Reklam verin!
     
 

۞ C A H A N ۞

MƏNDƏ SIĞAR İKİ CAHAN...

TƏBRİZDƏ ƏLİ KƏRİMİN KİTABI NƏŞR OLUNUB

Təbrizdəki "Əxtər" nəşriyyatında görkəmli Azərbaycan şairi Əli Kərimin "Qaytar ana borcunu" adlı şeirlər kitabı işıq üzü görüb. Şeirləri latın qrafikasından ərəb əlifbasına Güneyli yazar Şəhram Qolkar çevirib. Kitabın üz qabığı isə muğanlı gənc rəssam Rəhim Kuhi tərəfindən işlənib.   

elikerim   

Davamı...
Mesiha     May 15, 2008 8:38
Şərhlər(4)    30 oxunma
Gündəm     Yazını "XəbərNamə"yə göndər!

SONUNCU MOGİKAN

yaxud

İLAHİ QIĞILCIMIN MÖCÜZƏSİ

Sən təhvil alırsan məni qardaş da sanırsan,
Minlər yad içində məni görcək də tanırsan,
Qəlbimdə, dilimdə nə sözüm varsa, qanırsan,
Rüstəm, Bakıdan söylə mənə, can sənə qurban!
Təbriz sənə layiq nədi, Tehran sənə qurban!

                                                         Şəhriyar

Professor Rüstəm Əliyevi orta məktəbin son sinfində və tələbəliyimin ilk ilində "Azərbaycan" jurnalında və "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunan məqalələrindən tanımışam. O vaxtlar – dahi Nizaminin 840 illiyi ərəfəsində Rüstəm müəllim mətbuatda şairin yaradıcılığına dair silsilə məqalələrlə çıxış edirdi və bu yazılardakı yenilik ruhu, orijinal baxış hələ o zaman diqqətimi cəlb etmişdi. Həmin məqalələrdən üçü – "Nizami poemalarında qıpçaq-oğuz gözəli", "Nizaminin tərcümeyi-halına dair yeni araşdırmalar" və "Yeganə səfər" – xüsusilə yadımda qalıb. Sonralar Rüstəm Əliyev haqqında məlumatlarım Şəmkirdən olan tələbə yoldaşımın öz həmyerlisindən ötrü təbii qürur hissi ilə dolu söhbətləri əsasında genişlənib.
Nəhayət, səhv etmirəmsə, 1983-cü ildə canlı Rüstəm Əliyevi görmək mənə nəsib oldu. O zamanlar Nizami poemalarının filoloji tərcümələri ətrafında Rüstəm Əliyevlə mənim müəllimim – professor Mübariz Əlizadənin mübahisələri elmi-ədəbi ictimaiyyətin diqqət mərkəzində idi.  

rustem 

Davamı...
Mesiha     May 12, 2008 13:08
Şərhlər(0)    14 oxunma
Şəxsiyyətlər     Yazını "XəbərNamə"yə göndər!

Məhəmməd Hüseyn Şəhriyar. CAN, RÜSTƏM!

Bir xəbər çatdı mənə Nuhi-nəbi qarğışı tək,
İçərimdə biləsən, qopdu nə tufan, Rüstəm!

Yandı bir ləhzədə xirmən kimi arzum, ümidim,
Canım o yanğıda yandıqca dedim: "Can, Rüstəm!"

Bəllidir, Rüstəm olan ağlamaz, amma oxlar
Sənə dəydikcə ürəklərdən axar qan, Rüstəm!

shehriyar3

Davamı...
Mesiha     May 12, 2008 13:03
Şərhlər(0)    15 oxunma
Şəxsiyyətlər     Yazını "XəbərNamə"yə göndər!

Spujməy Zəryab. ADAMLAR VƏ EVLƏR

(hekayə)

O gün ürəyim dərdlə dolu idi. Mənə elə gəlirdi ki, bu dünyaya gəldiyim gündən dərd içimdə məskən salıb. Mənə elə gəlirdi ki, dərd ölçülərimi böyüdüb və məni nəhəng bir varlığa çevirib.
Sonra həmişə olduğu kimi, özümü küçədə gördüm. Evlərin qapıları bağlı idi. Qapıların üstündə böyük və kiçik hərflərlə cürbəcür adlar yazılmışdı. Addımlarımı yavaşıtdım. Birdən hiss etdim ki, hər bir qapının önündə ayaq saxlayıb üstünə yazılmış adı oxuyuram, sonra da onu dodaqaltı təkrarlayıram. Mənə elə gəldi ki, adlar beynimdə sıraya düzülüb. Mənə elə gəldi ki, beynimdə bu adlardan uzun bir siyahı düzəlib. Mənə elə gəldi ki, beynim özü bir siyahıya çevrilib – adlardan ibarət bir siyahıya…

gorush2  

Davamı...
Mesiha     May 10, 2008 3:28
Şərhlər(2)    25 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər!

Robert B.Rey. POSTMODERNİZM NƏDİR?

"Modern" sözü özünün işlək və adi mənasında "müasir" anlamını verdiyi üçün "postmodernizm" istilahı lap əvvəldən elmi-fantastik hekayələrin kəlmələri kimi xəyali təsir bağışlayır. Necə demək olar ki, hal-hazırda və indi mövcud olan şey "indidən sonra"1 gələcəkdir? Postmodernizmdəki eksperimental ovqat və onun hər şeyin absurd inkarına meyllənməsi barədə təəssürat belə bir ziddiyyətli təsəvvür doğurur ki, guya postmodernizm mümkünsüz şeylərdən bəhs edir. Bir kəsin "Mən postmodernəm" deməsi eynən kiminsə "Mən yuxuyam" söyləməsinə bənzəyir. Ola bilər ki, belə bir şey baş versin, amma bunun mənası nədir? Şübhəsiz, "modernizm" sözünü "modern" kəlməsinin yerinə qoyub, izah etsək ki, "postmodernizm" dedikdə, biz daha çox incəsənət sahəsində mövcud olan xüsusi bir cərəyanı və tarixi bir prosesi nəzərdə tuturuq, onda bu anlaşılmazlıq aradan qalxar. Bununla belə, əgər məsələni bu cür aydınlaşdırmış olsaq da, yenə "postmodern" və "postmodernizm" sözləri qəribə səslənir. "Postmodernizm" sözünü nə qədər çox işlədiriksə, onun müəmmaları ilə bir o qədər çox qarşılaşırıq.

dushan1 

Davamı...
Mesiha     May 8, 2008 8:36
Şərhlər(0)    31 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər!

ŞƏMS TƏBRİZİNİN QƏBRİ HARADADIR?

Təbrizdə Şəmsin həqiqi məzarının tapılması barədə
xəbər bu köhnə sualı yenidən gündəmə gətirib


Bu günlərdə Təbriz şəhər şurasının sözçüsü Həbib Şiri Azər mətbuatın və informasiya agentliklərinin böyük diqqətinə səbəb olan açıqlama verib. O, bir qrup jurnalist qarşısında çıxış edərək bildirib ki, mövcud tarixi sənədlər və qaynaqlar əsasında aparılmış araşdırmalar nəticəsində Mövlana Cəlaləddin Ruminin piri və mürşidi Şəms Təbrizinin məzarının Təbrizin Gəcil rayonunda olduğu müəyyən edilib.
H.Ş.Azər həmçinin Şəmsin qəbrinin digər yerlərdə olması ilə bağlı iddiaları rədd edərək deyib: "Təəssüf ki, ötən illərdə məlumatsızlıq ucbatından, eləcə də mədəniyyət xadimləri və tarixçilərin susması, bu məsələ ilə bağlı dəqiq araşdırmaların aparılmaması nəticəsində Şəms Təbrizinin məzarının başqa şəhərlərdə və hətta ölkələrdə olması ilə bağlı çoxlu fikirlər irəli sürülüb, amma Təbriz şəhər şurası mötəbər sənədlər əsasında bu tarixi gerçəkliyi sübut etmək əzmindədir".
Sonda şəhər şurasının sözçüsü bəyan edib ki, tezliklə Təbriz bələdiyyəsi Şəmsin məqbərəsinin bərpası və yenidən qurulması işinə başlayacaq.

minare 

Davamı...
Mesiha     May 3, 2008 3:23
Şərhlər(0)    53 oxunma
Gündəm     Yazını "XəbərNamə"yə göndər!

GÜNAHIN ANATOMİYASI

İş elə gətirib ki, mənim Şirməmməd Nəzərlinin yaradıcılığı ilə tanışlığım "Günah" povestindən başlayıb. Təqribən bir il öncə həmin povestin birinci hissəsini oxuyub üzünü görmədiyim müəllifin təhkiyə tərzini, təsvir üsulunu, süjetin cəlbediciliyini təmin etmək bacarığını bəyənmişəm. Sonra yazıçının özünü tanımışam, bir çox əsərlərinin – hekayələrinin, publisistik məqalələrinin ilk oxucularından olmuşam. Və onun özünəməxsus duyum və deyim tərzinə, incə müşahidə qabiliyyətinə, təəssüratlarını dəqiqliklə əyaniləşdirmək istedadına malik bir nasir olduğunu qət etmişəm. Bu qənaətim onun "Sabah" nəşriyyatı tərəfindən buraxılmış "Qismət" adlı kitabı ilə təsdiq olunub.
Bir müddət öncə Şirməmməd zəng edib "Günah"ın ikinci hissəsini yazdığını və oxumaq üçün mənə vermək istədiyini bildirəndə, düzü, müəyyən narahatlıq keçirdim. Səbəbini bilirdim: adətən, yazıçılar uğurlu alınmış əsərlərinə oxucu marağının təsiri altında onun davamını yazmağa şirnikir və necə deyərlər, hər şeyi korlayırlar.

gunah  

Davamı...
Mesiha     Aprel 25, 2008 3:37
Şərhlər(1)    55 oxunma
Kitablar     Yazını "XəbərNamə"yə göndər!

Balayar Sadiq. RUHLARIN QİYAMI

Ah, azadlıq, azadlıq – kiminə çörək ağacısan, kiminə baş daşı...

Azadlıq!
Səni çox istəyirdik,
az aldıq.
Səni sevə-sevə
azaldıq.
Eh, azadlıq, azadlıq...
Dəli kimi sevdik səni,
Sevgimizdən asıldıq.

azadliq  

Davamı...
Mesiha     Aprel 16, 2008 6:55
Şərhlər(2)    55 oxunma
Başqa müəlliflərdən     Yazını "XəbərNamə"yə göndər!

Boris Qubman. TARİXƏ QARŞI QİYAM

FRANKFURT MƏKTƏBİNİN TARİX FƏLSƏFƏSİ

Müasir dünyanın, o cümlədən Qərb cəmiyyətinin inkişafındakı ziddiyyətli meyllər Frankfurt məktəbinin Teodor Adorno, Herbert Markuze, Maks Horkhaymer və s. kimi nümayəndələrinin tarixin mahiyyətinə dair baxışlarına ciddi təsir göstərmişdir. "Tarixə qarşı qiyam", insanın getdikcə daha çox əsarətə alınmasına aparan bir proses kimi tarixin inkarı onların əsərlərinin fərqləndirici cəhətini təşkil edir. Bu əsərlər 1960-cı illərdə "yeni solçular" adlanan gənclər hərəkatı nümayəndələrinin dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır, bu gün də Qərbdə yeni yaranan fəlsəfi təlimlərə və kütləvi şüura müəyyən təsir göstərməkdə davam edir. Həm kapitalizmi, həm də sosializmi qəbul etməyən Frankfurt məktəbi nümayəndələri tarixi son dərəcə pessimist, "tərəqqiyə zidd" bir şəkildə mənalandırır və tarixin "dəf olunması", insanın öz mövcudluğunun ilkin təbii əsaslarına qayıdışı ideyasını irəli sürürlər. Belə bir dəyərləndirmədə isə tarixin yeganə "dərsi" bəşəriyyətin ictimai inkişafının tam mənasızlığı olur.

adorno 

Davamı...
Mesiha     Aprel 15, 2008 10:35
Şərhlər(0)    51 oxunma
Tərcümələr     Yazını "XəbərNamə"yə göndər!

ÇAĞDAŞ FƏLƏSTİN POEZİYASI: FƏDVA TOQAN

1950-ci illərdən etibarən Fələstin poeziyasında geniş şaxələnmə prosesi başlandı. Fələstin şairlərinin bir qrupu ölkə ərazisinin işğalı nəticəsində əhalinin xeyli hissəsi kimi qonşu məmləkətlərə səpələndi, başqa bir qrupu isə yadların ağalığı şəraitində yaşamaqda davam etdi. Elə bu faktın özü poeziyada iki pafos doğurdu, yəni ölkənin daxilində və xaricində olan şairlərin əsərlərində keyfiyyət fərqləri müşahidə olunmağa başladı. Daxildə yaşayan şairlər bir tərəfdən assimilyasiya siyasətinə müqavimət göstərib xalqın özünəməxsus ənənələrini, maddi və mənəvi dəyərlərini qorumaq, digər tərəfdən isə əhalidə mübarizlik ruhunu gücləndirmək istiqamətində çalışırdılar. Lakin az sonra – geniş müqavimət hərəkatı başlandıqda, Fələstin şeirinə də yeni nəfəs gəldi və bu dövrdən etibarən ölkənin daxilində və xaricində yaranan poeziya bir çayın iki sahili kimi ümumi bir yön kəsb etdi. Artıq poeziya xatirələrlə, əzablı düşüncələrlə, tənhalıq və kimsəsizlik motivləri ilə, qaçqın düşərgələrindəki həyatın təsviri ilə məhdudlaşmırdı.

fadwa 

Davamı...
Mesiha     Aprel 13, 2008 4:46
Şərhlər(3)    59 oxunma
Tədqiqlər     Yazını "XəbərNamə"yə göndər!

  Yazılar cəmi: 91    Sonrakı səhifə »
Mesiha
Məsiağa Məhəmmədinin bloqu
Page copy protected against web site content infringement by Copyscape
  • İndi blogda: 3
  • Keçən ayın hiti: 5366
  • Dünənki hit: 346
  • Bugünki hit: 117
  • Ümumi hit: 21224
Check PageRank


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com