Füzuli haqqında bizdə ənənəvi olaraq, çətin anlaşılan, mürəkkəb, eyni zamanda sirli, müəmmalı bir şair təsəvvürü formalaşıb. Və bu təsəvvür ilk növbədə onun poetik dili və bədii üslubu ilə əlaqədardır. Təəssüf ki, indiyədək Füzuli dilinin mahiyyəti və xarakteri, onun özünəməxsusluğunu şərtləndirən amillər sistemli şərhini tapmamışdır. Halbuki şairin yaradıcılığında bu işə yardımçı ola biləcək kifayət qədər material vardır. Elə götürək, aşağıdakı məşhur qitəni:
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim, Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur. Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib, Əksərən əlfazı namərbutü nahəmvar olur. Məndə tövfiq olsa bu düşvarı asan eylərəm, Novbahar olğac tikəndən bərgi-gül izhar olur.
İmad Fəqih Kirmani (vəf.1372) X1V əsrdə İranda yaşayıb-yaratmış gözəl sənətkarlar dəstəsinə mənsub istedadlı şairlərdən biridir. Onun bədii irsi, təəssüf ki, lazımınca tədqiq olunmamışdır. Əksər tədqiqatlarda və fars ədəbiyyatı tarixinə dair ümumiləşdirici əsərlərdə İmad əsasən dahi Hafizin müasiri kimi xatırlanır və onunla Hafiz arasında baş vermiş münaqişədən bəhs olunur.Yalnız son illərdə İranda onun bədii əsərləri ayrıca kitablar şəklində nəşr olunmağa başlamışdır ki, bunlar da bir tərəfdən İmadın yaradıcılığının çoxşaxəliliyini, digər tərəfdən isə onun barəsindəki təsəvvürlərin ədalətsizliyini və yanlışlığını nümayiş etdirməkdədir. Lirik əsərlərlə (qəzəl,qəsidə,qitə və rübai) yanaşı İmadın qələmindən beş məsnəvi də çıxmışdır ki,bunlar içərisində 1355-ci ildə yazılmış «Təriqətnamə» poeması xüsusilə diqqəti cəlb edir.Təqribən 2800 beytdən ibarət olan və həzəc bəhrində yazılmış bu əsər Müzəffərilər sülaləsindən Əmir Mübarizəddin Məhəmmədə – o zamankı Yəzd və Kerman hakiminə ithaf edilmişdir. Davamı...
Sufizmin tanınmış və mötəbər tədqiqatçılarından birinin etirafına görə, "sufizm, yaxud islam mistisizmi haqqında yazmaq - az qala qeyri-mümkün bir işdir". Bu, bir tərəfdən sufizmin özünün mürəkkəb təbiəti ilə əlaqədardırsa, digər tərəfdən həmin işin tədqiqatıçıdan xüsusi hazırlıq - psixoloji təcrübə və mənəvi məqam tələb etməsindən irəli gəlir. Nə yaxşı ki, bu gün əlimizdə sufizmin kəmiyyətcə zəngin, formaca rəngarəng və məzmunca çoxşaxəli ədəbiyyatı vardır. Və elmi ictimaiyyətin, eləcə də geniş kütlənin marağını ödəmək, müasirlərimizin təsəvvüfün sirli aləmi ilə təmasını təşkil etmək üçün həmin mətnlərin tərcüməsi ən səmərəli yol kimi qarşımızda açılır. Məhz bu baxımdan BDU-nun professoru filologiya elmləri doktoru Mehdi Kazımovun "Elm" nəşriyyatı tərəfindən buraxılmış "Sufi fikri tarixindən" (rus dilində) adlı kitabı qeyd olunan istiqamətdə ilk ciddi addım və əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər. Lakin bəri başdan deyək ki, sufi mətnlərinin tərcüməsi də asan məsələ deyil. Məşhur ifadə ilə desək, bu mətnlərin zahiri və batini, hətta batininin də batini vardır. Təsadüfi deyil ki, hələ orta əsrlərdə onlara çoxsaylı şərhlər yazılmış, onların dərkini asanlaşdırmaq üçün xüsusi lüğətlər hazırlanmışdır.
İslam tarixində göstərdiyi müstəsna xidmətlərə görə «Hüccətül-islam» («İslamın dəlili») ləqəbi ilə məşhur olan İmam Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzzalinin (1058-1111) «İhya ülum əd-din» («Dini elmlərin dirçəldilməsi») və «Kimiyayi-səadət» («Xoşbəxtlik iksiri») adlı əsərlərində müsəlmanlığın əsas şərtləri olaraq müəyyənləşdirdiyi dörd məsələdən birincisi özünüdərkdir. Bəri başdan deyək ki, özünüdərk probleminin qoyuluşu çox qədim dövrlərə aiddir və hətta antik Yunanıstandakı Apollon məbədi üzərində belə bir cümlə həkk olunmuşdu: «Özünü dərk et!»» Amma islam fəlsəfəsi bu məlum problemi özünəməxsus şəkildə şərh edir və burada biz Qəzzalinin adı çəkilən əsərləri əsasında həmin özünəməxsusluğu yığcam şəkildə açıqlamağa çalışacağıq.
Nişabur sufisi Əbu Abdullah Məhəmməd ibn Abdullah ibn Übeydullah ibn Əhməd ibn Bakuyə Şirazi1 belə nəql edir ki, mən bu hekayəti Tustər2 şəhərində Hüseyn ibn Mənsurun3 oğlu Həmddən eşitmişəm. O, deyirdi: «Atam Hüseyn ibn Mənsur Beyzada4 «Tur» adlı bir məhəl¬lədə doğulmuş, amma Tustərdə böyümüşdü. İki il Səhl ibn Abdul¬lah Tustəridən5 dərs almış, sonra Bağdada getmişdi. Bəzən kobud parçadan paltar geyinər, bəzən də iki rəng¬bərəng xirqəyə6 bürünərdi. Gah kətan geyib başına əmmamə qoyar, gah da hərbi libas geyinərdi. On səkkiz yaşında ikən o, Tustərdən Bəsrəyə yollandı və əynində xirqə Əmru ibn Osman Məkkinin və Cüneyd ibn Məhəmmədin7 yanına getdi. On səkkiz ay Əmru Məkkinin yanında qaldı. Elə o zaman anamla – Əbu Yaqub Əqtənin qızı Ümm-Hüseynlə izdivaca girdi. Bu izdivaca görə Əmru ibn Osman onu məzəmmət elədi və həmin səbəbdən Əmru ilə Əbu Yaqub arasında böyük ədavət yarandı.
Sufizmin tarixi və nəzəriyyəsinə dair ədəbiyyatın yaran¬dığı dövrdən (X əsrin sonu – XI əsrin əvvəllərindən) etibarən «məqam» və «hal» kateqoriyaları onun başlıca predmetini təşkil etmişdir. Bu da təsadüfi deyildir, çünki əgər sufinin əsas və son məqsədi Allaha qovuşmaqdırsa, onda bu məqsədə nail olmağın üsul və vasitələri ən vacib məsələ kimi meydana çıxır. Məhz bu səbəbdən təsəvvüf nəzəriyyəçiləri sufinin Allaha doğru yolunda («təriqət» və «sülük»da) başlıca mənəvi-əxlaqi və psixi-ruhani pillələr kimi «məqam» və «hal» anlayışlarını geninə-boluna şərh etmişlər. Bu anlayışların özü isə iki cəhətdən fərqləndirilmişdir: a) davamlılıq baxımından – «məqam» nisbətən dayanıqlı və daimi psixoloji vəziyyətdir, «hal» isə ötəri və keçəridir; b) əldə olunmaq baxımından – «məqam» sufinin (salikin) özü tərəfindən qazanılır, «hal» isə ona Allahın inayəti kimi bəxş olunur. Təsəvvüf terminologiyası ilə desək, məqam – «kəsbi», hal isə «vəhbi» olur.
Davamı...
Nizami Gəncəvi yaradıcılığının böyük müsəlman mütəfəkkiri İmam Əbu Hamid Məhəmməd əl-Qəzzalinin (1058-1111) dini-fəlsəfi və etik nəzəriyyəsi ilə əlaqəsi problemi indiyə kimi istər Azərbaycan nizamişünaslığında, istərsə də dünya şərqşünaslığında tədqiq olunmamışdır, halbuki belə bir tədqiqat Nizaminin yaradıcılıq yolu və dünyagörüşünun təkamülünü izləmək baxımından ciddi əhəmiyyətə malikdir. Bu məsələ «Nizami və islam», «Nizami və sufizm» kimi geniş mövzuların tərkib hissəsi kimi də elmi araşdırmalar tələb edir. Digər tərəfdən, «Nizami və Qəzzali» mövzusunun özü də kifayət qədər genişdir və müxtəlif aspektlərdə tədqiq oluna bilər. Odur ki, burada yalnız «Sirlər xəzinəsi»nin Qəzzalinin «Kimiyayi-səadət» («Xoşbəxtlik iksiri») əsəri ilə müqayisəli təhlilinə cəhd göstərəcəyik. Fikrimizcə, iki böyük mütəfəkkirin fəlsəfi-etik baxışları arasındakı ümumi cəhətlər bu nöqtədə daha aşkar şəkildə özünü büruzə verir.
«İşraq» sözü «nurlandırma» («işıqlandırma») mənasında olub islamdakı ezoterik fəlsəfi məktəblərdən birinin adıdır. İslam fəlsəfəsi tarixində iki əsas fikir cərəyanına «fəlsəfə» deyilmişdir (Aristotel və Platondan əxz olunmuş «sxolastik fəlsəfə» nəzərdə tutulur) ki, onlardan biri ekzoterik, digəri isə ezoterik səciyyə daşımışdır. «İrfan» adlanan cərəyan da («irfan» fəlsəfənin xüsusi növü və forması olub mənəvi reallaşma1 yolu ilə əldə edilən metafizik təcrübənin nəticəsidir) bu iki məktəblə yanaşı mövcud idi. XVII əsrdən üzü bəri ərəb dilindən latıncaya edilən çoxsaylı tərcümələr vasitəsilə məhz həmin iki fəlsəfi məktəbə aid olan mətnlər «islam fəlsəfəsi» adı ilə Qərb dünyasına təqdim olunmuş və tanıdılmışdır, lakin islamda fəlsəfi ənənənin digər qolu, yəni irfan bütövlükdə naməlum qalmışdır. Halbuki irfan daim islam mənəviyyatında yaradıcı bir qüvvə olaraq qalmış, mövcud fəlsəfədən tamamilə fərqlənən, hətta bir çox məqamlarda ona zidd olan bir fəlsəfə meydana gətirmişdir.
Davamı...