۞ C A H A N ۞
MƏNDƏ SIĞAR İKİ CAHAN...
-
baxış102
İMAD FƏQİH KİRMANİNİN«TƏRİQƏTNAMƏ» POEMASI
Yazar: Mesiha Tarix: Noyabr 29, 2007 1:38İmad Fəqih Kirmani (vəf.1372) X1V əsrdə İranda yaşayıb-yaratmış gözəl sənətkarlar dəstəsinə mənsub istedadlı şairlərdən biridir. Onun bədii irsi, təəssüf ki, lazımınca tədqiq olunmamışdır. Əksər tədqiqatlarda və fars ədəbiyyatı tarixinə dair ümumiləşdirici əsərlərdə İmad əsasən dahi Hafizin müasiri kimi xatırlanır və onunla Hafiz arasında baş vermiş münaqişədən bəhs olunur.Yalnız son illərdə İranda onun bədii əsərləri ayrıca kitablar şəklində nəşr olunmağa başlamışdır ki, bunlar da bir tərəfdən İmadın yaradıcılığının çoxşaxəliliyini, digər tərəfdən isə onun barəsindəki təsəvvürlərin ədalətsizliyini və yanlışlığını nümayiş etdirməkdədir.
Lirik əsərlərlə (qəzəl,qəsidə,qitə və rübai) yanaşı İmadın qələmindən beş məsnəvi də çıxmışdır ki,bunlar içərisində 1355-ci ildə yazılmış «Təriqətnamə» poeması xüsusilə diqqəti cəlb edir.Təqribən 2800 beytdən ibarət olan və həzəc bəhrində yazılmış bu əsər Müzəffərilər sülaləsindən Əmir Mübarizəddin Məhəmmədə – o zamankı Yəzd və Kerman hakiminə ithaf edilmişdir.
Əsərin yazılma səbəbi barədə müəllif bu məsələyə həsr olunmuş xüsusi fəsildə məlumat verir. Məlum olur ki,şair uzun müddət «təsəvvüfə dair qısa və aydın bir kitab » yaratmaq üzərində düşünmüş və nəhayət, bu ideyasını həyata keçirməyə qərar vermişdir. Bu da təsadüfi deyil, çünki İmad məşhur sufi təriqətlərindən birinin – sührəvərdiyyənin davamçılarından idi və Kermanda onun xanəgahı vardı.Təbii ki, poemanı yazarkən o, ilk növbədə mənsub olduğu təriqətin banisi Şəhabəddin Əbu Həfs Ömər Sührəvərdinin (1145-1235) «Əvarif əl-məarif» əsərinə və bu əsərin İzzəddin Mahmud Kaşani (vəf.1335) tərəfindən həyata keçirilmiş «Misbah əl-hidayə» adlı farsca tərcüməsinə müraciət etmişdir. «Təriqətnamə»nin digər mənbələri sırasında Əbubəkr əl-Kəlabadinin (vəf.995) «ət-Təərrüf li məzhəb ət-təsəvvüf» əsərini və dahi müsəlman mütəfəkkiri Əbu Hamid Məhəmməd əl-Qəzzalinin (1058-1111) «İhya ülum əd-din» kitabını göstər¬mək lazımdır.
Sonuncunun təsiri, fikrimizcə, xüsusən etika məsələlərində özünü açıq-aşkar büruzə verir. Bununla belə İmad daha çox «Əvarif əl-məarif»in fars versiyasına diqqət yetirmişdir ki, bu da hər şeydən öncə, hər iki əsərin struktur eyniyyəti ilə sübut olunur – «Təriqətnamə» də «Misbah əl-hidayə» kimi on babdan ibarətdir və hər bab öz növbəsində on fəslə bölünür («Əvarif əl-məarif»in ərəb mətni isə 63 babdan ibarətdir). Lakin «Təriqət¬namə» heç də «Misbah əl-hidayə»nin mənzum variantı olmayıb kifayət qədər orijinal bir əsərdir. İmad təriqət məsələlərinin şərhində ardıcıllığı dəyişdirmiş, nəzəri müddəaların izahı üçün əsərə kiçik hekayələr və təmsillər daxil etmişdir. İmadın yazı tərzi son dərəcə aydın və sadədir, bu da «Misbah əl-hidayə»nin mürəkkəb üslubu ilə müqayisədə onun əsərinin məziyyəti kimi qiymətləndirilməlidir. Müəllif özü də vurğulayır ki, o, mənanın aydınlığını saxlamaq naminə poetik bəzəklərdən qaçmağa çalışmışdır.
«Təriqətnamə»nin məzmunu barədə təsəvvür hasil etmək üçün on babın başlığına nəzər salmaq kifayətdir: I. Davranış qaydaları haqqında. II. İdrak haqqında. III. Bəzi sufi istilahları haqqında. IV. Sufi ritualları haqqında. V. Biliyin növləri haqqında. VI. Etiqad haqqında. VII. Yaxşı xasiyyətlər haqqında. VIII. Yaxşı əməllər haqqında. IX. Məqamlar haqqında. X. Hallar haqqında.
Göründüyü kimi, poemada sufizmin nəzəriyyəsi, praktikası və etikasına dair bütün məsələlər kompleksindən bəhs olunur, özü də bunlar geniş dini-fəlsəfi kontekstdə nəzərdən keçirilir. Üstəlik İmad əsas sufi anlayışlarının şərhində maksimal aydınlıq və anlaşıqlığa can atır, onlara dəqiq və birmənalı izahlar verməyə cəhd göstərir. Bu baxımdan üçüncü, dördüncü, doqquzuncu və onuncu bablar xüsusilə maraq doğurur.
Deyilənlərdən bu qənaətə gəlmək olar ki, İmad Fəqih Kirmaninin «Təriqətnamə» poeması bir tərəfdən sufizmin doktrinasını öyrənmək baxımından qiymətli mənbə, digər tərəfdən isə farsdilli sufi poeziyasının parlaq nümunəsi kimi dəyərləndirilə bilər.
Qaynaqlar:
1. İmadəddin Fəqih Kirmani. Təriqətnamə. Be təshihi-Rüknəddin Hümayunfərrux. Tehran, 1374.
2. Fərhad Nazirzadə Kirmani. Təhlili-divan və şərhi-hali-İmadəddin Fəqih Kirmani. Tehran, 1374.
3. Е.Э.Бертельс. Суфизм и суфийская литература. М., 1965.
4. Дж.С.Тримингем. Суфийские ордены в исламе. М., 1989.
Şərhlər(0)
Tədqiqlər
Bölmələr
- Tədqiqlər (17)
- Tərcümələr (51)
- Kitablar (5)
- Şəxsiyyətlər (11)
- Müsahibələr (5)
- Başqa müəlliflərdən (25)
- Gündəm (10)
Qabaqkı yazılar
- Hamid Əhmədi. MƏCNUN
- İmamverdi Həmidov. İKİ DAHİ HAQQINDA BİR KİTAB
- Həmid Asəfi. ŞEİRLƏR
- Henrix Böll. YAZMAQ RİSKİ
- İYULUN ƏN NİSGİLLİ GÜNÜ
- Hadi Qaraçay. ŞEİRLƏR
- Nigar Xiyavi. ÖZÜMÜZ VARIQ DAAA…
- Nadir İlahi. ŞEİRLƏR
- Əli Abbasi. ÖLÜM YUXUSU
- Həmidə Rəiszadə Səhər. ŞEİRLƏR
- V.Hösle. MARTİN HAYDEGGERİN TEXNİKA FƏLSƏFƏSİ
- "CAHAN" – ƏRƏB ƏLİFBASI İLƏ
- "İSTƏNİLƏN İSTİQAMƏTDƏ BİRTƏRƏFLİLİK ZİYANLIDIR"
- CAN SÖZDÜR, YAXUD SÖZÜN CANI
- Hümmət Şahbazi. KÜSKÜN HƏYAT
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (3)
- Fridrix Dürrenmatt. ŞAHMAT OYUNU
- Mahnı Zənganlı. ŞEİRLƏR
- Laura Cəbrayıllı. AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞINA DƏYƏRLİ TÖHFƏ
- OVUCDA DƏYİRMAN DAŞI
- Əkbər Azad. FRANSA ŞAİRİNİN… TÜRKCƏ ŞEİRLƏRİ
- Şəms Təbrizi. QISA KƏLAMLAR
- Ziba Kərbasi. SƏNİM ƏRK
- İlham Qəhrəman. TƏBRİZƏ GEDƏ BİLMƏDİM
- "MƏSNƏVİ"DƏN BİR HEKAYƏT
- Cavidan. DANKOLARIN PARADI
- Xosrov Naqid. YURGEN HABERMAS ZİYALILAR HAQQINDA
- HAFİZ: SEHRKAR ŞAİR
- TƏBRİZDƏ ƏLİ KƏRİMİN KİTABI NƏŞR OLUNUB
- SONUNCU MOGİKAN
- Məhəmməd Hüseyn Şəhriyar. CAN, RÜSTƏM!
- Spujməy Zəryab. ADAMLAR VƏ EVLƏR
- Robert B.Rey. POSTMODERNİZM NƏDİR?
- ŞƏMS TƏBRİZİNİN QƏBRİ HARADADIR?
- GÜNAHIN ANATOMİYASI
- Balayar Sadiq. RUHLARIN QİYAMI
- Boris Qubman. TARİXƏ QARŞI QİYAM
- ÇAĞDAŞ FƏLƏSTİN POEZİYASI: FƏDVA TOQAN
- SAİB TƏBRİZİDƏN BEŞ QƏZƏL
- Nadir Nadirpur. QUM
- Mübariz Cəfərli. GÖZLƏYƏN
- Əkbər Bozorgəmin (Aşıq Cünun). ŞEİRLƏR
- MƏSULİYYƏT VƏ MƏHƏBBƏT
- Frans Kafka. İMPERATORUN SİFARİŞİ
- ŞƏHRİYAR VƏ ZƏMANƏMİZ
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (2)
- Fəridə Diba. MƏNİM QIZIM FƏRƏH (1)
- "ŞEYTAN AYƏLƏRİ" SƏHNƏDƏ
- YAŞAR KAMALIN GÜNTER QRASA MƏKTUBU
- Miyan Məhəmməd Şərif. MƏHƏMMƏD İQBALIN FƏLSƏFƏSİNDƏ ALLAH ANLAYIŞI
Açar sözlər
View blog authority


