şərhlər(0)    60 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Jalə İsmayıl. NİKİTA STENESKUNUN POEZİYASI

...Mən başqa bir şey deyil,
Sadəcə, danışan qan damcısıyam.


Haqqında danışacağımız böyük rumın şairi Nikita Stenesku 1933-cü ildə Rumıniyanın neft sənayesi mərkəzi sayılan Ploeştdə anadan olub. İlk şeirini 1957-ci ildə Buxarest Universitetinin Filologiya fakültəsinin məzunu ikən «Tribuna» qəzetində nəşr etdirib. İlk kitabı «Sevginin mənası» isə 1960-cı ildə çap olunub. N. Stenesku 20-dən artıq kitabın müəllifidir. Şair həm də jurnalistlik fəaliyyətilə məşğul olub. Uzun illər rumınca «Ədəbiyyat qəzeti»nin və «Luçaferul» qəzetinin redaktoru işləyib. Məşhur «Struqa poeziya gecələri»nin 1982-ci ildəki «Qızıl tacı» onun sonuncu mükafatlarından sayılır. Şair uzun sürən ağır xəstəlikdən sonra 1983-cü ildə vəfat edib.

stenesku Davamı...
Mesiha     Dekabr 25, 2007 22:04
Şərhlər(1)    64 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Nizar Qəbbani. ŞEİR DƏFTƏRİNƏ HAŞİYƏLƏR

Ərəb dünyasının ən ünlü şairlərindən biri olan Nizar Qəbbani 1923-cü ildə Suriya paytaxtında doğulub. Dəməşq Universitetinin hüquq fakültəsini bitirib. Bundan sonra uzun illər diplomat kimi fəaliyyət göstərib, Suriyanın Beyrut, Qahirə, İstanbul, Madrid və Londondakı səfirliklərində mədəniyyət attaşesi kimi çalışıb. Bir müddət Birləşmiş Ərəb Respublikasının Çindəki səfirliyinin birinci katibi işləyib. 1966-cı ildə diplomatik fəaliyyətdən uzaqlaşaraq özünü bütünlüklə bədii yaradıcılığa həsr edib.
Qəbbani 16 yaşından şeir yazmağa başlayıb. İlk kitabı – «Əsmər bənizlinin dedikləri» – 1944-cü ildə tələbə olarkən işıq üzü görüb və böyük əks-səda doğurub. Bundan sonra vəfatına qədər daha 34 şeir kitabı çıxıb. Qəbbani həmçinin bir sıra nəsr əsərlərinin müəllifidir. Onun sözlərinə bəstələnmiş mahnılar ən məşhur ərəb müğənniləri tərəfindən ifa olunub.
Qəbbaninin poeziyasında məhəbbət, erotika, feminizm motivləri və ərəb millətçiliyi ideyaları başlıca yer tutur. Şarin qadın mövzusuna xüsusi əhəmiyyət verməsinə şəxsi həyatında baş vermiş bir faciə də mühüm təsir göstərib: 15 yaşı olanda böyük bacısı sevmədiyi adama ərə verildiyi üçün intihar edib. Sonralar şair yaradıcılığında qadın və məhəbbət məsələsinin böyük önəm daşımasının səbəblərindən danışarkən deyib: «Məhəbbət ərəb dünyasında məhbus kimidir, mən onu azadlığa çıxarmaq istəyirəm. Mən öz poeziyamla ərəb ruhunu, hissini və cismini azad etmək əzmindəyəm. Bizim cəmiyyətimizdə kişilərlə qadınlar arasındakı münasibətlər qeyri-sağlam xarakter daşıyır».


qabbani

Davamı...
Mesiha     Dekabr 25, 2007 22:00
Şərhlər(0)    64 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Katerina Momzen. HÖTE MÜSƏLMAN İDİMİ?

Hötenin islama münasibətini təhlil edərkən, belə bir cəhət dərhal nəzərə çarpır ki, o, təkcə islam barədə yanlış təsəvvürləri və ona qədər buraxılmış səhvləri aradan qaldırmağa çalışmamış, həm də bu dinə xüsusi ehtiramını və inamını bildirmişdir. Ona görə də Hötenin islama və Məhəmməd peyğəmbərə bağlılığının səbəbləri və motivləri barədə indiyədək irəli sürülmüş fikirlərdə ciddi düzəlişlər etmək və bir sıra məsələlərə yenidən baxmaq lazım gəlir. Belə ki, Hötenin islama münasibətində müasirləri ilə müqayisədə prinsipial fərqlər müşaşidə olunur. Misal üçün, alman şairi Herder Quranın əhəmiyyətini məhdud bir yöndən açıqlayaraq, yazırdı: «Əgər Avropadakı mühacir almanların öz dillərində ərəblərin Quranın timsalında malik olduqları kimi klassik bir kitabları olsaydı, italyanlar heç vaxt onların dili üzərində ağalıq edə bilməzdilər və bu qədər insan yanlış yola düşməzdi». Amma Hötenin islama münasibəti hər cür müqayisəli dəyərləndirmədən uzaqdır və dərin kökləri olan qəti və aydın mövqe şəklində təzahür edir. Ekkermanla etdiyi söhbətlərdə o, deyir: «Fikir verin ki, bu təlimdə (yəni islamda) heç nə diqqətdən kənarda qalmamışdır və biz malik olduğumuz bütün sistemə baxmayaraq, onlardan (müsəlmanlardan) qabağa getməmişik». Beləliklə, Hötenin islam barədə fikirlərini sadəcə tərəfdarlıq kimi deyil, şəxsi mövqe və əqidə kimi qiymətləndirmək lazımdır.

hote 

Davamı...
Mesiha     Dekabr 25, 2007 21:54
Şərhlər(0)    66 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Əbül-Kəlam Azad. ŞƏRQDƏ VƏ QƏRBDƏ İNSAN KONSEPSİYASI VƏ TƏHSİL MƏSƏLƏSİ

Əbül-Kəlam Azad (1888-1958) – Hindistanda milli azadlıq hərəkatının liderlərindən biri, Cəvahirləl Nehrunun yaxın dostu və silahdaşı, eyni zamanda görkəmli mütəfəkkir və filosof olmuşdur. Təqdim olunan yazı onun 1951-ci ildə YUNESKO-nun təşkilatçılığı ilə Dehlidə keçirilən beynəlxalq simpoziumda etdiyi çıxışın mətnidir.

İbtidai icma cəmiyyətindəki ilk addımlardan başlayaraq, son altı min ildə bəşəriyyət böyük bir yol keçmişdir. Tarix bu yolda insanın çoxlu gözlənilməz maneələri dəf etməsinin, canlı və cansız təbiətlə mübarizəsinin şahidi olmuşdur. Bütün bu müddət ərzində məruz qaldığı fəlakətlərə baxmayaraq, insan təbiətin böyük sirlərinə ümumən uğurla və ardıcıl şəkildə yiyələnmişdir. Təbiətin gizli çöhrəsindən bir-birinin ardınca pərdələr götürülür və onun dərk olunmamış bütün sirləri insan inadkarlığı qarşısında geri çəkilir. Bəli, təbiətin sirlərinin açılması sahəsində insanın zəfər yürüşü dönməz və qarşısıalınmazdır, lakin onun özünü dərk etmək sahəsində böyük uğurlar qazandığını biz enyi yəqinliklə söyləyə bilərikmi? Deyə bilərikmi ki, həqiqəti axtarmağa başlamasından altı min il keçdikdən sonra insan özünü olduğu kimi tanıyır? Məncə, razılaşarsınız ki, bu sahədə biz kədərli bir vəziyyətin möcudluğunu qeyd etməyə məcburuq. İnsanın düzəltdiyi güzgü şəxsiyyətin daxili aləmindən savayı, dünyanın bütün cəhətlərini əks etdirməyə qadirdir. Etiraf etməliyik ki, insan hələlik öz təbiəti barədə aydın bir təsəvvür əldə edə bilməmişdir. Onun üçün kainatın sirlərini kəşf etmək öz «mən»inin sirlərini açmaqdan asandır. Təqribən üç min ildir ki, filosoflar dönə-dönə bu suala qayıdırlar: insan nədir, o haradan gəlir və hara gedir? Və həmin bu sualların cavabı ümumən verilməyib. Tamamilə aydındır ki, insan öz «mən»inin xarakterini və sonsuz kainatda yerini müəyyənləşdirmədən fərdi, ictimai, milli və beynəlxalq məsələlərin qənaətbəxş həllinə nail ola bilməz.


azad

Davamı...
Mesiha     Dekabr 23, 2007 3:15
Şərhlər(0)    61 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

QƏRİBƏ XƏYALLI ŞAİR

On yeddinci yüzillikdə farsdilli ədəbiyyatın rəvac tapmış olduğu geniş regionda Mirzə Məhəmmədəli Saib Təbrizinin (1601-1677) adı dillər əzbəri idi, əsərləri əldən-ələ gəzirdi. Uzaq Hindistandan tutmuş şairin doğma vətəni Azərbaycana qədər, demək olar ki, bütün iri şəhərlərdə mövcud olan ədəbi məclislərdə («dərnək»lərdə) onun şeirləri oxunub təhlil və təzmin edilər, qəzəllərinə cavablar yazılardı. Çox vaxt şair özü də belə məclislərin iştirakçısı olar, yuxarı başda oturub qəzəllərini söylər, qeyri-adi obrazları ilə qələm əhlini heyran qoyardı. Müxtəlif şəhərlərdən şeirsevərlər, xəttatlar onun divanının üzünü köçürmək üçün İsfahana – şairin evinə qonaq gəlirdilər. Saib özündən əvvəlki zəngin və çoxəsrlik ədəbiyyatın bilicisi sayılırdı. 800 şairin şeirindən nümunələr toplanmış 25 min beytlik «Səfinə»si bunu sübut edirdi. Müəyyən şeirin, beytin şərhində mübahisə meydana çıxırdısa, ona məktub göndərər, rəyini soruşardılar. Təzkirəçilər yazırlar ki, Rum hökmdarları və Hind sultanları öz məktublarında İran şahından Saibin divanını göndərməyi xahiş edərdilər, İran şahı da hədiyyə kimi şairin əsərlərini onlara göndərərdi.

saib 

Davamı...
Mesiha     Dekabr 21, 2007 7:36
Şərhlər(0)    74 oxunma
Tədqiqlər     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Erve Bazen: «YAZIÇILIQ İCTİMAİ BİR PEŞƏDİR»

1996-cı ilin əvvəllərində 85 yaşında vəfat etmiş Fransa romançısı Erve Bazen ölümündən bir qədər əvvəl verdiyi musahibədə yaradıcılıq təcrübəsinin bəzi məqamlarını açıqlamışdır:

«Jurnalistika sahəsindəki böyük təcrübəm mənə təsirli və cəlbedici üslubda yazmağı öyrədib. Elə bir üslubda ki, oxucu ilə birbaşa rabitə yaradır və mənim fikrimcə, müəyyən öhdəlik daşıyır. Bizim müasir cəmiyyətin üzləşdiyi problemlər daim mənim yaradıcılığına təkan vermişdir. Bu problemlərin kitablarda inikası mühüm məsələdir, çünki yeni rabitə vasitələrinin çevikliyi sayəsində ən mühüm hadisə və xəbərlər belə öz yerini təzə xəbərlərə verir və unudulur…


bazen

Davamı...
Mesiha     Dekabr 20, 2007 4:44
Şərhlər(0)    52 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

Karl Qustav Yunq. REAL VƏ SÜRREAL

Müasir Qərb təfəkküründə «real» anlayışı yalnız «duyulan», yaxud «maddi» aləmlə məhdudlaşır. Gerçəkliyin bu şəkildə başa düşülməsinə Qərb təfəkkür tarixinin əvvəlki dövrlərində də rast gəlmək mümkündür. Lakin Yeni dövrdə Qərbdə hakim olan humanist və antropoloji düşüncə sakral aləmin açıq-aşkar inkarı ilə nəticələnmişdir və o, zahiri hisslər vasitəsilə qavranılmayan heç bir şeyi real saymır.
Məşhur İsveçrə psixoloqu Karl Qustav Yunq (1875-1961) əksər əsərlərində, o cümlədən aşağıdakı məqaləsində, bu sırf materialist münasibəti şübhə altına alır və yeni elmlərin metodologiyasına sadiq qalmaqla, mövcud elmi terminologiyadan və işlək anlayışlardan istifadə etməklə, Qərb adamının qarşısında yeni üfüqlər açmağa çalışır. Xristian mütəfəkkirləri və mistiklərinin düşüncəsinə, xristianlıq tarixinin idraki və dini təcrübəsinə dərindən bələd olan Yunq bir növ yayılmış materialist təfəkkür müqabilində sakral aləmə inamı dirçəltmək və bərpa etmək istəyir.


yung

Davamı...
Mesiha     Dekabr 19, 2007 5:44
Şərhlər(0)    58 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

"YAZIÇININ ƏSL PASPORTU ONUN SƏNƏTİDİR"

Vladimir Nabokov ilə müsahibə

- Uzun illər ədəbiyyatşünaslar və jurnalistlər bilmirdilər ki, sizi Amerika yazıçısı saysınlar, yoxsa rus yazıçısı. Amma indi siz İsveçrədə yaşadığınız bir zamanda, deyəsən, hamı sizin Amerika yazıçısı olmağınızla razılaşıb. Necə bilirsiniz, yazıçının şəxsiyyəti ilə bağlı belə bir məqama diqqət yetirməyin əhəmiyyəti varmı?
- Hələ Rusiyada tələbə olduğum illərdən daim bu fikri müdafiə etmişəm ki, görkəmli yazıçının milliyyəti o qədər də əhəmiyyət kəsb etmir. Yazıçının əsl pasportu onun sənətidir. Onun kimliyi bilavasitə xüsusi bir meyar əsasında və ya sırf fərdi xüsusiyyətlərinə görə müəyyən edilməlidir. Ola bilər ki, yazıçının vətəni fatalizmin doğruluğunun təsdiqinə çevrilsin, lakin bu, bizi fatalizmə doğru yönəltməməlidir.
Bütün bunları bir kənara qoysaq, bu gün mən özümü bir zamanlar rus yazıçısı olmuş Amerika yazıçısı hesab edirəm.

nabokov Davamı...
Mesiha     Dekabr 14, 2007 8:03
Şərhlər(0)    58 oxunma
Müsahibələr     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

ZİYAYA ATILAN GÜLLƏLƏR

Görkəmli alim, ictimai xadim və nadir şəxsiyyət akademik Ziya Bünyadovun qətli son illər xalqımızın üzləşdiyi min cür faciə içərisində bəlkə də ən ağlasığmazı, ən dəhşətlisidir – Ziya Bünyadov nə kimlərinsə maraqlarına toxunan iqtisadi qüdrət sahibi idi, nə də real hakimiyyətə can atan siyasətçi. Onun müəyyən siyasi təşkilata mənsubluğu da əslində simvolik mahiyyət daşıyırdı – Ziya Bünyadov şəxsiyyəti hər hansı partiyanın, təşkilatın çərçivələrinə sığışmayacaq dərəcədə böyük və çoxcəhətli idi.
Kim idi Ziya Bünyadov? O, mübarizə silahı qələm və söz olan bir ziyalı, bir fikir adamı idi və əgər həqiqətən onun vəhşi sifarişli qətl hədəfinə çevrilməsi məhz bu səbəblə bağlıdırsa, onda bu, bütövlükdə xalqımız və cəmiyyətimiz üçün çox təhlükəli bir simptomdur. Çünki Ziya Bünyadova atılan güllələr əslində ziyaya, ziyalı sözünün qaranlıqları yaran nuruna, işığına – HƏQIQƏTinə atılan güllələrdir, cəmiyyəti əsarət və cəhalət zülmətinə qərq edib həmin zülmətdə öz çirkin əməllərini rahatca həyata keçirmək istəyənlərin mənfur niyyətlərinin təzahürüdür.

ziya Davamı...
Mesiha     Dekabr 13, 2007 7:43
Şərhlər(0)    92 oxunma
Şəxsiyyətlər     Yazını "XəbərNamə"yə göndər! Bookmark and Share

  Yazılar cəmi: 21    Sonrakı səhifə »
Mesiha
Məsiağa Məhəmmədinin bloqu
Technorati Profile
Add to Technorati Favorites
Page copy protected against web site content infringement by Copyscape
  • İndi blogda: 15
  • Keçən ayın hiti: 8695
  • Dünənki hit: 569
  • Bugünki hit: 18
  • Ümumi hit: 36115
Check PageRank Poetry Art Blogs - Blog Catalog Blog Directory
My BlogCatalog BlogRank
View blog authority


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com